Bakıda hava
USD AZN
EUR AZN
10:05Sima salam hamiya necesiz 09:06Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41332

Azərbaycan Avro-3 standartlarının tətbiqinə başlayır

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi hökümətə baxılması üçün Avro-3 standartına keçidlə bağlı təklif təqdim edib. Trend-in məlumatına görə, bu barədə komitənin Texniki tənzimləmə və standartlaşdırma şöbəsinin müdiri Namiq Tağıyev bildirib.Onun sözlərinə görə, hazırda Azərbaycan ərazisində Avro-3 standartının tətbiq olunması ilə bağlı mexanizm baxılması üçün Nazirlər Kabinetinə göndərilib. Bu barədə müvafiq qərar yaxın günlərdə qəbul ediləcək.Şöbə müdiri bildirib: "Gələn ilin yanvarından etibarən Avro-3 standartları qüvvəyə minir, sonrakı illərdə Avro-4, Avro-5 standartlarının mərhələli şəkildə tətbiq edilməsinə başlanılacaq".Bu prosesdur həm avtomobillərə, həm də respublikada istehsal olunan yanacağa şamil edilir.ARDNŞ də (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) o cümlədən Avro-3 standartlarının tətbiq olunmasına hazırdır.Hazırda Avro-3 ekoloji standartları avtomobillərə və onların ehtiyat hissələrinə tətbiq edilir.Avro standartın bir səviyyəsindən digərinə keçid ( məsələn, Avro-3-dən Avro-4-ə keçid) təxminən bir milyard dollara başa gəlir.

 

Mənbə: Milli.Az

Səslərin sayı: 0
1
1247
Şərhlər
Offline
Ulker.Agamali
bu standartlara cavab hansi seviyyede olacaq bunu da gorerik INSALLAH HAl-hazirki veziyyetden istifadeci kimi razi deyilem
14 oktyabr 2013 21:09
imza: .Ya ümidsizsiniz, ya ümid sizsiniz.
Ya çarəsizsiniz, ya çarə sizsiniz.
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )