Bakıda hava
USD AZN
EUR AZN
05:55Xəyalə Murad Sabahını xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41351

Sürücülük vəsiqəsi almaq istəyənlər üçün təcrübi imtahan qaydaları dəyişdirildi

 

Nazirlər Kabinetinin qərarı ilə sürücülük vəsiqəsi almaq istəyənlər üçün təcrübi imtahan qaydaları dəyişdirilib. Nazirlər Kabineti "Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursları haqqında Əsasnamənin və Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə" 1999-cu il 15 mart tarixli 41 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında qərar qəbul edib.Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, 292 saylı bu qərar "Yol-nəqliyyat hadisələri ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və yol hərəkətinin tənzimlənməsi sahəsində idarəetmənin şəffaflığının artırılması ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 26 dekabr tarixli 2629 nömrəli Sərəncamına əsasən qəbul edilib.Qərara əsasən, Əsasnaməyə bir sıra dəyişikliklər edilib."Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamə"yə 4 nömrəli əlavə - "Təcrübi imtahanın keçirilmə Metodikası" üzrə 2.1-ci bəndinə əsasən bundan sonra nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahan ikimərhələli prinsiplə - birinci mərhələ xüsusi bağlı meydançada və ya avtodromda, ikinci mərhələ isə sınaq marşrutlarında qəbul ediləcək.Sürücülük vəsiqəsi almaq istəyən şəxslər bacarıqlarını bağlı meydançalarla yanaşı, avtodromlarda göstərə biləcəklər.İmtahanın ikinci mərhələsi başlanmazdan əvvəl imtahan qəbul edən DYP əməkdaşı növbəlik üsulu ilə sürücülüyə namizədi imtahan qəbul ediləcək müvafiq sınaq marşrut xəritəsi ilə tanış etməli olacaq.Sürücülük vəsiqəsi almaq istəyən şəxslər bundan sonra müraciət etdiyi sürücülük kateqoriyasına aid nəqliyyat vasitəsi ilə imtahan verəcəklər.İmtahanın birinci mərhələsində elementlərin yerinə yetirilməsinə nəzarət informasiya-kommunikasiya texnologiyaları vasitələrinin köməyi ilə həyata keçiriləcək.

Mənbə: Milli.Az

Səslərin sayı: 1
6
3069
Şərhlər
Offline
Xanim_Xatun
Allah qismət etsin məndə alım vəsiqə
7 yanvar 2016 15:35
Offline
Qəribə
Sürücülük vəsiqəsi almaq istəyənlər üçün lazımlı xəbərdi.
1 dekabr 2014 14:37
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
kamile
Nece il deyisiklik yox idi.Meni gorduye am
6 dekabr 2013 21:31
Offline
PƏRVANƏ ƏLİYEVA......
Heeeeeeeeeee mene gore cox lazimli xeberdi/ give_ros
14 oktyabr 2013 16:53
Offline
Aysel İ.
Sürücülük vəsiqəsi almaq istəyənlər üçün lazımlı xəbərdi.
14 oktyabr 2013 16:47
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
♥YAQUT♥
lazımlı xeberdir tşk cnm give_ros
14 oktyabr 2013 14:52
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )