Rusiya paytaxtında yüzlərlə rus milliyətçisi olan “skinhed” Qafqaz və Orta Asiyadan gələn miqrantlara hücum edib. APA xəbər verir ki, hadisə dünən paytaxtın Biryulyovo rayonunda baş verib.Rus milliyətçiləri oktyabrın 10-da qətlə yetirilən İqor Şerbakovun qatilinin tapılmamasına etiraz edərək, Qafqaz və Orta Asyadan olanların çalışdığı “Biryuza” ticarət mərkəzinə hücum ediblər. Nəticədə 5 nəfər Orta Asya ölkələrindən olan şəxs ölümcül döyülüb. Onlardan birinin vəziyyətinin daha ağır olduğu bildirilib.Hadisə yerinə xüsusi təyinatlı polis dəstələri yeridilib. Rus milliyətçiləri polislərə də müqavimət göstəriblər. Daş-kəsək və dəmir alətlərlə onlara xəsarət yetirilib.Ticarət Mərkəzinə daxil olan milliyətçiləri sakitləşdirmək mümkün omayıb. Onlar mağazalara, ətrafda yerləşən obyektlərə və avtomobillərə ciddi zərər yetiriblər. Vəziyyətin getdikcə gərginləşdiyini görən Moskva Baş Polis İdarəsi hadisə yerinə çoxlu sayda OMON dəstələri yeridib.Rusiya daxili işlər naziri Vladimir Kolokoltsev Biryulyovo rayonunda baş verən hadisə ilə bağlı təcili göstərişlər verib. Rayonda yerləşən meydana yığışanları dağıtmaq üçün “Vulkan” kod adı altında əməliyyat keçirilib. Nəticədə 200 nəfər saxlanılıb.Qeyd edək ki, oktyabrın 10-da qətlə yetirilən İqor Şerbakovun qatili hələ də tapılmayıb. Çoxlu sayda bıçaq zərbəsi ilə törədilmiş qətli qeyri-slavyan mənşəli, qafqazlı görkəmli şəxsin törətdiyi bildirilib. Qatilin hələ də tapılmamasına etiraz edən yüzlərlə rus milliyətçisi paytaxtda yaşayan qeyri-slavyanlara qarşı hədə-qorxu və milli zəmində sərt irqçi şüarlar səsləndiriblər. Hazırda Biryulyovo rayonunda küçələrdə qeyri-slavyan görkəmli şəxslərin gəzməsi təhlükəli hesab olunur.Bu dəqiqələrdə də Biryulyovo küçələrində qruplar şəklində “skinhed”lərə rast gəlmək mümkündür. Polis dəstələri milliyətçiləri ərazidən uzaqlaşdırmaqda çətinlik çəkir.Onu da qeyd edək ki, Biryulyovo rayonunda çoxlu sayda azərbaycanlı yaşayır. Paytaxtın ən böyük meyvə-tərəvəz bazası olan “Pokrov” bazarı da bu rayonda yerləşir. Həmin bazarda çoxlu sayda həmyerlimiz çalışır.Ekspertlər İqor Şerbakovun qətli ilə bağlı yaranan bu hadisəni 2010-cu ildə “Manej” meydanında baş verən hadisə ilə müqayisə edirlər. Belə ki, “Spartak” klubunun azarkeşi Yeqor Sviridovun qafqazlılarla dava zamanı öldürülməsi faktının təhqiqatını tələb edən minlərlə şəxs “Manej” meydanında aksiya keçirib. Aksiya iştirakçıları yaxınlıqdakı metro stansiyalarına gələrək, qeyri-slavyan görkəmli insanları, əsasən qafqazlıları döyməyə başlayıblar.Moskva Baş Polis İdarəsinin rəisi Anatoli Yakunin İqor Şerbakovun qatilinin yaxalanması istiqamətində əməliyyat tədbirlərinin davam etdirildiyini söyləyib. Onun sözlərinə görə, artıq şübhəli şəxs qismində bir neçə nəfərin şəxsiyyəti müəyyən edilib: “Qətli törədənin Rusiya vətəndaşı olmadığı məlumdur. Cinayəti tərədən şəxsin anket məlumatları hazırlanır ki, onun barəsində axtarış elan edilsin”.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Möcüzə baş vermədi: əlvida, Türkiyə...
Azərbaycanda koronavirusa yoluxanların sayı 10 mini ötdü
Manikür 3-cü hissə
28 mindən çox abituriyent ixtisas seçib
Sançes: "Braziliya millisindən qorxuruq"
Müsəlmanlar ruslara niyə möhtac qaldılar?
Hava xəbərdarlığı - qar qayıdır
Türkan Şorayın azərbaycanlı oxşarı - FOTO
Ermənilərin daha bir yalanı ifşa olundu
Hollivur Ulduzu Qəzada öldü -FOTO
800 uşağın basdırıldığı yer aşkarlandı
Orucun uzunömürlülüyə ŞOK TƏSİRİ
Günün ulduz falı - 23.02.2014
"Leyli və Məcnun" operasını Üzeyir Hacıbəyov tək yazmayıb - Fakt+FOTO
Şabalıd zəhərlənməsi nədir?
Uşaq bağçalarına qəbul YENİ QAYDALARLA olacaq
Müəllimlərin DİQQƏTİNƏ - Sabahdan başlayır
Buzlar əridi, 76 il əvvəl qəzaya uğrayan təyyarə üzə çıxdı
Məşhur reperin həyatı təhlükədədir-SƏBƏB
Birlikdə öyrənək
Yapon alimlərindən bir ilk
Sifilis nədir?
Dəri ağardıcı maska
İngilis dili müəllimləri üçün layihə həyata keçiriləcək
2020 Yay Makiyaj Trendləri
Aqillərin inamına görə...(2)
“İlin ən yaxşı kişiləri” seçildi - FOTO
Devid Bekhem onları aldada bilmədi - FOTO
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Moskvadan Ankaranı məyus edən açıqlama
Bakının bu ərazisində qaz olmayacaq
Azərbaycanda daha 57 nəfər koronavirusa yoluxdu - RƏSMİ + VİDEO
Özcan Dənizin xanımı aylar sonra FOTO paylaşdı
İyunda qeyri-iş günlərinin sayı açıqlandı
Dünyanın ilk üzən adası hazırlanır
Yağlı dərilər üçün limon maskası
Nanə ilə gözəlləşin
AZAL Bakı ilə İstanbul arasında xüsusi reyslərin sayını yenidən artıracaq
Afinanın görməli yerləri
Qışda gözlər də üşüyür
"Ağıllı" xalça hazırlandı
Damar sağlamlığı haqqında bilməli olduqlarınız
Məhəmməd Əmin Rəsulzadənin ailə faciəsi
Hava haqqında
Neslihanın ayrılıq xəbəri yayıldı-FOTO
Bakı mağazalarında sellofan torbalar pulla satılacaq? - FOTO
Daha bir dərman preparatının satışına QADAДћA
Sınanmış arıqlama üsulları
Döşlərinizi Tibet üsulu ilə böyüdün!-3
Xoşbəxtlik
- ŞƏRHLƏR