Virtual mühitdə başlayan əlaqələrin boşanmayla nəticələnməsi normal tanış olmalara nisbətlə 25% daha azdır
Ailə qurmaq üçün seçilən həyat yoldaşını gənclər müxtəlif yerlərdə axtarır. Kimisi qohumlara üz tutur, kimisi illərdir birlikdə oxuduğu sinif və ya tələbəlik yoldaşına göz qoyur, kimisinə həyat yoldaşı üçün ideal seçim iş yoldaşı olur. İnternet zəmanəsində sosial şəbəkələrdə tanış olub evlənənlər də az deyil. Lakin hər kəs buna birmənalı baxmır, normal qarşılamır.
Bakı sakini Elçin Hacıyevin dediyinə görə, həyat yoldaşı ilə sosial şəbəkədə tanış olması bir müddət ailələrində böyük probemlər yaradıb. Amma sonradan bu problem həllini tapıb: "Xüsusilə nənəmlə babama sosial şəbəkəni izah edənə kimi 6 ayımı itirdim. Onlar deyirdi ki, avtobusda tanış ol, yolda get yaxınlaş, amma belə olmaz. Onlara izah edə bilmirdim ki, beləsi daha yaxşıdır. Üzünü belə görmədiyin insan sənə hər şeyin ən düzünü deyəcək, nəinki yolda kiməsə yaxınlaşmaq".
Həmsöhbətimiz hesab edir ki, əslində tanışlığın harda olması yox, düzgün insanı tapmaq vacibdir. Onun sözlərinə görə, bu gün milyonlarla insan sosial şəbəkədən istifadə edirsə, bu o demək deyil ki, hamı pisdir.
ABŞ Çikaqo Universitetində aparılan yeni bir araşdırmada bildirilir ki, internet üzərindən tanış olan cütlərin klassik yollarla tanış olanlara görə daha xoşbəxt evlilikləri olur. Çikaqo Universitetinin psixoloqları, 2005 və 2012 illəri arasında evlənmiş 20 min adama xoşbəxtlikləri ilə əlaqədar suallar verib. İştirakçıların təxminən üçdə biri yoldaşlarıyla internet üzərindən sosial şəbəkələrdə tanış olduğunu bildirib. Nəticə bu olub ki, virtual mühitdə tanış olmuş olanlar daha xoşbəxt ailə sahibidirlər. Virtual mühitdə başlayan əlaqələrin boşanmayla sonunclanması normal tanış olmalara nisbətlə 25% daha azdır. Araşdırmalar göstərib ki, virtual aləmdə tanış olan insanların 95%-nin yalanı boy və çəki ilə bağlı olub. Bu da onu göstərir ki, ilk görüşdən sonra kiçik yalanlar da aydınlaşır.
Psixoloq Emil Behrudinin sözlərinə görə, xüsusən xanımlar virtual aləmdə tanış olub normal gedən münasibət sonunda ailə qurmaqdan vaz keçirlər. Çünki onlar ailə qurmaq üçün seçəcəkləri insanı daha romantik bir yolla tanımağın tərəfdarıdırlar. Ümumiyyətlə, əksər insanın düşüncəsi budur ki, yoldan keçən heç tanımadığı bir insan daha etibarlıdır, nəinki sosial şəbəkədə öz dostları, çevrəsi ilə söhbət edən insan: "Adətən sosial şəbəkələrdən evliliyə addım o zaman olur ki, iki gənc bir-birini ən az bir il tanımış olsun və onlar arasında əvvəli dostluğa dayanan münasibət yaransın. Biz bir ay içində tanış olub ailə quran insanlardan danışmırıq. Belə hallarda məlumdur ki, niyyət düzgün olmur və təməli möhkəm ailə qurmaq mümkün deyil".
Sosial şəbəkələrin müsbət tərəflərindən danışan psixolq bildirir ki, iki insan bir-birini sadəcə şəkildən görürlər və onların içində bir-birini qazanmaq istəyi şiddətli olmur. Ona görə hər iki tərəf özünü olduğu kimi göstərir, heç bir tərəf özünü bəyəndirmək üçün yalanlara baş vurmur. Onun sözlərinə görə, sağlam düşünən insanlar tanış olduqları insana həyat yoldaşından əvvəl dost gözüylə baxır. İnsana tanıdığından daha çox zərbə gəlir, nəinki tanımadığından. Ona görə hər iki tərəf bir-birinə daxili ailəmlərini danışmağa cəhd edir. Bir il müddətində qarşılıqlı söhbət əsnasında artıq anlamaq mümkündür ki, bu insanla həyatımı davam edə bilərəm, ya yox. "Mənfi tərəfi odur ki, insanlar tez bağlanırlar, bir-birindən şübhələnmirlər, araşdırmaya meyl göstərmirlər. Bir ayın sonunda artıq daimi mesajlaşan gənclər bu vərdişlərinə sadiq qalırlar. Onlar daha çox mesajlaşmağa öyrəşirlər. Yarısını tapdıqdan, ailə qurduqdan sonra da daim mesajlaşmaq istəyi onları rahat buraxmır və bu da ailədə münaqişə və mübahisələrə səbəb olur".
Müsahibimizə görə, ailə qurmaq üçün qanun yoxdur ki, sən həyat yoldaşını mütləq filan yerdən tapmalısan. Vacib olan insanın fikirlərinin, dünya görüşlərinin üst-üstə düşməsidir. Bu gün illərdir sevgili olan, əl-ələ gəzən insanların sonu boşanma ilə nəticələnir. Harda tanış olmağından asılı olmayaraq qarşındakı insan ikinci yarın olmalıdır. "Qarşılıqlı anlaşma olmalıdır. Məkanın isə elə də önəmi yoxdur. İnsanlar məkandan çox bir-birini daha çox tanımağa meyl etsələr, anlaşmazlıqdan artan boşanmaların da sayı azalar".
XƏBƏR LENTİ
Milli Azərbaycan Tarixi Muzeyində yeni eksponat
AFFA klubları cərimələdi
Bitcoinlar hakerləri fəallaşdırıb
Bergüzar Korel mahnı oxudu - VİDEO
"Dünya Gözəli - 2014" seçiləcək
"Cenevrə-2" iştirakçıların siyahısı hələ razılaşdırılmayıb
Britni Spirs keçmiş ərinə 110 min ödədi
Hande Demet haqqında danışdı
Bu günün hava proqnozu-01.11.2013
Ana südü hansı orqanın məhsuludur?
Gözlər qəlbin aynasıdır
Bela Hadid geyimi ilə yenə təəccübləndirdi - FOTO
Xroniki burun tıxanıqlığı
Doğulmağın, yaşamağın çətin - getməyin asan olduğu bədbəxt ölkə
Bakıda "Şalvarsız aksiya": bu nədir?
Azərbaycanda könüllü zabit olmaqla bağlı yeni qaydalar təsdiqləndi
Saçlarımızı qoruyaq
Bu gün yağmursuz hava olacaq
Oğlan uşaqları üçün yataqlar
Portağallı piroq (foto resept)
Adeli görənlər tanımadı-FOTO
Bakıya yağış yağacaq
2017-ci ilin xüsusi donları
Bu il 2020-ci ildən daha qısa olacaq
Restorana səyahət
Düşmən təəccübləndirdi: cəmi 26 dəfə?
Nazir hər iki ayağını itirmiş Qarabağ qazisi ilə bağlı GÖSTƏRİŞ verdi
Ən nüfuzlu brend seçildi
Aslı Enverin paylaşımı HEYRƏTLƏNDİRDİ - FOTO
Kiçik xalçaların toxunma qaydası (Video)
Kafir
Su çərşənbəniz mübarək!
"Final yolunda gözəl qələbə qazandıq, amma..."
İngilis çayı (foto-resept)
Əlil və şəhid ailələrinə yeni yaşayış binaları veriləcək
Ərdogan Azərbaycana başsağlığı verdi
Şeyma Subaşı Trampa yazdı
ÜST: Pandemiyanın başa çatması üçün dünya əhalisinin 70 faizinin vaksinasiyası lazımdır
Evini zibilxanaya döndərənlər...
Cəbhədən xəbər var
HAVA necə olacaq?- 4 MAY
Havanın temperaturu 0 dərəcəyə qədər enəcək – PROQNOZ
Yağış yağacaq, şimal küləyi əsəcək
Kişi tipləri (Onu tanıyırsınızmı?)
Türkiyə MN: “Azərbaycanın işğaldan azad edilmiş yaşayış məntəqələrinin sayı 78-ə çatıb”
Yaşam indeksi ən yüksək olan şəhərlər – SİYAHI
Hansı soğan daha faydalıdır: sarı, ağ yoxsa qırmızı?
Valideynlərə deməkdən çəkinidiyimiz 15 şey
Qarpız naxışlı peçenye (foto resept)
BÜRCLƏR bizə nə vəd edir?-3 Fevral
- ŞƏRHLƏR