Uşaqların şəkil çəkməsi, onları rəngləməsi təbii qəbul olunur. "Uşaqdır, çəkməlidir, əylənməlidir, bunda böyüdəcək heç nə yoxdur" deyən valideynlər əslində uşağın daxili dünyasını öyrənməkdən boyun qaçıranlardır. Bunun üçün vaxtı və səbri olmayan valideynlər uşaqların çəkdikləri rəsmləri də bəzən yığıb atırlar. Halbuki bir şəkil bəlkə də uşağın ruh dünyasında hansı fırtınaların qopmasını anlamaq üçün yardımçı olan ən gözəl yoldur.
Uşaqlar dilə gətirməyə çətinlik çəkdikləri duyğu və düşüncələri rəsmlərlə çox rahat ifadə edə bilirlər. Çəkilən şəkillər uşaqların daxilən nə hiss etdikləri, ətrafındakı insanlarla hansı münasibətdə olduğu, olan hadisələri dəyişərək necə etmək istədiyi haqqında məlumatlar ortaya qoyur.
Bir çox xarici ölkələrdə, eləcə də Rusiyada psixoloji travma almış, zorakılığa məruz qalmış, valideynləri tərəfindən imtina olunmuş, spirtli içki düşkünü olan valideynləri tərəfindən illərlə zülm edilmiş və bu kimi hadisələrlə üzləşmiş uşaqların daxili dünyasını anlamaq üçün onlara şəkillər çəkdirilir. Psixoloji dəstək, müalicə müddəti davam etdikcə mütəmadi olaraq bu üsul tətbiq olunur. Şəkillərdəki rənglərin, formaların zamanla dəyişilməsindən xəstədəki irəliləyiş qeydə alınır. Düzdür, şəkillərə baxaraq valideynlər övladlarının hansı problemləri ola biləcəyini psixoloqlar kimi başa düşə bilmir, amma ən azından kiçik detallarla da şəkildən nəticələr çıxarmaq mümkündür.
Psixoloq Gülnarə Vəliyevanın sözlərinə görə, cizgilərin böyüklüyü-kiçikliyi, eyni zamanda hansı bədən üzvlərinin çəkilib-çəkilməməsi, şəkillərin rəngləri uşaqların ruh dünyasından xəbər verir. Kiçik detalları bilməklə analar övladlarındakı hansı problemin olmasını rahatlıqla bilə bilərlər: "Səhifənin hamısını şəkillərlə tutmağa çalışan, bütün ağ boşluqları boyayan uşaqlarda daxili nəzarət zəif olur. Belə şəkillər təcavüzkar uşaqlar tərəfindən çəkilir. Hiperaktiv uşaqlar səhifənin hamısını doldurmağa çalışırlar. Nadir hallarda zəif və utancaq uşaqlar olur ki, onlar səhifənin hamısını rəngləməklə arzularını dilə gətirmiş olurlar. Çox kiçik şəkillər, hansı ki, bir neçə santimetrlə ölçülür, belə uşaqlar utancaq, susqun, zəif mənliyə sahib olurlar. Bədən üzvlərinə gəldikdə, normadan böyük, yaxud kiçik ölçülü baş çəkən uşaqlar özləri zehni baxımdan qeyri-kafi görənlərdir. Zehni qabiliyyəti normal olan uşaqlarda böyük baş çəkmək istəyi onların daha qabiliyyətli olmaq, seçilmək arzusundan irəli gəlir. Ağız, burun, qulaq, göz kimi nahiyələr isə o nahiyələrdən əziyyət çəkən uşaqlar tərəfindən daha qabarıq formada çəkilir".
Psixoloq bildirir ki, şəkillərdə əskik çəkilən detallar da bəzi önəmli nüansları ortaya qoyur. Uşaqlar çəkdikləri şəkillərdə hər bir detala xüsusi diqqət yetirirlər. Lakin laqeydlik edilib, bilərəkdən çəkilməyən ətraf bədən üzvləri o deməkdir ki, uşaq məhz həmin üzvdən narahatlıq keçirir: "Əlləri əskik çəkilən şəkillərin sahibləri ətraf mühitə uyğunlaşmağa çətinlik çəkən körpələrdir. Qolların əskik olması uşağın etibarsızlığını izah edir. Ayaqları olmayan şəkili çəkən uşaqlar özlərini dəstəksiz hiss edən, köməyə möhtac olan uşaqlardır".
Uşaqların ruh sağlamlığını araşdıran Amerika psixoloqları bu fikirdədirlər ki, uşaqlar rənglərin hamısını eyni dərəcədə sevməlidir. Ola bilər ki, hansısa rəng digər rənglərdən bir az üstün olsun, amma bu üstünlük bütün rəsmi bağlayacaq dərəcədə olmamalıdır. Şəkillərdə qəhvə rəngi, qara tonları həddindən artıq çoxdursa, bu, uşaqlarda daxili qorxu, pis düşüncələri, tünd-qırmızı çoxdursa, bu, uşağın şiddətə meylli olmasını, açıq çəhranı, narıncı, sarı rənglərin çoxluğu isə uşağın daxili dünyası ilə barışıq və daxilən xoşbəxt olduğunun göstəricisidir. Psixoloqlar bu qənaətdədir ki, uşaqlar bəzən dilə gətirə bilmədikləri, çəkindikləri istəklərini də şəkillərlə üzə çıxara bilirlər. Məsələn, ailədə ikinci uşaq istəməyən övlad bunu dilə gətirə bilmir. Bu səbəbdən çəkdiyi şəkillərdə ata, ana və özünü təsvir edir. Yaxud, evin daxilində ata, ana və özünü, qapıda isə kiçik qardaş, yaxud bacısını təsvir edir. Və ya iki uşaq şəkil çəkərkən birinin şəkli daha sərt cizgilər, daha tünd tonlar təşkil edirsə, bu, diqqət çəkməyin, öz şəklinin bəyənilmə istəyinin yüksək olduğunu göstərir.
G.Vəliyevanın dediyinə görə, çəkilən şəkilləri müzakirə edən zaman uşağın yaşını da nəzərə almaq lazımdır. Uşaq yaşı artdıqca onun çəkdiklərinin mənası bir o qədər aydınlaşır: "2-4 yaş aralığında olan uşaqların çəkdikləri adətən qaralama formasında olur. Bu yaşda olan uşaqlar qələmdən və onun iz salmasından kobud desək, zövq alır. 4 yaşından sonra uşaq gördüklərini bənzətməyə çalışır. Bu ərəfədə olan şəkillərə diqqət yetirmək daha doğru olar. 11-13 yaş aralığında artıq uşaqlar məntiqlə xəyal arasında qalır. Məntiqə üstünlük verənlərin çəkdikləri həqiqətəuyğun olduğu halda, xəyala üstünlük verənlər gördüklərini görmək istədikləri kimi çəkməyə başlayırlar. 13 yaşından yuxarı olan uşaqlar isə artıq daxili dünyalarını şəkillərlə çatdırmağa başlayırlar. Şəkillərdəki mesajı başa düşməyə çətinlik çəkən valideynlər bunu uşaqdan da soruşa bilərlər. Burda nə çəkilib, nə demək istənilib kimi suallarla şəkilə hansı mesaj yükləndiyini çox rahat bilmək mümkündür".
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Çin lideri vətəndaşları yeməyə qənaət etməyə çağırdı
Rəngarəng pərdə modelləri
Azərbaycanda gənclər günüdür
İnsanın bütün həyatını çəkə biləcək mini-kamera yaradılıb
Azərbaycan əsgərlərini görən erməni hərbçiləri qaçır - VİDEO
Qiyməli kələm (foto-resept)
Rus dili dərs-24
Təhsil Nazirliyi YENİ TƏKLİF hazırladı - Summativlərin ləğvi ilə bağlı
Kleopatranın makiyaj sirləri
Gözəl qız üz ləkəsi ilə meydan oxuyur
Evdə fransız manikürü
Həkimlər xəbərdarlıq edir
Minsk qrupu Nalbandyanla Dağlıq Qarabağ nizamlanmasını müzakirə edib
Azərbaycan - doğma yurdum
Forer effekti
Baharın gəlişi şəkillərdə
İdman edənlər, DİQQƏTLİ OLUN: Bu ayaqqabılar çox təhlükəlidir
Bakıda evlərin kreditlə satışında qadağa
Azərbaycandan iki uşaq beynəlxalq övladlığa verildi
2017 gəlinlik modelləri
7 il əvvəl yoxa çıxan qoyun qayıtdı
Qarabağı bu ölkənin ordusu azad edəcək
Noxud şorbası (foto resept)
Paxlanın faydaları
Giləmeyvələr
Tarixi qələbənin tədrisi üçün plan təsdiq edildi
Xanımlar üçün gecəliklər
Düşmənin talan etdiyi Şərq çinarlarını Zəngilana qaytarırıq
Müdafiə Nazirliyi: “Arsenalımızda kifayət qədər zirehli texnikamız var”
Bu qız piyada gəzmir və Tanrı sayılır
Madonna 6 övladının FOTOsunu paylaşdı
5 aylıq mübarizədən sonra koronavirusdan sağaldı
Azərbaycanda havanın temperaturu 16 dərəcəyə yüksələcək
Cavabsız suallar...
Sinem Kobaldan Hamiləlik Açıqlaması
Ağ Ev Malikiyə təpindi
Qızıl bazarında "qızıl dövr" başlayır
Mənim toxuduqlarım
Azərbaycanda ana adına namizədlərə xoş xəbər
Sərdar Ortaç qəza keçirmiş xanımı haqqında danışdı-FOTO
Pişikləri sahibləndirmək üçün...
Maykl Ceksonun həyatı film olur
Məktəblilərin payız tətili başladı
Zahanın qalereyası
Aleyna Tilki geyimi ilə TƏƏCCÜBLƏNDİRDİ
"Facebook"dan yenilik: Gizli və "yoxa çıxan" mesajlar
Baş ağrısının yeri səbəbini göstərir
Məşhur dietoloqdan vacib açıqlama: “İnsanlar yaşa dolduqca...”
Mobil telefona görə sahibini tanımaq olar
Türk şirkəti "kitayski" London taksilərini Bakıya daşıyır
- ŞƏRHLƏR