Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi” üzrə qeydə alınmış məlumatların mütəmadi olaraq təhlili aparılır.
Dövlət Agentliyindən verilən məlumata görə, təhlillər zamanı müəyyən edilib ki, xüsusi karantin rejimi dövründə hüquqi şəxslərin vəzifəli şəxsləri və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslər tərəfindən işçilər barədə məlumatlar icaze.e-gov.az portalına daxil edilərkən “Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 2 aprel tarixli 124 nömrəli Qərarının tələblərinin pozulması hallarına yol verilib.
“Bu cür hallara yol vermiş hüquqi və fiziki şəxslərdən 2020-ci il 9 aprel tarixindən etibarən icaze.e-gov.az portalından aşağıdakı şəxslərin icazələrinin ləğv edilməsi tələb olunur:
- xidmət və ya əmək müqaviləsi olmayan şəxslərin;
- fəaliyyətinin davam etdirilməsinə icazə verilməmiş özəl hüquqi şəxslərin mühafizəsi və texniki təhlükəsizliyinin təmin edilməsi üçün tələb olunan işçiləri istisna olmaqla, digər işçilərinin;
- yaşı 65-dən yuxarı olan, karantin rejiminində öz yaşayış yerini tərk etməsi ilə bağlı məhdudiyyət qoyulmuş işçilərinin.
Eyni zamanda, hüquqi və fiziki şəxslərdən tələb olunur ki, xüsusi karantin rejimi dövründə fəaliyyətini iş yerindən davam etdirmələri zəruri olan işçilərinin say həddini müəyyən etsinlər və işə gəlməsi vacib olmayan, fəaliyyətini evdən davam etdirən digər işçilərinin icazələrini portaldan silsinlər. 2020-ci il 10 aprel tarixindən başlayaraq karantin rejimi qaydalarına zidd olan icazələr portaldan avtomatik rejimdə ləğv ediləcək, eləcə də yuxarıda qeyd olunan tələblərə əməl etməyən hüquqi və fiziki şəxslər barəsində hüquq mühafizə orqanlarına məlumat veriləcək”, - deyə məlumatda qeyd olunub.
XƏBƏR LENTİ
“Instagram”da YENİLİK
Yeməkdən dərhal sonra dişlərinizi fırçalamayın
Məşhur cütlüyə reklama çəkilmələri üçün 3 milyon verəcəklər
Bir gündə 53 nəfərin koronavirusa yoluxduğu məhəllədə son vəziyyət - VİDEOREPORTAJ
Hülya Avşar 350 gəncə iş verib
2013 gəlinlik modelləri
Hava haqqında - 27.12.2013
Yuxudan doymamağın SƏBƏBİ NƏDİR? - ALİM RƏYİ
Vətən Müharibəsi qazisi: “Azərbaycanca “kəşfiyyatdır, atmayın” deyib, bizi aldatdılar” - VİDEO
Yay istirahətinə gedən kişilər genofonda zərbə vuran xəstəliklərlə qayıdırlar
Goranboyda maraqlı toy karvanı-FOTO
Sosial şəbəkələrə giriş şəxsiyyət vəsiqəsi ilə olsun – TƏKLİF
"Jara" festivalına o da gəlir-VİDEO
Xanımlar üçün paltolar
Sağlamlıq imkanları məhdud uşaqlar üçün yeni mərkəz fəaliyyətə başladı
Peşman olmayan insanların xüsusiyyətləri
Birinci sinfə qəbulla bağlı məktəb seçimi başlayır
İnsan orqanizmi üçün zərərli olan ərzaqlar
Mübariz Qurbanlı: "Beynəlxalq münasibətlərin fundamental prinsiplərində çox dərin böhran yaranıb"
Əsgərimiz şəhid oldu
SABAH da Bakıda 28 muzeyə giriş pulsuzdur - FOTO
Mahatma Qandidən 10 müdrik dərs ( II hissə)
"BakuBus" avtobuslarında "Wi-Fi" sisteminin işə düşəcəyi vaxt açıqlandı
"Bu iş qadınlar üçün deyil"
HAVA necə olacaq?-22 Sentyabr
Rusiyadan Xankəndiyə 60-dan çox hərbi həkim gəldi - VİDEO
Kişilər üçün sadə məsləhətlər
Gözəllik maskaları
Makiyajın möcüzəsi...
Bu çiçəyi nə üçün dərdin?
Google əvəz axtarır
İlham Əliyev Böyük Britaniyanın Avropa məsələləri üzrə nazirini qəbul edib
Cərcis Peyğember (ə) ziyarətgahından görüntülər
HAVA necə olacaq?- 1 APREL
Rənglərin həyatımızda rolu
Qan azlığı ürəyə təsir edir
Britaniyada moda mükafatları sahiblərini tapdı
Kartoflu dəri maskası
Bu pişik internet sensasiyasına çevrildi
Əmək müqaviləsi ilə bağlı tələblər sərtləşdirilir
Həftənin ilk iş günü hava necə olacaq?
Yağ yandıran 2 detoks
XİN-dən ermənilərin uşaqlardan əsgər kimi istifadə etməsinə SƏRT REAKSİYA
Ahıllar pulsuz tibbi müayinədən keçirildi
Kürk geyindiyi üçün təhqir olundu-FOTO
30dan çox insan Həcc ziyarətinə ikinci dəfə gedəcək
Çəki atmağınıza kömək edəcək sirlər
“YouTube”un aylıq izləyicilərinin sayı 2 milyarda çatdı
Ardanın klubu finalda
Təhsil Nazirliyi şagird sıxlığını aradan qaldırmağa çalışır