Qısa müddətdə yaradılan “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi” vasitəsi ilə 5 aprel 2020-ci il tarixdən vətəndaşların sorğuları cavablandırılmağa başlanılıb.
“ASAN Xidmət”in yaydığı məlumata görə, əməkdaşlar üçün icazənin alınması ilə bağlı 32112 dövlət və özəl təşkilat, o cümlədən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs tərəfindən icaze.e-gov.az portalı vasitəsi ilə 494307 icazə qeydiyyata alınıb.
Evdən çıxmaq istədiklərinə dair vətəndaşlar tərəfindən icazə əldə etmək üçün SMS-lə 8103 qısa nömrəsinə 223 min telefon nömrəsindən 456 min SMS göndərilib ki, bunlardan da təqribən 284 mini, yəni 62 faizi aidiyyəti olmayan məzmunla bağlı göndərildiyindən təsdiq cavabı almayıb
Qeyri-ciddi, aidiyyəti olmayan SMS-lərin göndərilməsi yaşayış yerini zəruri olaraq tərk etmək istəyən vətəndaşlara SMS-in vaxtında göndərilməsinə maneə törədir. Hər kəsi belə hallardan çəkinməyə çağırır və bildiririk ki, əks halda bu cür hallar karantin rejimi tələblərinin pozulmasi kimi qiymətləndirilə bilər.
Vətəndaşlarımıza tövsiyə edirik ki, SMS müraciətlərini 30 dəqiqə və ya 1 saat öncədən həyata keçirsinlər. Cavab mesajı ən geci 1 saat ərzində gələcək. Vətəndaşların müraciətinə gələn cavab SMS-ində icazənin qüvvədə olduğu müddət göstərilir.
Təsdiq mesajı aşağıdakı məzmundadır:
Nümunə: 2-ci indeks üzrə bu SMS-i aldığınız vaxtdan etibarən 2 saat müddətinə yaşayış yerinizi tərk edə bilərsiniz. Təsdiq cavabı gəldikdən sonra müraciət edən vətəndaş olduğu yeri tərk edə bilər.
Vətəndaşlar SMS icazə sistemindən istifadə qaydaları və SMS göndərilməsi ilə bağlı yaranan çətinliklərlə əlaqədar “ASAN xidmət”in 9108 Çağrı Mərkəzi və ya müvafiq mobil operatorların Çağrı Mərkəzlərinə müraciət edə bilərlər:
- Azercell - *1111; şəhər nömrələrindən 012 490 49 49
- Bakcell - 555; şəhər nömrələrindən 012 498 89 89
- Nar - 777вЃ©; digər mobil operatorlardan və şəhər nömrələrindən 012 444 07 77
SMS müraciətlərində gecikmələrlə bağlı müxtəlif səbəblər ola bilər. Misal üçün, müxtəlif yeni və köhnə nəsil telefon modellərinin tənzimləmə məhdudiyyətləri, bəzi şəxslərin lüzumsuz yerə dəfələrlə sistemə müraciət etməsi nəticəsində şəbəkənin yüklənməsi və mobil qurğularla bağlı digər bu kimi texniki səbəblər.
Evdən çıxarkən vətəndaşın şəxsiyyət vəsiqəsinin üzərində olması mütləqdir. SMS sistemi hazırda tam dayanıqlı və təhlükəsiz vəziyyətdə çalışır. Hər hansı problem yaranacağı təqdirdə vətəndaşlar dərhal bu barədə və hansı addımların atılmalı olduğu haqda məlumatlandırılacaqlar. Bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, yalnız zərurət yarandığı halda xidmətdən istifadə etmək tövsiyə olunur.
SMS sistemi vasitəsi ilə icazə alınması zamanı sui-istifadə halları daim araşdırılacaq. Belə hallara yol verən vətəndaşlar barəsində ciddi məsuliyyət tədbirləri görüləcək.
XƏBƏR LENTİ
Məşhur aktyoru oğruya oxşatdılar-FOTO
Dövlət büdcəsində təhsil sahəsi üçün nəzərdə tutulan vəsait artırıldı
Zeytun yağlı yaşıl pomidor yeməyi (foto-resept)
Neft yenidən ucuzlaşdı
Olimpiya çempionumuzla bağlı ilginc məlumat
Bakı metrosunda yenilik
Gəlinliyin tarixi
Bu proqramı telefonunuzdan dərhal silin
Etiraf
Cennifer Lopez son paylaşımı ilə Diqqət Çəkdi-FOTO
Günün ulduz falı
Kickstarter də sındırıldı
Ən çox görülən yuxular və mənaları
Çin aya insan göndərəcək
Dünyanın ən böyük Yeni İl Şam ağacı işıqlandırıldı - VİDEO
Alman kilsəsindən müsəlmanlara dəstək
Xudavəng monastırı ilə bağlı erməni yalanları - VİDEO
Ağ-qara illüstrasiyalar
Magistr olmaq istəyənlər üçün xəbər var
Gözəllik içkiləri
Azərbaycanda hərbçilərə yeni imtiyazlar veriləcək
Bu həftəsonu qadağa olacaq? - İbrahim Məmmədovdan açıqlama
Qida demə, zəhər de!
Zövqə uyğun ayaqqabılar
Uşaqların dilində "Sevgi" nədir?
Bakı metrosunda havayı internet
Gün boyu necə pozitiv olaq?
50 yaşı olduğuna inanmayacaqsınız
Azərbaycanın son zamanlar Rusiyadan aldığı hərbi texnikaların adları açıqlandı
"Tibbi sığorta haqqında" qanunuyla bağlı işçi qrup yaradıldı
Azərbaycana 30 sm qalınlıqda qar yağdı
Beyonsun heykəli hazırlandı-FOTO
Analar gününüz mübarək!
Ağrıyan dişi 5 dəqiqəyə sakitləşdirin
Günün qoroskopu: maraqlarınızı qurban verməyin
Burak bacısı ilə FOTO paylaşdı
10 min dollarlıq yeək sifarişi ilə diqqət çəkdi
Uşaqlar niyə yalan danışır?
Günün ulduz falı - 27.12.2013
Qeyri-adi tortlar
Bu pendir və şor məhsullarının satışı qadağan edildi!
Yaralıyam, dəymə…
Azərbaycan dili - XVIII dərs
Göbələkli qovurma (foto-resept)
Orta məktəblərdə iş dəftərlərinin istifadəsi ilə bağlı açıqlama
Bir kişinin aşiq olduğunu necə başa düşmək olar?
Məsləhətinizə ehtiyacım var
Göz quruluğunu aradan qaldırmaq üçün 3 yol
Gəlinlik
Günün ulduz falı