Kremlin sabiq baş həkimi, məşhur televiziya aparıcısı Aleksandr Myasnikov təhlükəli infeksiyalarla tanışdır. Belə ki, o, 80-ci illərdə Afrikadakı Qızıl Xaç Missiyasının əməkdaşı kimi çalışıb, xəstəliklərin ocağında həyat gerçəklərini öz üzərində sınaqdan keçirib. Həkim bu gün dünyanın bəlasına çevrilən koronavirusu “mehriban” infeksiya adlandırır. Lakin məhdudlaşdırıcı tədbirlərin tətbiqi - özünütəcrid və karantini dəstəkləyir.
Tanınmış həkim və televiziya aparıcısı pandemiyanın nə zaman dayanacağı və infeksiyaya yoluxmamaq üçün davranma qaydaları barədə danışıb.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, tanınmış mütəxəssisin Rusiya mətbuatına verdiyi müsahibəni təqdim edir:
- Virusun yayılmasının qarşısını alan ən effektiv vasitə nədir?
- Bu gün antiviral dərmanlar və COVID-19 əleyhinə vaksinlər olmadığından təcrid yeganə xilas yoludur. Bu, viral infeksiyanın nəzarətsiz yayılmasının qarşısını alan tədbirdir.
Fakt budur ki, virus heç bir sərhəd tanımır. Bəzi şəhərlərdə və ölkələrdə karantin tədbirləri tətbiq etmək, digərlərində isə tətbiq etməmək olmaz. Bütün infeksiyalar üçün tədbir eynidir: istənilən hava nəqliyyatını dayandırmaq lazımdır. Çünki bu gün siçovullar vəba, ağcaqanadlar isə malyariya yaydığı kimi, təyyarələr də hər hansı virus daşıyır. Ebola da təyyarələr vasitəsilə yayıldı. Odur ki, məhdudlaşdırıcı tədbirlər görmək lazımdır. Və bütün dünyada onlar sinxron olmalıdır.
- Fransadan nümunə götürməyə dəyər?
- Rusiyada infeksiyaya yoluxan xəstələrin sayı xaricdəki kimi yüksək deyil. Hər iki həftədən bir yoluxma hallarının sayı iki dəfə artarsa, infeksiya nəzarətsiz sayılır: 100, 200, 400, 800, 1600 və daha çox. Belə bir irəliləyiş görmürük. Heç kimin xəstələnmədiyi günlər də var. Bəli, irəliləyiş əlbəttə ki, olacaq. Anlamaq lazımdır ki, 200-dən çox - 300 nəfər yoluxmuş, müəyyən edilmiş və həkimlərə müraciət etmiş insanlar var. Bundan başqa, asqıran, öskürən və həkimlərə müraciət etməyən bir sıra insan var. Bəziləri xəstələnəcək, kimisi müəyyən ediləcək, beləliklə say artacaq. Ancaq bu həndəsi irəliləyiş deyil.
COVID-19-un ən təhlükəli yoluxma olmadığını başa düşməlisiniz. Elə davranırıq ki, sanki koronavirus həqiqətən çoxsaylı ölümlə nəticələnən təhlükəli qripdir. Əslində, koronavirus infeksiyası kəskin tənəffüs yoluxucu infeksiyaların bir növüdür. Bu zəifləmiş immuniteti olan bəzi xəstələrdə, yaşlılarda ağciyərlərə təsir göstərə bilər. Ancaq çox yüksək ölümlə nəticələnməsi inandırıcı deyil. Daha dəqiq desək, heç də yüksək səviyyədə deyil.
Odur ki, ciddi məhdudlaşdırıcı tədbirlər üçün ehtimal ki, kəskin həyati ehtiyac yoxdur. Ancaq xəstəlik çox sürətlə yayılarsa, peyvənd və dərman tapılmazsa, onu dayandırmağın yeganə yolu məhdudlaşdırıcı tədbirlərin görülməsidir.
- Ölkələr insanları kütləvi halda karantində nə qədər müddət saxlaya biləcək?
- Afrikada 2014-2015-ci illərdə baş verənləri çox yaxşı xatırlayıram. Eboladan dolayı orada karantin elan olunduqdan sonra problemlər başladı. Bəli, ilk iki həftə hər şey yaxşı idi. Lakin Ebola daha uzun müddət davam etdi. Və sonra bloklanmış ocaqlarda narazılıq baş qaldırdı. İnsanlar küçələrə çıxmağa başladı, yemək və dərman çatışmazlığı yarandı, digər xəstəliklərdən əziyyət çəkməyə başladılar. Bütün bunlar, sadəcə karantin müddətini aradan qaldırmaq məcburiyyəti ilə yekunlaşdı. Və bu, karantinlərin nə qədər bitməsinin standart modelidir.
Təsəvvür edin ki, milyonlarla insan hazırda Avropada olduğu kimi karantindədir. Əlbəttə ki, maaşlarını kompensasiya etməyə çalışacaqlar. Ancaq bir insanın məvacibi tam olaraq ödəniləcəkmi? Və bir çox başqa problem ortaya çıxacaq. Yəni bütün məhdudiyyətlər yalnız müvəqqəti tədbirlər olmalıdır. Əks təqdirdə Afrikadakı kimi olacaq.
- Bəs karantində olan insanların daha çox əylənmələri üçün alkoqol satışına icazə verilməsi fikrinə necə yanaşırsınız?
- Belə fikirləri şərh etmək istəmirəm. Ancaq demək istəyirəm ki, əslində karantin barədə hələ çox şey bilmirik. Bu axına yeni daxil olmuşuq. Bəzi mənzillərdə açıq-aşkar koronavirus simptomları olan xəstələr olarsa, bəlkə zamanla bütün binanın sakinləri virusa yoluxacaq. Bəli, infeksiya zəncirini qırmaq üçün insanlar ünsiyyət qurarkən bir müddət təcridetmə tədbirlərini tətbiq etməlidir. Ancaq bu uzun müddət davam edərsə, onda gözlənilməz problemlərlə üzləşə bilərik. Bəşər tarixində belə genişmiqyaslı karantinlər olmayıb.
Ümumiyyətlə, ideal hamının mütləq təcrididir. Yaxşı olardı ki, hər kəs ayrı otaqda qalsın. Effektiv olması üçün hər kəs otaqda tək olmalıdır, təcrid olunmuş hava təchizatı ilə və s. Qalan hər şey idealdan uzaqdır. Ancaq başa düşürük ki, bu, heç yerdə və heç vaxt mümkün deyil. Əminəm ki, üç-dörd həftə ərzində karantin rejimi bitə bilər. Daha çox davam etməyəcək. Əks halda kəskin tənəffüs yoluxucu infeksiyalar və koronavirus “xoşbəxtlik” kimi görünəcək...
XƏBƏR LENTİ
Telekommunikasiya tarixi və müasir cəmiyyətimiz
Ailə qurulması məsləhət olan 15 kişi tipi
Maksim Şevçenko onu öldürməklə hədələyən ermənilərin adlarını açıqladı - VİDEO
Unutqanlığın qarşısını alan məşqlər
5 manata satılan yaşıl yumurta -FOTO
Azərbaycan Kubokunda 1/8 final həyəcanı
Naringili dondurma (foto resept)
Kök şorbası
Vegeterianlıq nədir?
Qarın bölgəsindəki yağları əridən detoks
Aslı Enver idmana başladı-FOTO
Danimarkada qəribə hadisə: Koronavirusa görə öldürülən su samurlarının cəmdəkləri basdırıldıqları yerdən çıxdı
Ən gülməli manekenlər
Qadın.net-lilərin ləqəbləri (2-ci hissə)
Gürcü nazir İrəvanda Azərbaycandan danışdı
Ledi Qaqa yeni ili onunla keçirdi-FOTO
Yerli TV və radiolar yayımlarını dayandıracaq-SƏBƏB
Cennifer Lopez Toy Vaxtını Açıqladı-FOTO
Ağciyərindən mismar çıxdı-FOTO
TƏBİB-dən ölkəyə koronavirus peyvəndinin gətirilməsi ilə bağlı AÇIQLAMA
Gözəl saçlar
Olimpiya çempionumuz yeni vəzifəsi haqda danışdı
Azərbaycanda boşanmaların sayı açıqlandı
Ağır idmanın zərəri
Yeni ildə Azərbaycanı gözləyən təhlükə
Beren Saat sevərlərə bəd xəbər (FOTO)
Övladımla necə dost ola bilərəm?
Qadın DYP avtomobilində uşaq dünyaya gətirdi
WhatsApp-da daha bir yenilik
Qaymaqlı qurabiyə (foto resept)
Yazıqlar məkanı: irəliyə doğru, geriyə...
Nişan üzükləri
"Qarabağ bir neçə günə geri alınacaq"
Dimedrol reseptlə satılmalıdırmı?
Xərçəngin yarandığını göstərən əsas əlamətlər açıqlandı
Günün qoroskopu: Mübahisə etməyin!
Çimərlik çantaları
Hava haqqında - 12.08.2013
Klubumuz planetin ən güclü kollektivləri ilə mübarizə aparacaq
İki ulduz eyni rol üçün mübarizə apardı-FOTO
5 əsas fitness hərəkətinin doğru və səhvləri
“Facebook”da sistem dəyişir
Günün ulduz falı - 11.03.2014
Çində son sutka ərzində COVID-19-a daha 8 yeni yoluxma aşkarlanıb
Neymarın cəzası məlum oldu
Ərtoğrol Cavid (vaxtdan uca)
Bu günün hava proqnozu
Yadplanetlilərlə 4 dəfə görüşən şəxsin – Şok hekayəsi
Disney gözəllərinin oxşarları
Təyyarə ilə səfər zamanı qulaqda yaranan problemlər