“Sosial şəbəkələr doğru xəbərlərin yayılma sürətinə necə müsbət təsir edirsə, yanlış və təxribat xarakterli məlumatların ötürülməsinə də bir o qədər geniş imkan yaradır. Təhsillə bağlı xəbərlər isə, adətən, kütləvi xarakter daşıyır və hər bir Azərbaycan ailəsinə təsir edir, çünki bir çox ailələrdə ən azı bir şagird, tələbə və ya müəllim var”.
Qadin.Net oxu.az-a istinadən xəbər verir ki, bunu Təhsil nazirinin müşaviri Elnur Məmmədov bildirib.
O qeyd edib ki, mart ayı ərzində təhsil müəssisələrində fasilə müddətinin uzadılmasına, tələbə və şagirdlərə aid bir sıra digər məsələlərə dair bir neçə dəfə yanlış məlumatlar, o cümlədən, Nazirlər Kabinetinin və Təhsil Nazirliyin rəsmi saytından “skrinşotlar” və sair yayılıb:
“Hər dəfə bununla bağlı Təhsil Nazirliyi məlumatın yanlış olduğunu, bu hərəkətlərin hüquqi məsuliyyət yaratdığını və bütün vətəndaşların yalnız rəsmi məlumatlara istinad etməyini dönə-dönə vurğulayıb. Lakin bu gün yenidən bu saxta məlumatların kütləvi şəkildə yayılmasına başlanıb.
Bu hərəkətlərin arxasında duran insanlardan cəmi iki xüsusiyyət tələb olunur:
1. İnternetə çıxışın olması.
2. Vicdanın olmaması.
Hamımıza məlum olan yaranmış vəziyyətdə vətəndaşlarımızın məsuliyyətli və həmrəy olması sağlamlığımız uğrunda apardığımız mübarizənin vacib şərtidir. Saxta məlumat psixi sağlamlığı pozur, çaşqınlıq yaradır, insanın vaxt və enerjisini lüzumsuz sərf edir.
Bu həmrəyliyin bir təzahürü olaraq hər birinizdən xahiş edirəm ki, mənbəyi bəlli olmayan məlumatları (skrinşot, səs yazısı, elektron yazışma və sair) sosial şəbəkə üzərindən bir-birinizə ötürməyin! Məlumatın doğruluğuna özünüz əmin deyilsinizsə, onu SMS-lərə, “Facebook”a, “WhatsApp”a, “Telegram”a, “Instagram”a və başqa şəbəkələrdə kütləvi şəkildə paylaşmayın! Bunu etməklə siz təxribatı törədən şəxsin alətinə çevrilirsiniz və bu prosesdə özünüz bilmədən fəal iştirak edirsiniz.
Məlumatın doğru olub-olmamasını dərhal yoxlamaq üçün dövlət orqanlarının (o cümlədən, Təhsil Nazirliyinin) rəsmi internet və sosial şəbəkədəki səhifələrinə istinad edin! Qəbul olunmuş qərarlar təxirəsalınmadan rəsmi internet resurslara yerləşdirilir. Bu çətin dövrdə əməkdaşlığınıza və məsuliyyətli davranışınıza görə sizə öncədən təşəkkür edirəm”, - deyə müşavir qeyd edib.
XƏBƏR LENTİ
Günün qoroskopu: münasibətləri araşdırmayın
Elə et ki, üzr istəsin...
Qızılgülün faydaları
ÜST-dən virusun qida vasitəsilə yayılması barədə AÇIQLAMA
Uşaqlar üçün quru səhər yeməyi: ziyanlıdır, ya faydalı?
Mehmet Ali Erbilən xəbər var
Azərbaycanda hava şəraiti dəyişəcək
Bu qış canımız daha tez isinə bilər
Arda millidən çıxarıldı
Yeni doğulan körpə hər kəsi HEYRƏTLƏNDİRDİ-FOTO
Apple yenidən lider oldu
Saxta gün eynəklərini necə ayırd etməli?
“Samsung”un rəhbərinin övladları doqquz milyard dollar miras vergisi ödəməlidirlər
Cütlük 135 milyon dollar uddu
Dünyada İLK-Üzən supermarket istifadəyə verilir
Günün ulduz falı
AQTA koronavirusla bağlı gücləndirilmiş iş rejiminə keçdi - FOTO
Xanımlarımıza yad güllər
Sabah Azərbaycanda 650 min ağac əkiləcək
Analıq qadınlıqdan imtina etməkdirmi?
Bütün Türkiyə qara geyinəcək
Valideynlərə müjdə!
Ana və qız arasında konflikt: necə davranmalı
Günün qoroskopu:Uğurlu gündür!
Evlənmək üçün kişiyə PUL verən ölkələr-SİYAHI
Keti Perri plagiatda günahlandırılır
Aleyna Tilki Bakıda
Bəzi faktların elmi izahı
Möcüzə gel süni damarlar yaradır
Bürclərin romantik sirləri (son)
Məndən imtina etmə, ana!
Şahzadənin hər kəsi təəccübləndirən görüntüsünün sirri
Ekran yorğunluğunun qarşısını almaq üçün 3 üsul
3 günə 3 kiloqram arıqladan şaftalı pəhriz
Fikirlərimizi necə ifadə edək?
99 yaşlı veteran koronavirusla mübarizə üçün 8 milyon avro yığdı
Məşhur aktyora 17 illik həbs cəzası
Şok! Marketdən alınan banandan əqrəb çıxdı
Özünü kişi cildinə salan məşhur aktrisanı tanımadılar - FOTO
Sızanaqlar üçün 3 maska
HAVA necə olacaq?
Cəmi 8 həftəyə artıq kilolardan qurtulmaq istəyirsiniz?
Dəvə hərracda 30 minə satıldı - Foto
Bu gün Azərbaycanda buraxılış imtahanı keçirilir
Hadisədən “Bahar hissləri” paylaşımı - FOTO
Azərbaycanın 45 saniyəlik reklamı (VİDEO)
Dünyanın ən böyük qızıl külçəsi tapılıb - FOTO
2 uşaq anası olduğuna heç kim inanmır - FOTO
Rezidenturaya qəbul olanların siyahısı açıqlanıb
Pərəstişkarı onun üçün kitab yazdı