Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər müəyyənləşdirilib.
Bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Məlumatda deyilir ki, koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunur.
Qeyd olunanlarla əlaqədar insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa digər istiqamətlər üzrə fəaliyyət 2020-ci il 31 mart saat 00:00-dan 2020-ci il 20 aprel saat 00:00-dək dayandırılır.
İnsanların bir-biri ilə ünsiyyətini minimuma endirmək və bununla da infeksiyaya yoluxmanın sürətinin azaldılması məqsədilə aşağıdakı iş və xidmət sahələri üzrə fəaliyyət elan olunan müddətdə qadağan edilir:
• Bütün ticarət və ictimai iaşə məkanlarında, o cümlədən restoran, kafe və çay evlərində müştərilərə yerində xidmətlər (supermarketlər, ərzaq mağazaları və apteklərin fəaliyyəti, evə götürmə, çatdırma və onlayn satışlar istisna olmaqla);
• İstirahət və əyləncə məkanları üzrə xidmətlər;
• Mədəniyyət obyektləri, eləcə də muzey və sərgi zalları, kinoteatrların, teatrların, idman zallarının fəaliyyəti;
• Bərbərxanalar, gözəllik salonları, masaj, hamam və kosmetik xidmətlər (o cümlədən bu sahələrdə müştərinin evində və ya digər məkanlarda xidmət);
• Dəfn mərasimləri istisna olmaqla dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili xidmətləri;
• Dərzi xidmətləri (o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda xidmət);
• Fotoatelye/fotostudiyalar (o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda xidmət);
• Tədbirlərin təşkili üzrə xidmətlər (o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda ad günləri, toy, nişan və bu kimi mərasimlərin təşkili);
• İdman, sağlamlıq-bərpa üzrə xidmətlər (bu sahədə tibbi xidmətlər istisna olmaqla);
• Fərdi mənzillərdə təmizlik xidmətləri;
• Fərdi tədris və repetitor xidmətləri (o cümlədən bu sahədə evlərdə xidmət).
Bu müddətdə xüsusi rejim dövrünün tələblərinə əməl olunması şərti ilə aşağıdakı istiqamətlərdə fəaliyyətin davam etdirilməsinə icazə verilir:
1. Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən siyahısı müəyyənləşdirilən icra hakimiyyəti orqanları və təşkilatlar.
2. Səhiyyə və sosial sahə üzrə:
• Elmi-tədqiqat və laborator xidmətləri
• Xəstəxanalar, poliklinikalar və digər tibb müəssisələri üzrə xidmətlər
• Baytarlıq xidmətləri
• Tibbi avadanlıqların, dərmanların və tibbi vasitələrin istehsalı
• Sosial xidmətlər
• Əqli qüsurlu və xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün baxıcılıq xidməti
3. İnfrastruktur sahəsi üzrə:
• Kommunal xidmətlər (kanalizasiya və su təchizatı, qaz təchizatı, istilik təchizatı, enerji paylanması)
• Elektrik enerjisinin istehsalı və təchizatı
• Su təchizatı və meliorasiya
• Telekommunikasiya və rabitə xidmətləri
4. Nəqliyyat və logistika sahəsi üzrə:
• Hava, dəniz, dəmir yolu və avtomobil nəqliyyatı ilə yük daşımaları
• Dəmir yolu, dəniz gəmiçiliyi, liman və avtomobil yolları xidmətləri
• Logistika xidmətləri
• İctimai nəqliyyat və taksi xidmətləri
5. Əsas istehsalat növləri:
• Müdafiə sənayesi məhsullarının istehsalı
• Neft avadanlıqları və qurğularının istehsalı
• Qida məhsullarının və onlar üçün xammal istehsalı, qida məhsullarının tədarükü, təchizatı, saxlanılması və topdan satışı
• Gündəlik baxım və gigiyena vasitələrinin istehsalı
• Kimyəvi məhsulların istehsalı
• Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, o cümlədən fermer təsərrüfatlarının fəaliyyəti
• Əkinçilik və məhsul yığımı
• Neft və qazın hasilatı, emalı, saxlanması və satışı
• Neft və qazın boru kəmərləri vasitəsilə ötürülməsi
• Metallurgiya sənayesi üzrə fəaliyyət
• Tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri
• Mühəndislik və layihələndirmə xidmətləri
• Mülki və sənaye təyinatlı bina və qurğuların, yolların tikintisi və təmiri
• Qablaşdırma məhsullarının istehsalı
• Daş, metal və taxta məhsullarının istehsalı
• Mebel istehsalı və təmiri
• Diri heyvanların kəsimi
6. Pərakəndə və topdansatış üzrə:
• Ərzaq məhsullarının satış məntəqələri
• Apteklər
• Yanacaqdoldurma məntəqələri
• Zoomağazalar, o cümlədən heyvanlar üçün yem satışı məntəqələri
• Tikinti materialları və məişət xırdavatlarının satışı məntəqələri
7. Məişət xidmətləri üzrə
• Məişət tullantılarının yığılması və utilizasiyası
• Poçt xidmətləri
• Kimyəvi təmizləmə
• Mənzillər istisna olmaqla yaşayış binalarının təmizlənməsi
• Avtomobillərin təmiri
• Avtomobil yuyulma məntəqələri
• Tərcümə xidmətləri
• Heyvan sığınacaqları
• Dizayn xidmətləri
8. Kütləvi informasiya vasitələri
9. Maliyyə təşkilatları üzrə
• Banklar və valyuta mübadiləsi məntəqələri
• Sığorta təşkilatları
• Ödəniş xidmətləri və klirinq xidmətləri göstərən təşkilatlar
10. Xüsusi xidmət növləri üzrə
• Çatdırılma xidmətləri
• Məişət avadanlıqlarının təmiri
• Dezinfeksiya xidmətləri
Karantin dövründə hər bir şəxs və təşkilat tərəfindən elektron ticarətdən istifadəyə üstünlük verilməlidir.
Xüsusi rejim dövründə fəaliyyət göstərəcək dövlət və özəl təşkilatların siyahısı və iş rejimi əlavə olaraq müəyyən ediləcəkdir.
COVID-19 virusunun uzun inkubasiya dövrünün olmasını, yayılma sürətini nəzərə alaraq, vətəndaşlarımızdan bir daha Ümumdünya Səhiyyə Təşkilatının, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və qaydalarına riayət etmək, özünütəcrid tədbirlərinə uyğun davranmaq, evdən çıxmaq zərurəti yarandığı hallarda tibbi-profilaktik qaydalara əməl etmək və insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini gözləmək tələb olunur. Koronavirus xəstəliyi üçün xarakterik simptomların hiss olunduğu hallarda 103, 113 təcili tibbi yardım xidmətinə, 1542 nömrəli “qaynar xətt”ə zəng etmək ciddi tövsiyə edilir.
XƏBƏR LENTİ
Kişi ginekoloqdan SENSASİYALI SÖZLƏR
Günün ulduz falı - 16.08.2013
Bu gün “İKT Qızlar günü”dür
Papa Türkiyəyə cavab verdi
"Azərbaycanın birinci xanımı çox gözəldir"
Deyl Karnegidən 12 məsləhət (1)
Azərbaycan tarixində ilk: Qadın hakim olacaq
Günün qoroskopu:Diqqətli olun!
Uşaqlar texnologiyanın əsiri olmasın
Belarusda saxlanılan etirazçıları 15 ilə qədər həbs gözləyir
Qızıl bazarında son vəziyyət – QİYMƏTLƏR
"Gənc Alimə Məktublar" kitabı oxucu kütləsinə təqdim edilir!
Aleyna Tilki narkotik istifadə edir?-FOTO
Barak Obama Yeni ili Havay adalarında qeyd etdi-FOTO
Uşaqları internetin zərərli təsirlərindən qoruyaq
Menstruasiya ağrıları
MTRŞ: Şou verilişlərin səviyyəsi bizi narahat edir
Bir aya 10 kiloqram arıqladı - FOTO
Tez arıqlamaq üçün pəhriz
Hamiləlikdə vitamin ehtiyacı
Dünyanın ən bahalı dikdabanın qiyməti bəlli oldu-FOTO
İrem Dericidən qəribə açıqlama
Leysan yağacaq, dolu düşəcək
Sensasiya: Marsda su tapıldı
Necə xoşbəxt olmalı?
Şəhid general Polad Həşimov haqda film çəkiləcək
Yuxuda tərləməyin səbəbləri
Günün ulduz falı
Diş məcunu sızanaqları yox edirmi?
İnsan dərisinə yapışdırılan displey icad olundu
Putin: Suriyanı Xəzərdən bombalayırıq
Rusiya sülhməramlıları Xankəndiyə daxil oldu
Günün qoroskopu - 29.11.2013
Ağdərə istiqamətində düşmənin artilleriya bölmələrinə zərbələr endirildi - VİDEO
“İstanbullu gəlin”də gözlənilməz ayrılıq
Sofi Lorenin gözəllik sirri
Kim ki yüz il yaşamırsa... - Hippokratın dəyər verdiyi göyərti
Hədik (foto-resept)
Tanınmış futbolçu Azərbaycan klubuna gəlir
Bu gün beynəlxalq işıqfor günüdür
Kiçik biznes qurmağın yolları
"Türkiyə Azərbaycanın yanındadır"
Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı vəzifəsinə namizəd məlum olub
Hələ bu cür toy dəvətnaməsi olmamışdı-FOTO
9 uşaqlı müğənnidən məsləhət-FOTO
"Super Ay" dünyanın ən iri şəhərlərində belə göründü - MARAQLI FOTOlar
Toyuq ətli ananaslı salat (foto resept)
Ordumuz işğaldan azad edilmiş ərazidə Azərbaycan Bayrağını sancdı
Qadınları haldan-hala salan üç rəqəm
Selena Gomez 7 il Təcavüzə Məruz Qalmıb-FOTO