Azərbaycan Respublikasında 17 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb, bir nəfər vəfat edib.
Bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
1951-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı ağır gedişli iki tərəfli pnevmoniya, üçüncü dərəcə tənəffüs çatışmazlığından əziyyət çəkib, xəstənin anamnezində ürəyin işemik xəstəliyi, xroniki kardiomiopatiya, şəkərli diabet olduğu, həmçinin angioplastika (stendin taxılması) əməliyyatı keçirdiyi göstərilib. Pasiyentdən COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb.
Xəstənin səhhətinin stabilləşdirilməsi ilə bağlı aparılan reanimasiya tədbirləri nəticə verməyib. Hazırda onun ailə üzvləri və ünsiyyətdə olduğu digər şəxslər müəyyən edilir və karantinə götürülür.
Qeyd edək ki, hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 163 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onlardan 23 nəfərin vəziyyəti ağır, 17 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Həmin şəxslərin müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir.
Azərbaycanda koronavirusa yoluxma halları ölkəmizə xaricdən gələn şəxslər sırasında və ölkə daxilində insanların bir-birini yoluxdurması faktları üzrə aşkarlanır. Bundan başqa, ölkəmizin müxtəlif regionlarında yaşayan insanlar arasında da infeksiyaya yoluxma halları qeydə alınır.
Bu səbəbdən vətəndaşlarımızdan özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq, insanların sıx toplaşdığı yerlərə getməmək və xüsusi karantin rejiminə əməl etmək tələb olunur.
Vətəndaşlarımızı bir daha şəxsi gigiyena qaydalarına, Ümumdünya Səhiyyə Təşkilatının, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət etməyə çağırırıq.
Xatırladaq ki, koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə martın 24-dən aprelin 20-dək Azərbaycanda xüsusi karantin rejimi elan olunub.
Xüsusi rejim qaydalarına əsasən, xüsusi təyinatlı avtomobillərin hərəkəti istisna olmaqla, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna giriş və çıxış məhdudlaşdırılıb, 65 yaşdan yuxarı insanların evdən çıxması, ictimai yerlərdə, o cümlədən, küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə vətəndaşların 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilib, vətəndaşlara yerüstü nəqliyyatdan istifadə etmək, insnalararası təmaslarda iki metrlik məsafə saxlamaq, koronavirus xəstəliyi üçün xarakterik simptomların hiss olunduğu hallarda 103 və ya 15-42 nömrəli qaynar xəttlərə zəng etmək ciddi tövsiyə olunub.
Bundan başqa, martın 29-dan xüsusi karantin rejiminin gücləndirilməsi, bu məqsədlə xüsusi təyinatlı avtomobillərin hərəkəti istisna olmaqla, rayonlararası və şəhərlərarası nəqliyyatın hərəkətinin tam dayandırılması, bütün ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətin dayandırılması, Bakı metrosunun iş vaxtının, bütün bulvar, park və istirahət məkanlarına girişin məhdudlaşdırılması qərara alınıb
XƏBƏR LENTİ
2015-ci il dəbdə olacaq saç modelləri
Yay Geyimləri
25 müasir mətbəx dizaynı (2)
Vitaminlər
Lavanda bitkisinin faydaları
Koronavirusla bağlı ŞAD XƏBƏR
Günün qoroskopu: tənbəl və ətalətli olmayın
Hər qadının qarderobunda mütləq olmalıdır
Bakıda qeyri-adi canlı tapılıb
İnternet dəhşətləri: Qadağa çıxış yoludurmu?
Bu gün Mehriban Əliyevanın doğum günüdür!
Koronavirus əleyhinə zərdab ixtira edildi
ABŞ Qarabağla erməniləri məyus etdi
Cəbhədə güclü atışma: dinc sakin yaralandı
Bu da Sony Xperia Z Ultra
Göbələkli mantı (foto resept)
Gözəl nitq üçün 5 tövsiyə
Məktəblərdə telefon qadağan olunsunmu?
Tariximiz Qazaxıstanda
Azərbaycana yeni qədim əlyazma gətirildi
Tələbə 6 gün meşədə tək yaşadı-FOTO
Döyüş zonasından video yayanlarla bağlı cinayət işi başlanıldı - RƏSMİ
Karantin rejimindən çıxış necə olacaq? -RƏSMİ AÇIQLAMA
Məşhur aktrisa həbs olundu-SƏBƏB
Ardanın meydançada halı pisləşdi
"Dönərsən deyə" Nagehan Karaman
Türkan Şoray tanınmaz halda...- FOTO
Çalışan analar
Bakteriyalar
Şok ixtisar: 26 min nəfər işsiz qalacaq!
İmmuniteti gücləndirən 5 ərzaq
Təhsil Nazirliyindən hava ilə bağlı XƏBƏRDARLIQ
Baş nazirdən tibb işçilərinin əməkhaqları ilə bağlı VACİB QƏRAR
Zirəddindən Bakı proqnozu
Türkiyədə universitetə silahlı hücum: ölü və yaralılar var
Baş nazir: "Türkiyə milli tankın seriyalı istehsalına başlayacaq"
Qeyri-adi gücləri olan 4 insan
Gözəllik müsabiqəsinin qalibinə şok
Prezident İlham Əliyev Bakıdakı dəhşətli yanğın olayını nəzarətə götürdü
Beyni 4 günə pozan qidalar
Qoz yarpağının faydaları
Xoşbəxt olmağın 5 asan qaydası
Ebola virusu qarşıdurma yaratdı
Moskvaya yeni erməni ittihamı
İranın “səfir”i kosmosa uçdu
DTX rəisi Şuşa şəhərinə gedib - RƏSMİ
Sergey Lazarev 12 kq arıqladı
Azərbaycanda Ordu generalı rütbəsi kimə verilə bilər? - AÇIQLAMA
Günün ulduz falı
Yeni şəxsiyyət vəsiqəsi təqdim olundu - FOTO
- ŞƏRHLƏR