“ATV xəbər”in əməkdaşları Azərbaycanda koronavirus xəstəliyinə yoluxmuş xəstələrin müalicə olunduğu xüsusi rejimli xəstəxanada olublar.
Qadin.Net bildirir ki, “Qafqazinfo”nun verdiyi xəbərə görə, xəstəxanada hazırda koronavirusa yoluxmuş xəstələr xüsusi palatalarda bir-bir saxlanılıb.
Koronavirusa yoluxanlardan biri qısa müsahibəsində bildirib ki, bir neçə gündür müalicə olunur: “Mən özümü narahat hiss etdim və həkimə müraciət elədim. Sonra məni bura gətirdilər. Üzümü xalqa tutaraq deyirəm ki, hər birimiz öz həkimimiz olaq. Hamını verilən qərarlara, qadağalara əməl etməyə çağırıram”.
Xəstəxananın baş direktoru Emin Hüseyn bildirib ki, orada yerləşdirilən xəstələrin bir qismi xaricdən təxliyyə olunanlar, qalanı isə onlarla ünsiyyətdə olan şəxslərdir: “İlk günlərdən etibarən xəstəxanamız diaqnostik və müalicə baxımından gücləndirilib. Pasiyentlər müvafiq dərman preparatları ilə müalicə olunur. Ümumi vəziyyətləri kafidir, dinamika müsbətə doğru gedir. Düşünürük ki, müalicə bitdikdən sonra onlar bu xəstəlikdən tam sağalmış vəziyyətdə öz ailələrinə,cəmiyyətə təhvil veriləcək”.
Qeyd edək ki, Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 104 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onlardan 5 nəfərin vəziyyəti ağır, 9 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Həmin şəxslərin müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir.
Ötən müddət ərzində Azərbaycanda insanların yeni koronavirus (COVİD - 19) infeksiyasına yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 20 mindən artıq test aparılıb.
Koronavirusa yoluxma halları həm Azərbaycana xaricdən gələn şəxslər sırasında, həm də ölkə daxilində insanların bir-birini yoluxdurması faktları üzrə aşkarlanır. Bundan başqa, artıq ölkəmizin müxtəlif regionlarında yaşayan insanlar arasında infeksiyaya yoluxma halları qeydə alınmağa başlayıb.
Bu səbəbdən vətəndaşlarımızdan özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq, insanların sıx toplaşdığı yerlərə getməmək və xüsusi karantin rejiminə əməl etmək tələb olunur. Vətəndaşlarımızı bir daha şəxsi gigiyena qaydalarına, Ümumdünya Səhiyyə Təşkilatının, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət etməyə çağırırıq.
Xatırladaq ki, koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə martın 24-dən aprelin 20-dək Azərbaycanda xüsusi karantin rejimi elan olunmuşdur. Xüsusi rejim qaydalarına əsasən, xüsusi təyinatlı avtomobillərin hərəkəti istisna olmaqla, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna giriş və çıxış məhdudlaşdırılmış, 65 yaşdan yuxarı insanların evdən çıxması, ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə vətəndaşların 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilmiş, vətəndaşlara yerüstü nəqliyyatdan istifadə etmək, insanlararası təmaslarda 2 metrlik məsafə saxlamaq, koronavirus xəstəliyi üçün xarakterik simptomların hiss olunduğu hallarda 103 və ya 15-42 nömrəli qaynar xəttlərə zəng etmək ciddi tövsiyə olunub
XƏBƏR LENTİ
Merve Bolğur bütün dostlarını sildi
Daha bir ölkə İŞİD-i vuracaq
Biz niyə dəyişə bilmirik?
Eyeliner çəkilmə qaydası
Gündəlik salat (foto resept)
Uyğun cütlüksünüzmü?
Ev üsulu pilinq
Ölkələrə görə gəlin və bəy
"Məni unuda bilməzsiniz" yaylıq kolleksiyası
Sneyder üsyan etdi
Nazarbayev yenə prezident oldu
Kabaklı toyuq kababı (foto resept)
Yeriş qaçışdan yorucudur
Uğurlu ünsiyyət üçün
Azərbaycanın poçt xidmətində yenilik
Futbolçulara dəstək vermək üçün bunu etdi-FOTO
Sevda necə arıqladı? - "İnsanlar indi şokdadılar" - FOTO
BÜRCLƏR bizə nə vəd edir? - 27 fevral
"WhatsApp" sərhədini genişləndirdi
Yaponiyada koronavirusun ikinci dalğası barədə XƏBƏRDARLIQ
İki əsgərlə erməni postunu alıb adını Sumqayıt qoyan şəhidimiz - VİDEO
Yuxusuna inandı: Lotereyada 500 min dollar qazandı - FOTO
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Kannda Azərbaycan mədəniyyəti günləri keçiriləcək
Polad Bülbüloğlunun ad günüdür
Quru dərini nəmləndirməyin yolları
Adınızın baş hərfinə görə sevgi
Albalı keksi (foto resept)
Tailanddan “YouTube” və "Facebook"a sərt xəbərdarlıq
Böyürtkən xərçəngin qarşısını alır?
Günün qoroskopu:Sevdiklərinizə dəyər verin!
Bu qəsəbələr içməli suya həsrət qalacaq
Azərbaycan Tibb Universitetinin yeni təmir olunmuş yataqxanası istifadəyə verilib
DÇ-2014: Hollandiya Meksikaya, Kosta-Rika Yunanıstana qarşı
Nə qədər diqqətlisiniz?
Millimizin futbolçusu türk klubundan qovulub
Məktəb ayaqyolusundan kamera çıxdı – VİDEO
Ronaldunun tibbi testləri həkimləri heyrətləndirdi
Bakıda tank mərmisi tapıldı.
İşğal altında olan Qarabağdan ən son fotolar
Nanotexnologiya və mikrodünyalardakı yaradılış-2
Azərbaycan neftinin qiyməti 46 dolları keçdi
Hərbçilərin pensiya yaşı dəyişdirilə bilər
Hamilə qadınların mənəvi qidaları
HAVA necə olacaq?-17 yanvar
BÜRCLƏR bizə nə vəd edir? - 8 MAY
Cəbrayılın işğaldan azad olunan kəndlərinin görüntüləri - VİDEO
Qarabağda müharibə qızışa bilər
Körpələr musiqini necə anlayır?
Türkiyə prezidentinin bu jesti ermənilərə "tərs şillə" oldu
Qadınların kişilərdə axtardığı...