Bakıda hava 11°
USD AZN
EUR AZN
10:57Surayye Evdəyik xanım başqa gedəcək yerimizdə yoxdu 10:03Xəyalə Murad Ailənizə,sevdiklərinizə dəyər verin,Evdə Qalın! 10:03Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41582

Koronaviruslu azərbaycanlı qadın dünyaya sağlam körpə gətirdi

Koronaviruslu azərbaycanlı qadın dünyaya sağlam körpə gətirdi


Qərbi Azərbaycan Əyalətinin Poldəşt şəhərində koronavirusa yoluxmuş qadın sağlam körpə dünyaya gətirib.

Qadin.Net  qaynarinfo-ya istinadla bildirir ki, bu barədə Poldəşt Səhiyyə İdarəsinin rəisi Aydın Rəhimzadə Cahandari "Araz səsi" saytına məlumat verib.

"Martın 23-də Poldəştin İmam Xəstəxanasında koronavirusa yoluxmuş bir ana sağlam uşaq dünyaya gətirib. Qadın xəstə olduğu üçün həkimlər və tibb bacıları ona xüsusi diqqət yetirib. Müayinə zamanı yeni doğulmuş uşaqda koronavirusa rast gəlinməyib."- deyə o bildirib.

Yeni doğulan körpənin ailəsinə təhvil verdiyini bildirən Aydın Rəhimzadə Cahandar koronavirus daşıyıcısı olan ananın müalicə almaq üçün Xoy şəhərinə göndərildiyini qeyd edib.

Poldəşt Səhiyyə İdarəsinin rəisi hal-hazırda Poldəşt şəhərində 3 nəfərin koronavirusa yoluxduğunu diqqətə çatdırıb

Səslərin sayı: 0
0
337
Şərhlər
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış