Bakıda hava
USD AZN
EUR AZN

“Hamının maskadan istifadə etməsinə ehtiyac yoxdur”

“Hamının maskadan istifadə etməsinə ehtiyac yoxdur”


"Hamının qoruyucu maskadan istifadə etməsinə qətiyyən ehtiyac yoxdur".

Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, bu sözləri "Real TV"-yə müsahibəsində TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

Onun sözlərinə görə, maskadan xəstələr istifadə etməlidir:

"Söhbət təkcə koronavirus xəstəsindən getmir. Bu dəqiqə bütün dünyada olduğu kimi, ölkəmizdə də yuxarı tənəffüz infeksiyalarının çox yayıldığı bir vaxtdır. Biz adam asqıranda, öskürəndə, üzünə baxıb bilmirik ki, bu koronavirus daşıyıcısıdır, yoxsa yox. Bütün xəstə şəxslər maskadan istifadə etməlidirlər ki, ətraflarında olan insanları qorusunlar.

 

Tövsiyə olunur ki, əllər 20 saniyə müddətində sabun və su ilə yuyulsun. Bunu tez-tez etmək lazımdır. Çalışaq ki, bu günlərdə əllə salamlaşmayaq. Əlimizi yumadan gözümüzə, ağzımıza vurmayaq. Əlin içinə asqırıb, daha sonra qapı, metro, avtobus dəstəyindən tutmaq olmaz. Asqıranda, bunu dirsəyin iç tərəfinə, büküşünə doğru etmək lazımdır. Öskürən şəxslərlə təmasdan qaçmaq lazımdır".

Səslərin sayı: 0
1
211
Şərhlər
Offline
Xəyalə Murad
bu sözləri "Real TV"-yə müsahibəsində TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
28 fevral 2020 09:16
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış