Ermənilərin Xocalı şəhərində törətdiyi soyqırımından 28 il ötür.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini işğal edərək, burada yaşayan dinc əhaliyə qarşı soyqırımı törədib. Erməni silahlı birləşmələri SSRİ dövründən Xankəndi şəhərində dislokasiya olunmuş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə 1992-ci il fevralın 25-də Xocalı şəhərinə hücuma keçib. Mühasirəyə alınan şəhərin 2500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Lakin pusquda dayanan ermənilər dinc sakinləri gülləbaran ediblər. Əsrin faciəsi olan Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər girov götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
Xocalı soyqırımının ildönümü hər il Azərbaycan və dünyanın bir çox ölkələrində hüznlə qeyd olunur. Azərbaycan səfirlikləri və diaspor təşkilatları hər il fevralın 26-da fəaliyyət göstərdikləri ölkələrdə anım mərasimləri təşkil edir, konfranslar keçirirlər. Bu tədbirlərdə ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən foto-stendlər, sənədli filmlər nümayiş olunur, soyqırımı həqiqətlərini əks etdirən kitablar sərgilənir.
1994-cü ildə Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis “26 fevral - Xocalı soyqırımı günü haqqında” xüsusi qərar qəbul edib. Sənəddə hadisənin başvermə səbəbləri və günahkarları təfsilatı ilə açıqlanıb.
Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldılıb.
Qeyd edək ki, artıq dünyanın bir neçə ölkəsinin parlamenti Xocalı soyqırımını tanıyan qərar qəbul edib
XƏBƏR LENTİ
Azərbaycanda ilk milli ödəniş sistemi yaradılır
2018 gəlinlik kolleksiyası
Qızıl və platin iPhone istəyirsiniz?
Disney qəhrəmanlarının real həyatda oxşarları
Şaftalı
Hər il Zəfər Günü iş olmayacaq - VİDEO
CCleaner
Seda Sayan cavanlaşmaq üçün məhkəməyə müraciət etdi
Nazirlik ağac əkmək istəyən vətəndaşlara müraciət etdi
İnsan sifətli donuz balası görənləri dəhşətə gətirdi – VİDEO
Böyük gülüş ustamızın anadan olmasından 99 il ötür
İctimai yerlərdə bu sayda toplaşmaq olar - YENİ QƏRAR
Baş Prokurorluqdan sayt rəhbərlərinə xəbərdarlıq
İstismar müddətini başa vuran avtobuslar yığışdırılır
Uşaqların sosial-psixoloji inkişafı-6
WhatsApp-da dostları izləmək mümkün olacaq
Ermənilər ruslara qarşı kütləvi etiraz aksiyalarına start verdi
Şəhid pilotlarımız son "eniş"lərini edirlər
Qadınların nəzərinə: bu hiylələrlə daha gözəl görünün
Gül bayramı
Pentaqon hicaba azadlıq verdi
Gələn həftə Azərbaycanda dörd gün iş olmayacaq
Tənbəl heyvanlar
Metroda Əmrahı görüb TƏƏCCÜBLƏNDİLƏR-FOTO
Kokoslu keks (foto resept)
Girovlarımız bu gün azad ola bilər
İnternetdə onlar ingilis dilində danışırlar
Qadın idmançımız Avropa çempionatının finalında
Ermənistan güzgüyə baxsın
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Mickey Mouse
Məşhur aktyoru oğruya oxşatdılar-FOTO
İdmançılarımızla bağlı daha bir qalmaqal
Sinoptiklər istirahət gününə nə vəd edirlər?
Saxsı qabda mal əti şorbası (foto resept)
Saç dərisi baxımı üçün 3 tövsiyə
Bakıda qeyri-adi bəy-gəlin - Maşınlarını saxladıb, bazarlıq etdilər
Bakıda içməli suyun verilməsində fasilələr olacaq
Kəs və yapışdır-29
Bu xəstəlikləri olanlara gündə qaralmaq olmaz - SİYAHI
Qurban bayramı TÖVSİYƏSİ
Bakıda zəhərli balıq satılır!
Dekorativ qidalar - foto
Kayli Cennerin daha bir yalanı üzə çıxdı-FOTO
“Zeytun Bağları" – Fayda və dad qovuşanda!
DƏHŞƏTLİ İSTİLƏR gəlir: temperatur rekord həddə yüksələcək
2015-ci ilin Ford Mustang-ı satıldı
Bu mahnı "Youtube"da REKORD QIRDI - VİDEO
Azərbaycanda bu bankların bütün səlahiyyətləri alındı
Hamilə olmaq şansını necə artıraq?