Bu gün Azərbaycanda ilin sonuncu çərşənbələrinin ilki - Su çərşənbəsi qeyd olunur.
Qadin.Net xəbər verir ki, Novruz bayramına 4 həftə qalmış insanlar həyat üçün vacib dörd ünsür - su, od, yel və torpaqla bağlı çərşənbələri təntənəli şəkildə qeyd edirlər. El arasında bunlara “boz ayın çərşənbələri” də deyilir. Novruz bayramının ilk çərşənbəsi - Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır.
İlk çərşənbə ərəfəsində ev-eşiklər sahmana salınır, bağ-bağçalarda ağacların, gül kollarının dibi bellənir. Hər çərşənbənin öz təamı, öz xonçası var. Su çərşənbəsinin xonçasında pak, təmiz su mütləq olmalıdır. Suyun ətrafına quru meyvə, rəngli şamlar, ləbləbi - kişmiş, çətənəli, küncüdlü, fındıqlı-qozlu qovurğa qoyulur. Su çərşənbəsində yaşlılar üçün qovurğadan qovut çəkir, üstünə bəkməz və ya bal tökürlər.
Xalq inancına görə, birinci çərşənbə günü su və su mənbələri təzələnir, hərəkətə gəlir. Su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif şənliklər keçirirlər. Ümumiyyətlə, saflıq, təmizlik rəmzi olan su hər zaman müqəddəs hesab edilib. Su çərşənbəsi axşamı süfrəyə təmiz su qoymaq lazımdır və hamı həmin sudan içməlidir.
Su çərşənbəsi “əzəl çərşənbə” və ya “Sular Novruzu” da adlanır.
Azərbaycanda martın 3-də Od, martın 10-u Yel çərşənbəsi, Novruzun ilaxır - Torpaq çərşənbəsi isə martın 17-də qeyd ediləcək.
Qeyd edək ki, bu il Azərbaycana yaz fəsli ölkəyə martın 20-də, Bakı vaxtı ilə saat 07:49:36-da daxil olacaq. Həmin gün Günəş öz orbiti üzrə hərəkət edərək göy ekvatorunu kəsir. Yəni, cənub yarım kürəsindən şimal yarım kürəsinə keçir. Bu nöqtəyə də yaz bərabərliyi nöqtəsi deyilir və Günəş bu nöqtədə olarkən gecə ilə gündüzün uzunluğu bərabərləşir. Bununla da Şimal yarım kürəsiə Yaz fəsli daxil olur.
2020-ci il martın 20-si, 21-i, 22-si, 23-ü, 24-ü Novruz bayramıdır. Bu il 21, 22 mart tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən, 25, 26 mart tarixləri qeyri-iş günüdür. Beləliklə, bu il martın 20-si, 21-i, 22-si, 23-ü, 24-ü, 25-i və 26-da iş olmayacaq
XƏBƏR LENTİ
BÜRCLƏR bizə nə vəd edir? - 25 fevral
Sağlam qalmaq üçün bunlara əməl edin
Peçenyeli şokolad tortu (foto-resept)
Uşağı döymək olarmı?
Azərbaycana yay fəsli daxil olub
Sənə dönmək istəyirəm
Sabah da tıxaca hazır olaq?
İlham Əliyev daha 23 kəndimizin işğaldan azad olunduğunu bəyan etdi
Alla Puqaçova hər kəsi təəccübləndirdi-FOTO/VİDEO
ABŞ Marsda 10 minlik şəhər tikəcək
İlham Əliyevdən baş nazirlə bağlı SƏRƏNCAM
Cins şalvarlar
Filmin çəkilişləri dayandırıldı-SƏBƏB
Rusiyadan ABŞ-a XƏBƏRDARLIQ
Google keçmişə qayıdır
Dərs ilinin müddəti artırıla və yay tətili ləğv oluna bilərmi? - RƏSMİ
İlk çantalar
Üçüncü sınaq başlayır
Azərbaycanda 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına qoyulan qadağa götürüldü - RƏSMİ
Günün qoroskopu: çoxsaylı problemlər yarana bilər
Parlaq və ləkəsiz dəri üçün maska
Azərbaycanda göz xəstəliklərindən əziyyət çəkənlər üçün yenilik
Manikür üçün dırnaq ətini yumşaldan maska
Yay aylarında qidalanmada nələrə diqqət edilməlidir?
Kraliça Yelizaveta portretində səhv tapdı - VİDEO
Beyrutda fövqəladə vəziyyət rejiminin müddəti uzadıldı
Yağış yağacaq, külək əsəcək...
Geyim kombinasiyaları
18 oktyabr Milli Müstəqillik günüdür!
İzmirdə yenə zəlzələ oldu
Doğuşdan sonra depressiya
Məşhur serial ərəb şahzadəsinin sifarişi imiş
Rusiyada koronavirusa qarşı daha bir peyvənd test ediləcək
Toy üçün saç aksesuarları
Adel 20 kq arıqladı-FOTO
Sarı şam kimi yanan paxistaxis
ÜST-dən maska XƏBƏRDARLIĞI - Qaydalar dəyişdi
Qıvırcıq saçlar üçün 3 tövsiyə
Cemli, halvalı peçenye (foto resept)
Günün qoroskopu: məsləhət üçün təcrübəli insanlara müraciət edin
Günün ulduz falı - 21.09.2013
Lampalar bizi izləyəcək
"Supermen" 0,05 saniyəyə klinik diaqnoz qoymaq qabiliyyətinə malikdir
Konserv məhsulları bədəni vitaminsizləşdirir
Ermənistan ordusu Azərbaycan ərazilərini atəşə tutub
Türkiyə kurortu sökülür
Günün qoroskopu: çətin qərarlar qəbul etməlisiniz
Köhnə film ulduzların palto dəbi
Hadisə xəstəliyini ETİRAF ETDİ
Məşhur filmlərin səhnə arxası şəkilləri
- ŞƏRHLƏR