Ötən il ərzində respublika ərazisində 7 mindən çox sürücünün sürücülük hüququ məhdudlaşdırılıb. Qeyd edək ki, bunlar cərimə balı 20-ni keçən və sərxoş halda avtomobil idarə edən sürücülərdir.
Sərxoş vəziyyətdə avtomobili idarə etmə, avtoxuliqanlıq və digər inzibati qayda pozuntularına görə 7 mindən çox vətəndaşın sürücülük hüququ məhdudlaşdırılıb.
Qadin.Net xəbər verir ki, bu barədə məlumatı “Xəzər Xəbər”ə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev deyib. O bildirib ki, ötən il ərzində 3,3 milyona yaxın yol hərəkəti qayda pozuntusu aşkarlanıb, onların da 64 faizi xüsusi texniki vasitələrin köməyi ilə qeydə alınıb. Qayda pozuntularına görə 7 min 316 nəfərin sürücülük hüququ məhdudlaşdırılıb.
Qeyd edək ki, həmin sürücülərin bir qismi avtomobili sərxoş halda idarə etdiyi, avtoxuliqanlıq və digər qayda pozuntularına yol verdiyi üçün inzibati xətaya görə 20 cərimə balını keçən sürücülərdir. Həmin şəxslər vaxtından əvvəl sürücülük hüquqlarını bərpa edə bilməzlər. Əgər onlar nəqliyyat vasitəsi idarə edərsə, yol polisi tərəfindən qanuna uyğun şəkildə cərimə olunacaqlar.
Kamran Əliyev onu da bildiriB ki, ötən il ərzində respublika ərazisində 1870 yol-nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə 821 nəfər həlak olub, 1702 nəfər xəsarət alıb. Bu da 2018-ci illə müqayisədə yol-nəqliyyat hadisələrinin sayının 53 fakt, onların nəticəsində həlak olanların sayının 99 nəfər artması, xəsarət alanların sayının isə 9 nəfər azalması deməkdir. Qeydə alınan ümumi hadisələrin 43,6 faizi piyadaların vurulması ilə bağlı olub ki, nəticədə 329 nəfər dünyasını dəyişib, 527 nəfər xəsarət alıb.
XƏBƏR LENTİ
Ən yaxşı 5 meyvə maskası
Yeni il üçün 5 hədiyyə bağlama üsulu - VİDEO
Ermənilər atəşkəsi pozmaqda davam edir
Sakit Okeandakı bu tapıntı alimləri Heyrətləndirdi
Tuba hər kəsi təəccübləndirdi
Bu smartfon bir ayda 1 milyon ədəd satıldı
Cəbhədə şiddətli atışma
Rubl Rusiyadakı azərbaycanlıları ağır günə salıb
Qiyməli kartof dolması (foto-resept)
Bu günün hava proqnozu
Məşhur müğənni ilk dəfə ana oldu-FOTO
Bu gün Fikrət Əmirovun doğum günüdür
Ölkəsini peşkəş verən hakimiyyət və susan xalq
Yuxu haqqında bunları bilsək
Nadir Qafarzadə: "Hüseyn ölüb, cəhənnəmə, qara gora ölüb, böyük iş olub?"
Şəkərli diabet
Kartof şirniyyatı (foto resept)
Demet Özdemir geyimi ilə diqqət çəkdi-FOTO
Sadə şirni (foto resept)
Çağatay Ulusoyun yeni imici bəyənilmədi-FOTO
Döyüş təyyarələrimiz səmaya qaldırıldı.
Ermənilərə Qarabağı qaytarmaq üçün 15 gün vaxt verildi
Nazir müəllim ixtisarından danışdı
Avropa İttifaqından Dağlıq Qarabağ AÇIQLAMASI
Ulduzlar mərasimə qara geyindilər - FOTO
İş yerindən arayış lazım olmayacaq
Nurgül Yeşilçay yeni şəkillərini paylaşdı
Rosalianın sevimli kostyumları
Albalı tortu(foto resept)
Müəllimlərin maaşları artırıldı - Bu gündən...
İnsan dərisinə yapışdırılan displey icad olundu
Qarın əritmənin sirləri
“Əl-Cəzirə” kanalında ermənilərin Ağdamdakı vəhşiliklərindən danışılıb - VİDEO
Burak Özçivit Aleks De Souzanı filmə çəkir
QALİB SEÇİLDİ - "Şah əsərim"
Toxunma uşaq ayaqqabıları
Soyuq müharibə anonsu
2012-nin stil ikonları
"Ermənistan gərginliyi ört-basdır etməyə çalışır"
Caponata (foto resept)
Ermənilər çaylarımızı yenə bulandırır
PSJ Fransa yığmasının ulduzunu aldı
Google-da işə katerlə gedirlər
Avropalı bayrama nə qədər xərcləyir?
Tətilə çıxmağın faydaları
Çipsi: biz onu niyə sevirik?
Uşaqlar modelyer olarsa...
"Bakı-2015" Birinci Avropa Oyunlarının məşəli artıq Naxçıvandadır
Fəaliyyətinə icazə verilən kafe-restoranlarla bağlı XƏBƏRDARLIQ
Bu vitamin və minerallar sizi xəstələndirə bilər!