Bakıda hava
USD AZN
EUR AZN
10:05Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41595

Baxışları ilə hər kəsi güldürən körpə-FOTO

Baxışları ilə hər kəsi güldürən körpə-FOTO


Yeni dünyaya gələn uşağın qəzəbli baxışı barədə foto sosial şəbəkələrdə böyük maraqla qarşılanıb.

Qadin.Net bildirir ki, “Daily Mail”in məlumatına görə, foto Braziliyanın  Rio-de-Janeyro şəhərində çəkilib.

Məlumata görə, İzabella Pereyra de Xesus qeysəriyyə əməliyyatı ilə dünyaya gəlib. Ana bu xoşbəxt anı həmişəlik yaddaşa köçürmək üçün yerli fotoqraf Rodriqo Kustmanı dəvət edib.

Lakin çəkilən fotolar ananın da, elə orada olanların da gözlədiyindən fərqli olub.

Fotoqraf həmin anlar barədə bunları danışıb.

“Körpə gözlərini geniş açmışdı, ancaq ağlamırdı. Həkim ona “ağla, İza” (Bu uşağın ciyərlərinin işləməsi üçün lazımdır -  red.) dedi. O, sifətini ciddiləşdirib baxdı. Və ancaq həkim onun göbəyini kəsdikdən sonra bərkdən ağlamağa başladı”.

Fotoqraf həmçinin İzabellanın ilk anları barədə fotoları paylaşıb.

Ananın sözlərinə görə, qızı vaxtından bir həftə əvvəl dünyaya gəlməklə artıq öz iradəsini göstərib

Baxışları ilə hər kəsi güldürən körpə-FOTO

Baxışları ilə hər kəsi güldürən körpə-FOTO

Baxışları ilə hər kəsi güldürən körpə-FOTO


Səslərin sayı: 0
0
206
Şərhlər
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )