Tovuzun Aşağı Quşçu kəndində “qulaqdibi” xəstəliyinin yayılmasına səbəb uşaqların xəstəxana binasında dərs keçmələri olub.
Qadin.Net bildirir ki, bu barədə oxu.az-a kənd sakinlərindən biri məlumat verib. O iddia edir ki, kənddə xəstəliyin yaranmasına səbəb məktəblərdən birinin təmir üçün fəaliyyətini dayandırması olub:
“Tovuzun Aşağı Quşçu kəndində üç məktəb var: 1 saylı tam orta məktəb, İmran Bayramov adına kənd ümumi orta və İsmayl Mürşüdov adına Aşağı Quşçu kənd tam orta məktəb. Bir neçə ay bundan əvvəl İsmayıl Mürşüdov adına Aşağı Quşçu kənd tam orta məktəb təmirə bağlanıb. Şagirdlərin tədris prosesi dayandığı üçün onlara dərs keçmək üçün boş bina axtarırdılar. Kəndin ikimərtəbəli böyük xəstəxanası var. Həmin bina tibb məntəqəsi kimi fəaliyyət göstərib. Tibb məntəqəsinin ikinci mərtəbəsi uzun illər istifadəsiz qalıb. İ.Mürşüdov adına Aşağı Quşçu kənd tam orta məktəbin şagirdlərini heç bir dezinfeksiya işi aparılmadan həmin otaqlara yığıb, dərs keçiblər. Xəstəliyin yaranmasına və qısa müddətdə yayılmasına səbəb bu olub
Uşaqlar xəstələnməyə başlayıb. “Qulaqdibi” xəstəliyinin inkubasiya müddəti 21 gündür. Valideynlər isə bu müddəti gözləməyib. Uşaqlar dərslərindən geri qalmasınlar deyə məktəbdən saxlamayıblar. Belə-belə xəstəlik artıq epidemiya halı almağa başlayıb. Bu, bir neçə günün məsələsi deyil. Artıq dörd-beş aya yaxındır ki, vəziyyət belədir. Hətta xəstələnən uşaqlardan birinin vəziyyəti o qədər ağırlaşmışdı ki, onu təcili Tovuz Rayon Mərkəzi Xəstəxanasına aparıblar. Kənd camaatı da bundan sonra təlaşlanmağa başladı”.
Sakinin sözlərinə görə, məsələ o qədər ciddi hal alıb ki, artıq kənddə həkimlər tərəfindən yoxlamalar aparılır:
“Xəstəlik artıq digər kəndlərə də yayılıb. Bu səbəbdən Tovuz Rayon Gigiyena və Epidemiologiya Mərkəzi yoxlamalara başlayıb. İlkin olaraq ehtimal edilir ki, “qulaqdibi” xəstəliyinin uşaqlar arasında kütləvi şəkildə yayılmasının səbəbi onlara düzgün peyvənd vurulmaması və ya peyvəndin ümumiyyətlə edilməməsidir. Bundan başqa eşitdiyimə görə, məntəqədə xadiməçilər tibb bacısı kimi staja götürülüblər”.
Kənd sakini onu da bildirib ki, kəndin 10 minə yaxın əhalisi və üç məktəb binası var. Xəstəliyə isə daha çox uşaqlar yoluxur:
“Kənddəki uşaqların böyük əksəriyyəti “qulaqdibi” xəstəliyinə yoluxublar. Xəstələnənlər arasında çox az sayda böyüklər var. Bu səbəbdən kənd camaatı deyir ki, “xəstəlik artıq yoluxmağa uşaq tapmadığı üçün böyüklərə keçir”. Uzun müddətdir ki, davam edən bu vəziyyəti gizlətməyə çalışırlar”.
Xatırladaq ki, təmir üçün fəaliyyəti dayandırılan İ. Mürşüdov adına Aşağı Quşçu kənd tam orta məktəbin 1176 nəfər şagird üçün nəzərdə tutulub. Məktəbin üçmərtəbəli hazırkı binası 1976-cı ildə istifadəyə verilib. Hazırda məktəbdə 809 nəfər şagirdinin təlim-tərbiyəsi ilə 106 nəfər müəllim məşğul olur.
XƏBƏR LENTİ
Ziyafət üçün baş örtükləri
Bayram günlərində Şahdağa 12 min turist gəlib
Azərbaycanda benzinin ucuzlaşacağı proqnozu
Hər dəri tipinə uyğun qarpız maskası
Pluton planeti haqqında bilmədiklərimiz
Ombudsman beynəlxalq ictimaiyyətə çağırış etdi
Yaponiyada zəlzələ olub
Sabah Moskvada İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyan arasında üçtərəfli görüş olacaq
Vera otel qapısında qaldı-FOTO
Toxluq hissi yaradan 5 ərzaq
Tovuz sakini həyətində "xəzinə" becərib
Azad Söz (8-ci hissə)
Dəyərli qida mənbəyi-balıq
Mehriban Əliyeva Bilgəhdəki Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində olub - FOTO
Marinada qoyulmuş hind toyuğu budu (foto resept)
Böyük gülüş ustamızın anadan olmasından 99 il ötür
Qadın ayaqqabısına oxşar kilsə
DİQQƏT! Bu telefonlarda WhatsApp İŞLƏMƏYƏCƏK
İslamı qəbul etmiş məşhurlar
Günün ulduz falı - 18.12.2013
Evdə teleskop hazırlayaq
Azərbaycanda görmə qabiliyyəti məhdud və itirilmiş insanlar üçün yenilik
Sevimli obrazlar qorxulu oyuncaqlara çevrilərsə...
Əfqanıstanda təyyarə qəzasında həlak olmuş azərbaycanlıların adları bilindi
Azərbaycanda daha çox hansı xarici ölkələrin tələbələri oxuyur?
Bakıda ikinci əl avtomobillər bahalaşmağa başladı
Bu gün final olacaq...
GÜNDƏLİK MAKİYAJ 2 variantda (foto dərs)
Avraam Russo "Çırpınırdı Qara dəniz"i erməni mahnısı kimi təqdim etdi-VİDEO
Günün qoroskopu:Fiziki aktivlikdən uzaq olun!
Gürcüstan Azərbaycana hansı variantı təklif edəcək?
Limonlu kakaolu keks (foto resept)
Whatsapp-ınız var?
Məşhur müğənni Azərbaycanda klip çəkdirir
Qocalıqdan xəstəliyindən əziyyət çəkən 15 yaşlı qızın son halı TƏƏCCÜBLƏNDİRİR
Lazanya (foto resept)
Bəstəkar Fərəc Qarayevin 70 illiyi qeyd olunacaq
Qadınlar Apple, kişilər Samsung seçir
Karantin dövründə səyahət
Bananlı yulaf əzməsi (foto resept)
Nikol Kidmanın yeni saç düzümü diqqət çəkib - FOTO
Dünyanı xilas edəcək yeni güc birliyi
Azərbaycanda 119 yaşlı nənə referendumda səs verdi
2020-ci ilin trendləri
Ziyafət geyimləri
Dəbli geyim dəstləri
Qadınlarımız yarışdan 10 medallar qayıdır
Tam müasir və komfortlu avtobuslar gətiriləcək
Təbiətin möcüzəsi: noyabrda ağacda təzə alça
Hirsimizə qalib gələk