Bu yaxınlarda saytımızda məktəblərdə elektron dərsliklərin istifadəsi ilə bağlı mövzu qaldırmışdıq. Bakıda Təhsil Nazirliyinin bu hüququ onların ixtiyarına buraxdığını əsas gətirən bir sıra məktəblərin rəhbərliyi onların istifadəsini qadağan edib. İndi isə təhsil qurumu bəyan edir ki, təhsil məqsədilə istifadə olunursa, heç bir məktəb dərsliklərin yükləndiyi elektron qurğuların istifadəsini qadağan edə bilməz.
“Əgər planşet, yaxud digər elektron qurğunun SİM-kartı və internet bağlantısı yoxdursa, məktəbli ondan www.trims.edu.az portalından PDF formatından yüklənən elektron dərsliklərin daşıyıcısı kimi istifadə edə bilər”, - deyə qurumdan milli.az-a bildirilib.
Bundan əlavə, vurğulanıb ki, Təhsil Nazirliyinin saytına bütün məktəb dərslikləri yüklənib.
“Arzulayan hər kəs istənilən dərsliyi bu saytın vasitəsilə özünün elektron qurğusuna yükləyə və offlayn formatda ondan istifadə edə bilər”.
Onu da vurğulayaq ki, 2016-cı ildən etibarən elə bu saytda dərsliklər ictimai müzakirələrə çıxarılır:
“Bunun üçün xüsusi bölmə var, arzulayan hər kəs burda dərslikləri araşdıra, öz rəyini bildirə və ya məzmununa uyğun təkliflərini irəli sürə bilər”.
Xatırladaq ki, Təhsil Nazirliyinin www.e-derslik.edu.az saytında 232 elektron dərslik, 22 metodik vəsait və iki sinifdənxaric oxu materialı olmaqla ümumilikdə 256 elektron vəsait mövcuddur.
Ötən il portalda Azərbaycan və rus bölməsində oxuyan ikinci, üçüncü, doqquzuncu, onuncu və on birinci siniflər üçün 19 dərslik yerləşdirilmişdi. Bundan başqa, hər iki bölmə üzrə portalda mövcud olan ikinci sinif dərsliklərindən 15-i, üçüncü sinif dərsliklərindən 15-i, dördüncü sinif dərsliklərindən 17-si və səkkizinci sinif dərsliklərindən 31-i olmaqla, ümumilikdə 78 dərslik yeniləri ilə əvəzlənib.
Məzmunu zənginləşdirmək üçün portala 55 mövzuda yüksək keyfiyyətli video dərslər, həmçinin, 176 başqa video material, 594 təsvir, 302 səs yazısı və 163 başqa formatlı material əlavə edilib.
Beləliklə, video, qrafika, səs və digər multimedia vasitələri ilə zənginləşdirilmiş dərsliklərin sayı 28-ə çatdırılıb.
2014-cü ildən fəaliyyət göstərən www.e-derslik.edu.az saytının hazırlanmasında məqsəd təhsilalanları təhsil prosesində fəallaşdırmaq və onların İKT-dən səmərəli istifadə etməsinə, dərslikləri elektron formatda oxumasına imkan yaratmaqdır.
Bu sistem təhsilalanların dərsliklərdən istifadəsində mobilliyi artırır, həmçinin, istənilən vaxt və məkanda dərsliklərə müraciət etməyə şərait yaradır. İstifadəçilər onlayn formada və ya əvvəlcədən yükləməklə dərslikləri elektron versiyada oxumaq, onlayn rejimdə dərsliyin istənilən səhifəsində müvafiq lazımi elektron qeydlər aparmaq imkanı qazanırlar. Bu da öz növbəsində təhsilalanların öyrənmə prosesinin fərdiləşməsinə şərait yaradır.
Demək olar ki, bütün valideynlərin məktəb çantalarının həddindən artıq yükləməsindən narahatlığını nəzərə alsaq, elektron dərsliklərin istifadəsi yerinə düşərdi
XƏBƏR LENTİ
1,5 milyonluq mirasını itə vəsiyyət etdi
Kirli ticarət məktəbli çantalarını necə şişirir?
Közərmiş bibərli toyuq dolma ( foto resept)
2019 Çanta Dəbi
Praktik bilgilər
Şənbə və bazar günləri taksilər işləyəcək
Məşhur aktyor qızı ilə gəzintidə- FOTO
BÜRCLƏR bizə nə vəd edir? - 28 mart
Bu günün hava proqnozu
HAVA necə olacaq?- 26 fevral
Azərbaycanda sürücülər xəbəri olmadan vəsiqəsiz qala bilərlər
Təhsil Nazirliyi: “Belə təhsil müəssisələrinin fəaliyyətinə ehtiyac yoxdur”
Şişkinlik ciddi xəstəliklərdən xəbər verir
Azərbaycanda tələbə köçürmələri ilə bağlı yeni qaydalar açıqlandı
Qışa belə hazırlaşırıq
"WhatsApp"da yenilik - İşimiz bir az da asanlaşdı - FOTO
Rus həkim xərçəngi dondurdu və öldürdü - ŞAD XƏBƏR
Bəzən çatışmazlıq və qüsur da faydalı ola bilir
Günümüzün xəstəliyi fibromiyalji sindromu
80 miqrant Aralıq dənizində boğularaq öldü
Şərab bilib içdi, üç ildən sonra dəhşətə gəldi-VİDEO
Daha 6 rayon və 3 şəhər üzrə 190 manat birdəfəlik ödəmə veriləcək
25 il Laçınsız...
BMT dünya ölkələrinə çağırış etdi
Sabahın HAVAsı
"Bakı-2015" bu ölkələrdə də yayımlanacaq
Beyin haqqında bilmədiklərimiz
Qripdən qorunmaq üçün nə yeməliyik?
Sabah yağış yağacaq
Şokoladlı keks (foto resept)
Ölümü hələ də müəmmalı qalan xalq artistimiz
Köpək balığından qaçmaq üçün 3 saat üzdü: "Yem olacaqdım..."
Məşhur aktyor 6-cı dəfə ata olmağa hazırlaşır-FOTO
Böyük Sülh Sazişinə hazırıq
3 addımda həyat sevincim, dəyərli yaşlanma
Cəlilabadda 11 yaşlı operator var
Müğənni beynini və səsini 10 milyona sığortalamaq istəyir
Estetik əməliyyatlarda ən çox edilən 5 səhv
Dilan Çiçek Aybükeni izləmədən sildi-SƏBƏB
WhatsApp‍-da növbəti fırıldaq
Azərbaycanda daha bir günəş elektrik stansiyası işə düşdü
İrem Derici 40 kq arıqlayıb-FOTO
Koronavirusun müalicəsində yararsız olan dərmanın adı açıqlandı
Xarabalıqları fantastik dünyaya çevirən
65 yaşdan yuxarı şəxslər evdən çıxa biləcək? - RƏSMİ
Nusret 47 min uşağı restoranında qonaq etdi - FOTO
"Küçük" bilib aldı, böyüyüb ayı oldu-FOTO
Sobada küftə (foto-resept)
Kökəlmək istəmirsinizsə, vaxtında yatın!
Yuxudan tez oyanmaq sağlamlıq üçün zərərlidir