Qadin.Net bildirir ki, ölümündən 21 il keçməsinə baxmayaraq, mahnıları hələ də dillər əzbəri olan Barış Mançonun oğlu Doğukan Manço atası haqqında ən qiymətli xatirələrini publika.az-la bölüşüb.
Sənətkarın oğlunun portalımıza verdiyi müsahibəni təqdim edirik:
- Yanvarın əvvəlində Barış Mançonun doğum günü oldu. Söhbətə elə bundan başlayaq, Doğukan bəy. Atanız doğum günlərini necə qeyd etməyi sevərdi?
- Sağlığında atamın doğum gününü ayrıca qeyd etməzdik. Adətən Yeni il ərəfəsində hamımız bir masa ətrafına toplaşardıq deyə bu günü bayramla birləşdirməyi seçərdi. Evdə ləziz bayram süfrəsi hazırlanardı, axşam ailə dostlarımızla birlikdə həm Yeni ili qarşılayar, həm də atamın doğum gününü qeyd edərdik.
- Barış Mançonun uşaq verilişini bütün yaşıdlarım maraqla izləyərdi, nə yalan deyim ordakı uşaqları qısqanar və yerlərində olmağı arzu edərdim. Yaşım az olsa da, anlayırdım ki, bu adam özəl biridir. O, sizin xatirələrinizdə necə yaşayır?
- Təbii ki, bizi Barış Manço kimliyindən ziyadə, atamız olması maraqlandırırdı. İş qrafiki sıx olduğu üçün bizə az vaxt qalırdı, amma onu gözləmək, gəlişini bilmək belə həyəcanverici idi. Dolayısı ilə hər görüş bizim üçün ayrı bir xatirə idi. Bir gün digərinə bənzəməzdi- Sənətkarın ölümündən artıq 21 il keçib. Bu illər sizi onun yoxluğuna alışdıra bilib? Ya da sualı belə qurum, nə zaman anladınız ki, bir daha geri qayıtmayacaq?...
- Atam tez-tez səyahətə gedirdi, aylarla görmədiyimiz vaxtlar olurdu, onda belə yoxluğunu qəbul etmək çətin olurdu. Bu səfərlər bizə çox uzun səyahət kimi görünürdü. Nəticədə atamızı görməsək də, televiziya ekranlarında izləyir, radiolarda səsini eşidirdik. Vəfat etdikdən sonra TV-də daha çox görməyə başladıq. Əlbəttə ki, beyin qayıtmayacağını bilir, amma qəlbə izah edə bilmirsən.
- Böyük sənətkarın övladı olmaq böyük xoşbəxtlikdir. Bəs Barış Mançonun oğlu olmaq sizə nələr qazandırıb?
- Barış Monçonun oğlu olmaq bizə məsuliyyət, öhdəlik, səbir və ən önəmlisi duyğularını idarə etmək bacarığı qazandırıb.
- Ailəsinə yetəri qədər vaxt ayıra bilirdi?
- Klassik səslənsə də, doğmasını itirən insan üçün hər ölüm erkəndir. Özünü xalqına həsr etmiş bir şəxsin ailəsinə ayıra biləcəyi zaman nə yazıq ki, məhduddur. O, əlindən gələni etsə də, ayırdığı vaxt bizə yetməzdi
- Barış Manço həm də sərvət dəyərindəki əntiq əşya kolleksiyasıyla məşhurdur. Dünyanın müxtəlif ölkələrindən tək-tək topladığı nadir əşyaların aqibəti vəfatından sonra necə oldu?
- Kolleksiyanın mənəvi çəkisi onun dəyərindən qat-qat üstündür. Odur ki, bircə parçasını belə satmadıq, qoruyub saxladıq. Bu gün onların hər biri Barış Mançonun ev muzeyində sərgilənir. Onu sevən hər kəs gəlib bu evi ziyarət edə, həmin əşyalarla yaxından tanış olmaq imkanı qazana bilər. Türkiyədə ən çox ziyarətçisi olan muzeylərdən biridir. Hər ay təxminən 10.000-ə yaxın insan gəlir. Bu rəqəmlər hər il getdikcə daha da artır. Demək ki, bu dünyada Barış Manço sevənləri azalmır, artır...
- Barış Manço Türkiyənin yenilikçi sənətçilərindən biri idi. Ölkəsinin taleyində öz izini qoymuş bir sənətkar idi. Bəs yeniliyə bu qədər meylli olan insanın əntiq əşyalara marağı hardan qaynaqlanırdı?
- Atam həmişə deyərdi ki, “Keçmişini bilməyən bu günün qiymətini anlaya və gələcəyi görə bilməz”. Odur ki, tarixi və mənəvi çəkisi olan əntiq əşyalar bu günlərə necə gəldiyimizin bələdçisidir. Bu, hər hansı qılınc, zinət əşyası, boşqab və s. ola bilər.
- Sizcə, dostlarına göstərdiyi diqqət, qayğı və sədaqətin qarşılığını görə bilirdi?
- Əlbəttə, hiss edirdi. Barış Manço həyatda olanda çox sevilirdi. Yeri gəlmişkən, azərbaycanlıların da sevimlisi idi. Atam qardaş ölkəni, xüsusilə sizin sənətçilərlə işləməyi çox sevərdi.
- Ananızla tanışlıq hekayəsi də çox təsirlidir, bu sevgi nağılını sizə danışardı?
- Onların tanışlıq hekayəsi çox ilgincdir, atam anama ilk görüşdə evlilik təklifi edib. Barış Mançonu tanıyanların çoxu bunu bilir. Tanışlıq hekayəsini bizə səhnəcik qurub, teatr tamaşası kimi oynayaraq danışmışdı. Valideynlərim xarab olmuş telefon sayəsində tanış olub.
Barış Manço xalamgilin həm qonşusu, həm də həyat yoldaşının yaxın dostu olub. Bir gün anam xalamgilə qonaq gedir, evdə telefonları işləmədiyi üçün üst qonşuya qalxır. Qapını açan Barış Mançodan “Olar zəng edim” deyə soruşur. Bu zaman atamın “Əgər mənimlə evlənsən, zəng edə bilərsən” təklifinə anam “Niyə də yox” deyərək gülür. Anam danışıq üçün ödəniş etmək istəyəndə atam “Hər halda evlənəcəyik, nə pul” deyərək onu yola salıb. Sonradan bu tanışlıq böyük sevgiyə çevrilir.
Toyları da yaddaqalan olub. Atam zarafat etməyi sevirdi, toy mərasimində konfet əvəzinə plastinka paylamışdı. Plastinkanın bir üzündə cütlüyün dalaşması, o biri üzündə isə atamın dili ilə desək, xoşbəxtlik hekayələrini danışdıqları səs yazısı var idi.
- Barış bəy xanımların da sevimlisi idi. Bu, ailədə qısqanclığa səbəb olurdu?
- Barış Manço kimi xarizmatik və bacarıqlı bir adamı sevməmək… Sizcə də qəribə olmazmı? Anamız da aristokrat bir xanımdır. Belə bir kişiyə sahib çıxmağı hər qadın bacarmazdı zatən.
XƏBƏR LENTİ
Pelin Karahan oğlunun 1yaşından fotolar paylaşdı
Uşaqlar yalnız "yaxşılıqdan" anlayır
Tam Günəş tutulması başladı - CANLI YAYIM
Məşhur brendin reklamında Azərbaycan mahnısı - VİDEO
Ukrayna nüvə enerjisinə keçir
Aprel ayının qalibləri!
Elektron qolbaq daşıyanların sayı artırıldı
"Facebook"dan bəd xəbər
Birinci vitse-prezident Mehriban Əliyevadan 1 İyun təbriki - FOTO
Azərbaycanda 36 üçəm doğulub
Notr-Dam kilsəsi haqqında serial çəkiləcək
"Ustad" dərgisinin 21-ci sayı nəşr olundu-FOTO
Bakıda saxta məhsullar aşkarlandı
İsti havada məşqlərə diqqət
Günün ulduz falı
Gözəllik uğrunda çəkilən əziyyət
Dəbli kişi gödəkçələri
Hansı hallarda təqiyyə etmək olmaz?
İtlər və pişiklər fərqli dünyadandır
UNICEF uşaqları qorumaq çağırışı ilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanat verib
Jurnalı gülləbaran edənlərin biri öldürülüb, biri isə hər şeyi danır
Yaqut Qarayeva: “Virus ailə-ailə yayılır”
Bu ərzaqları gecə yemək sizi kökəltməyəcək
Balaca balalarınıza özəl gəlinliklər(2)
Azərbaycanda havalar isinir
Kəs və yapışdır-22
Azərbaycanda ilk dəfə draytulinq üzrə respublika çempionatı keçirilib
Ata həsrəti
Quş yuvası şirniyyatı (foto resept)
Uşaqlara ölümü izah edərkən diqqətli olun!
Canlı yayımdakı etiraf hər kəsi şoka saldı: Ərim məni mənimlə aldatdı
Polad Həşimovla bağlı xatirələr kitabı çapa verildi - VİDEO
Azərbaycanda Avropanın ən qədim katakombası tapıldı - FOTOLAR
Başın ağrılı bəlası
Koronavirusu ən fəal şəkildə yayan məktəbli qrupu müəyyən edilib
Beyonsun paltarı "like" atəşinə tutuldu - FOTO
Bu günün hava proqnozu - 06.11.2013
Yeni dərs ili ilə bağlı təlimatlar verildi
İnternet Explorer-in mövqeləri möhkəmlənir
Pulsuz maska paylanacaq
Toyda gəlinin paltarına uzanan it
Pike və Şakiranın evi qarət olundu
Əlfəcinlərim-1
Doğum günün mübarək, Facebook!
Hadise efirdə ağladı-FOTO
Folqa kağızından interyer
Gəl, açıq danışaq
Ermənistanın sonu yaxınlaşır
Hava haqqında
Dənizlərdə BÖYÜK TƏHLÜKƏ - NASA görüntünü YAYDI
- ŞƏRHLƏR