Bakıda hava
USD AZN
EUR AZN
11:13Nermin_Guler hər kəsə salammmmmm 08:45Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41434

"Eurovision-2020" üçün mahnı qəbuluna başladı

"Eurovision-2020" üçün mahnı qəbuluna başladı


"Eurovision" mahnı müsabiqəsində Azərbaycanın iştirakı ilə bağlı milli seçim turunda mahnı qəbuluna başlanılıb.

Qadin.Net xəbər verir ki, İctimai Televiziya və Radio Yayımları Şirkətindən publika.az-a  bildirilib ki, “Eurovision - 2020” üçün mahnı seçimində iştirak etmək istəyənlər 7 fevrala qədər öz mahnılarını eurovision2020@itv.az elektron ünvanına və ya (050) 235 85 65 whatsapp nömrəsinə göndərə bilərlər.

Azərbaycan üzrə rəsmi yayım hüququna sahib İctimai Televiziya və Radio Yayımları Şirkəti bu ilin mayında Hollandiyanın Rotterdam şəhərində keçiriləcək "Eurovision 2020" mahnı müsabiqəsində ölkəmizin təmsil olunacağı mahnı seçiminə dair şərtlərini də açıqlayıb.

Şərtlərdə qeyd edilir ki, göndəriləcək mahnı demo versiyada hazır şəkildə səsləndirilmiş olaraq təqdim edilməlidir. Mahnının xronometrajı Avropa Yayımları Birliyinin (EBU) şərtlərinə əsasən maksimum 3 dəqiqə olmalıdır. Mahnı 2019-cu ilin sentyabrın 1-dən öncə ictimaiyyətdə, eləcə də rəsmi olaraq hər hansısa mediada (televiziya, radio və ya internet resursları) yayımlanmamalıdır. Mahnı seçimi turunda iştirak edəcək hər kəs özü haqqında qısa məlumat da yollamalıdır.

Qeyd edək ki, müsabiqə üçün təqdim olunan mahnıların hansı müğənninin ifasında səsləndirilməsi seçimi yalnız “Eurovision”nun rəsmi yayımçısı İctimai Televiziya və Radio Yayımları Şirkətinə məxsusdur

Səslərin sayı: 0
0
110
Şərhlər
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış