Bakıda hava
USD AZN
EUR AZN
27 fevral 23:20AnaR Mehdizade Salam Aleykum Menj Xatirlayanlardan Kimse Varsa Yazsin 27 fevral 13:08Ayla Ayla Hamıya salam necəsiz Sürayyə yoxa çıxdın yenə
41464

Bu balıqlar həm üzür, həm də gəzir – VİDEO

Bu balıqlar həm üzür, həm də gəzir – VİDEO


Avstraliyanın qərbində, Yeni Qvineyanın cənubunda yeriyən köpəkbalığı növləri aşkar edilib.

Qadin.Net publika.az-a istinadən xəbər verir ki, son tədqiqatlara görə, yeriyən köpəkbalığı növlərinin sayı doqquza çatıb.

Quruda gəzmək qabiliyyətinə malik köpəkbalığı növü qorxulu görünə bilər, lakin tədqiqatçılar qeyd edirlər ki, yeriyən köpəkbalığı növləri olduqca kiçikdir və onlar öz ölçülərində xırda onurğasız balıqlarla qidalanır.

Kvinslend Universitetindən Doktor Kristin Dagın kəşf edilən köpək balığı növlərinin 12 illik araşdırmanın bir parçası olduğunu ifadə edib. Bu araşdırmanın məqsədinin isə yeriyən köpək balıqlarının bəslənmə vərdişlərini yaxından araşdırmaq olduğunu bildirib.

O əlavə edib ki, gəzən köpəkbalığı növlərinin üzgəcləri çox güclü olduğu üçün onlar normal bir balıq kimi üzməklə bərabər, həm də dayaz sularda yeriyə bilmə xüsusiyyətinə sahibdir. Olduqca aşağı oksigen səviyyələrinə uyğunlaşma bacarıqlarının olması bu balıqların dayaz sularda yaşaya bilmələrini təmin edir”

Səslərin sayı: 0
0
87
Şərhlər
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!