Bakıda hava 12°
USD AZN
EUR AZN
28 fevral 22:05Feride xəstə müəllimlər işə getmsinlər 28 fevral 22:04Feride Saglam uşaqları da xəstələndirirlər 28 fevral 15:07Nermin_Guler Vessalam koronaviurus geldi bura da catdi 28 fevral 14:37Nermin_Guler Hər kəsə salammm
41469

Magistratura və doktoranturaya qəbul imtahanlarının vaxtı açıqlandı

Magistratura və doktoranturaya qəbul imtahanlarının vaxtı açıqlandı


2020-ci ildə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilməsi nəzərdə tutulan magistratura və doktoranturaya qəbul imtahanları, sınaq imtahanları, 9-cu sinif buraxılış imtahanlarının 1-ci mərhələsi və dövlət qulluğuna qəbul imtahanlarının tarixləri müəyyən olunub.

DİM-dən verilən məlumata görə, doktorantura və dissertanturaya qəbul olmaq istəyən şəxslər üçün xarici dil üzrə imtahan yanvarın 26-da keçiriləcək.

Fevralın 2-də magistraturaya qəbul olmaq istəyənlər üçün kağız daşıyıcılar vasitəsilə sınaq imtahanı keçiriləcək.

Fevralın 16-da ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq istəyənlər üçün qəbul imtahanı modelinə uyğun sınaq imtahanı (I-IV ixtisas qrupları üzrə, II mərhələ) keçiriləcək.

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanı fevralın 23-də keçiriləcək.

Bakı şəhəri və bölgələr üzrə ümumi (9 illik) orta təhsil bazasında təhsilalanlar üçün buraxılış imtahanlarının (eləcə də əvvəlki illərin məzunlarının kolleclərə qəbul imtahanının) birinci mərhələsi mart (1, 9, 15, 29 mart) ayında keçiriləcək.

Digər imtahanların qrafiki ilə buradan tanış ola bilərsiniz.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlar kütləvi xarakter daşıdığı üçün tədbirlərin qrafiki bir neçə dövlət orqanı ilə birgə müzakirə olunur, razılaşdırılır və yekun qərar qəbul olunduqdan sonra ictimaiyyətə elan olunur. Digər imtahanların da qrafiki müəyyən olunduqdan sonra KİV-də məlumat veriləcək və Mərkəzin saytının “təqvim” bölməsinə əlavə ediləcəkdir. Vətəndaşlara saytın bu bölməsini mütəmadi olaraq izləməyi tövsiyə edirik

Səslərin sayı: 0
0
71
Şərhlər
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış