Bakıda hava
USD AZN
EUR AZN

Evimizə çörəklə gələn mədə-bağırsaq xəstəlikləri - VİDEO

Evimizə çörəklə gələn mədə-bağırsaq xəstəlikləri - VİDEO


Süfrəmizin vazkeçilməzi olan çörək bir çox ailənin gündəlik aldığı qida məhsullarından biridir. Hər kəs çalışır ki, təzə, isti və yumuşaq çörək əldə eləsin. Bu məqsədlə piştaxtata olan məhsulların, demək olar ki, hamısını yoxladıqdan sonra birini seçirik. Bu prosesdə gün ərzində onlarla alıcı iştirak edir.  Elə müsahibimiz kimi.

Qadin.Net bildirir ki, mövzu ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramında süjet yayımlanıb.

Alıcı: "Müştəri istədiyi çörəyi seçib alır. Çörəyi yaxşı qablaşdırsalar, buna ehtiyac qalmaz. Bəzi çörəklər var qablaşdırıb göndərirlər, onda yaxşı olur".

Alıcılar məhsulu alarkən yoxlamaq məcburiyyətinə olduğunu bildirir. Çünki bəzən satışda köhnə, quru hətta kiflənmiş məhsullar da olur. Satıcılar bildirir ki, onlar bu prosesə müdaxilə etmir. Yalnız piştaxtanı səliqəli, təmiz saxlamağa çalışırlar.

Satıcı: "Müştəri baxmalıdır, seçib götürməlidir. Hər kəs istəyir ki, evinə təzə çörək aparsın. Ona görə biz müdaxilə etmirik. Müştərini kobudlamaq olmur, acığına gəlir".

Qaydalara əsasən, çörək satılan yerlə alıcı arasında məsafə olmalıdır, çünki digər qida məhsullarından fərqli olaraq çörəyi mikroblardan qorumaq mümkün deyil. Həmçinin nə alıcı, nə də satıcı çörəyə əllə toxuna bilməz. Bu tibbi baxımdan da olduqca təhlükəlidir.

Əlniyaz Ramazanov - Həkim: "Çöldə gəzən, hərəkət edən insanın əllərində min cür mikrob var. Onlar da yoluxucu mikroblardır. Mədə-bağırsaq xəstəliklərinin törədiciləri olur. Ona görə ehtiyatlı olmaq lazımdır".

Müşahidəmizə əsasən deyə bilərik ki, istər böyük, istər kiçik marketlərin əksəriyyətində çörək növlərinin əksəriyyəti açıq şəkildə piştaxtalara düzülüb. Həmçinin məhsul daşınarkən işçilər açıq əl ilə prosesi həyata keçirir. 

Səslərin sayı: 0
1
179
loading...
Şərhlər
Offline
Iceberg
Evimizə çörəklə gələn mədə-bağırsaq xəstəlikləri - VİDEO
13 yanvar 2020 20:42
imza: shafaabdulla.blogspot.com
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
  • İlk qadın redaktorumuz

    Привет! Советую взглянуть (ЭТО НЕ РЕКЛАМА) : - какой самый огромный набор лего https://www.instagram.com/tv/B6Sg7DTAHNH/ :-) Жесть Понравилось: 8465477785 пользователямДоброго Всем настроения! Советую взглянуть (ЭТО НЕ РЕКЛАМА) : - какой самый большой h m https://www.instagram.com/p/B6NW2T-gdqM/ :-) Жесть Понравилось: 8465477785 пользователямПривет! Советую взглянуть (ЭТО НЕ РЕКЛАМА) : - какой самый большой изгиб для нарощенных ресниц https://www.youtube.com/watch?v=9r1lwLiMbdo :-) Жесть Понравилось: 8465477785 пользователямПривет! Советую взглянуть (ЭТО НЕ РЕКЛАМА) : - как выиграть monkey scissors https://www.instagram.com/tv/B6Sg7DTAHNH/ :-) Жесть Понравилось: 8465477785 пользователям
  • Bunları tozsoranla təmizləməyin

    Un tozsoranın motoruna girib onu xarab edə bilər.
  • 18:54 - Müəllif: aysel hesenli
    Faciədən 30 il keçir... (1)

    Faciədən 30 il keçir...

    30 il az vaxt deyil
  • Amerika mütəxəssislərindən Toyuq əti haqqında XƏBƏRDARLIQ

    Araşdırmanın nəticələrinə görə, toyuq ətini yumaqla mikrobların yayılmasına şərait yaradırıq.
  • İstanbula gedənlər üçün fransız səyahət dərgisindən tövsiyələr

    Taksiyə minmədən əvvəl qiyməti dəqiqləşdirib, sonra davam edin.
  • Milyader olmadan əvvəl necə görünürdülər?

    Milyader olmadan əvvəl necə görünürdülər?
  • İstanbula gedənlər üçün fransız səyahət dərgisindən tövsiyələr

    "Sizə özel qiymət" deyilərək satmağa çalışan xalçalar əslində normal qiymətindən daha baha satılır.
  • Bunları tozsoranla təmizləməyin

    Saç, filtləri çox sürətli tutar və cihazda daha çox saç girdikdə, tozsoranın gücü böyük ölçüdə azala bilər.
  • Həkimlərdən XƏBƏRDARLIQ-Bu insanlara....

    Həkimlərdən XƏBƏRDARLIQ-Bu insanlara....
  • Diri ilanbalığı uddu ölümdən döndü-FOTO

    Diri ilanbalığı uddu ölümdən döndü-FOTO
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )