Azərbaycanda internet üzərindən dələduzluq zaman-zaman həyata keçirilib. Son günlər isə bu proses daha da aktivləşib. Artıq hansısa kibercinayətkar qrup bir neçə qurum adından saxtakarlıqlar edərək insanların şəxsi məlumatlarını və bank kartı hesablarını ələ keçirirlər.
Qadin.Net bildirir ki, qafqazinfo-ya müraciət edən vətəndaşlar bildirib ki, onlar internet brauzerdən istifadə edərkən ekrana qəfildən "Bu gün "Samsung S 10" və ya "iPhone 11 Pro"nun qalibi seçildiniz. Mükafatı başqasına verməzdən əvvəl "OK" düyməsinə klikləyin" mesajı çıxır.
Düyməni təsdiqləyən şəxslər artıq tələyə düşmüş hesab olunur və ona 4 suala düzgün cavab verəcəyi təqdirdə bu telefonlardan birini əldə edəcəyi bildirilir. Maraqlı məqam bundan ibarətdir ki, suallar həmin şəxsin özü barəsində olur. İstifadəçi özü haqda suallara "düzgün" cavab verəndən sonra qeyd edilən iki telefondan birini seçməsi təklif olunur. Bu etapdan sonra o, telefonun qalibi elan edilir. Ardınca isə mükafatın ona göndərilməsi üçün çatdırılma haqqı olaraq 1-3 manat ödəniş etməsi istənilir. Növbəti açılan pəncərədə isə ödəniş üçün bank kartı məlumatlarını təqdim etməlidir. Bütün göstərişlərə əməl etdikdən sonra kibercinayətkar qrup istifadəçinin telefonu və ya komputerindəki məlumatları və bank kartını ələ keçirir.
Son günlər bu saxta yolla mükafatlandırma kampaniyası "Azərpoçt" və təhsil sahəsində İKT proqramları həyata keçirən "Azedunet" şirkətinin adından aparılır.
Bakı Mühəndislik Universitetinin müəllimi, İnformasiya Texnologiyaları üzrə ekspert Vahid Qasımov "qafqazinfo"ya açıqlamasında bildirib ki, adətən qeyri-qanuni saytların birinə daxil olanda (porno, crack, hack, lisenziyasız download və s. ) orada fəaliyyətin davamı olaraq belə keçidlər olur: "Bu keçidlər sizi avtomatik olaraq "fishing" saytına ata bilər. "Fishing" zahiri olaraq başqa müəssisəsinin saytına oxşadılıb, fərqli resursda yer alan saxta saytdır.
Sizin kompüterin (telefonun) bütün parametrləri - modeli, "browser"i, ekran ölçüsü, əməliyyat sistemi, sistemin dili, provayderi və s. onsuz da HTTP protokolu ilə gəlir. Onları götürüb, sizə uyğun (sizin dilinizdə, qoşulduğunuz ölkəyə və provayderə uyğun) səhifə dinamik olaraq hazırlanıb göstərilir".
V.Qasımov bildirib ki, şəxsi məlumatları təqdim edənə qədər istifadəçiyə hər hansı ziyan dəymir:
"Əslində bütün addımlardan keçmək təhlükəsizdir, ta ki, sizdən şəxsi məlumatlar istənilsin. Ad-soyad, telefon nömrəsi, email, bank məlumatları, VÖEN və s. daxil etmək artıq təhlükəlidir. Həmin məlumatları əldə edərək emailinizi də sındıra bilərlər, sosial şəbəkə hesablarınızı da ələ keçirdə bilərlər, "iCloud" və ya "Drive"ınıza qoşulub bütün şəkillərinizə də baxa bilərlər, telefonunuza qoşulub nömrələr siyahınızı və "SMS"lərinizi də oxuya bilərlər. Nəhayət bank kartınızdan pul da oğurlaya bilərlər".
Ekspert belə bir halla rastlaşdıqdan sonra atılacaq addımları da izah edib: "Belə bir səhvə düşmüsünüzsə, dərhal daxil etdiyiniz emailin parolunu təcili dəyişməli, bank kartınızı ləğv etməli və yenisini açmalısınız".
Qeyd edək ki, ötən ilin sentyabr ayında "Azərpoçt" əhaliyə müraciət edərək belə mesajlara aldanmamaları barədə xəbərdarlıq etmişdi
XƏBƏR LENTİ
İnternetdə parolu necə qorumalı?
Yataq otaqlarınıza saray havası verin...
Ödənişli təhsil alan tələbələrə şad xəbər
Bütün dünyanı metro birləşdirəcək?
Metroda tabut aparan gənclər tənqid edildilər-VİDEO
Bölgələrimizin mətbəxi - Qarabağ
Qadin.Netlilərin ixtisas arzuları (2-ci hissə)
2015-ci ilin ən yaxşı filmləri seçildi
Yeni TV-lər
Barışdıqdan sonra İLK Dəfə əl-ələ-FOTO
Sərt karantinlə bağlı daha bir açıqlama: 5 gün...
Saçlarınızı tez uzadan təbii vasitələr
Məşhur tablolar selfi olsaydı...
Geniş çiyinli xanımlar necə geyinməlidir?
Xərc olmasın deyə toy eləmədi-Gəlinliyi isə-ŞOK QİYMƏT
Ermənistanın bizdən öndə olduğu siyahı
Livan mətbuatı 20 Yanvar faciəsindən yazdı
Gül börəyi (foto resept)
Sağlamlığa ziyan vuran mətbəx vərdişləri
Kardioməşqlər beyni cavanlaşdırır
Hava haqqında
Müasir ayna modelləri
“Ufak tefek cinayetler”in aktyoru boşanır
Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA - VİDEO
Balaca qızlara saç düzümü
Pensiyalarla bağlı yenilik
Amerikalı onkoloq xərçənglə bağlı HƏR ŞEYİ AÇDI
Hər zövqə uyğun paltarlar
Portagal qabıgından əl işləri
Yaponiya gələcəyin avtomobillərini təqdim etdi - FOTO
Qreypfrut toxumunun eksraktı kosmetologiyada
10 Noyabr - Azərbaycanda ZƏFƏR GÜNÜ
Azərbaycanda bu məktəblər ləğv edilir - RƏSMİ
Ermənistanın hərbi rəhbərliyi eynəkli qadınları belə cəbhəyə göndərir - FOTOFAKT
Qayınana gəlin üçün məktəbdir
Həqiqəti yıxa bilməyən erməni güləşçinin yalanı - VİDEO
Ermənistanda səfərbərlik başlayıb?
Bakıda Covanni Battista Perqolezinin “Qulluqçu xanım” operasının premyerası olacaq
Fərdi və mikrosahibkarlara ödənilən maliyyə dəstəyinin məbləği açıqlandı - RƏSMİ
Şokoladlı dondurma (foto resept)
Emin Ağalarovdan şəhidlərlə bağlı paylaşım-FOTO
Muroveynik peçenyesi (foto resept)
Təhsil naziri: "Azyaşlı şagirdlərin yükü azaldılacaq"
İntiharların 15 ümumi səbəbləri (2)
Vanqa haqda şok faktlar: SSRİ çekistləri onu...
Abdulla Gül hacı oldu
Çavuşoğlu Azərbaycana gəlir
Avropada 66-cı olduq
Sirkdən heyvanları yığışdırdılar - ŞOK QƏRAR - FOTO
İlin məşqçisi seçildi
- ŞƏRHLƏR