Dekabrın 30-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Heydər
Əliyev Fondu tərəfindən Uşaq Psixonevroloji Mərkəzində aparılan əsaslı təmir işlərindən sonra yaradılan şəraitlə tanış olub, mərkəzin yeni korpusunun açılışında iştirak ediblər.
Qadin.Net qafqazinfo-ya istinadən xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva Uşaq Psixonevroloji Mərkəzində yaşayan və müalicə alan, xüsusi təhsilə yiyələnən uşaqlar üçün yaradılan şəraitlə maraqlanıb.
Məlumat verilib ki, uşaqların müayinə və müalicəsi üçün geniş və müasir mərkəzin yaradılmasının zəruri olduğunu nəzərə alaraq, 2009-cu ildə Heydər Əliyev Fondu Bakı şəhərində Psixonevroloji Uşaq Mərkəzi inşa etdirib. Fondun prezidenti Mehriban Əliyeva və vitse-prezidenti Leyla Əliyeva mütəmadi olaraq Mərkəzdə uşaqlara baş çəkirlər.
Mərkəzdə əsasən autizm, serebral iflic, əqli gerilik və ləngimələrdən əziyyət çəkən uşaqlar müalicə olunurlar. 2015-ci ildə təmir edilən bina bu il Heydər Əliyev Fondu tərəfindən yenidən əsaslı təmir olunub və əlavə 2 mərtəbəli yeni korpus inşa edilib. Yüz çarpayılıq Mərkəzdə 100-ə yaxın uşaq tibbi xidmətlərdən yararlanır. Valideyn himayəsindən məhrum olan 24 uşaq isə stasionar şəraitdə uşaq evi şöbəsində müalicə alır.
Uşaq Psixonevroloji Mərkəzin yeni inşa edilən korpusu ilə tanışlıqdan sonra Birinci vitse-prezident Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva mərkəzdə müalicə alan uşaqlarla birgə qarşıdan gələn 31 dekabr -Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramlarını qeyd ediblər.
Burada uşaqların iştirakı ilə Yeni ilə həsr edilən səhnəcik təqdim olunub.
Sonda xatirə şəkli çəkdirilib.
XƏBƏR LENTİ
Qayınana "sevgisi": müharibəni kim bitirsin?
Silvester Stalonenin Görünüşü fanatlarını Qorxutdu - FOTO
Silahı olanlar narkoloji testdən keçiriləcək
Cessika Simpson paylaşdığı FOTO ilə sevənlərini qorxutdu
Nevroz və ürək xəstəliklərinin səbəbi
Sahibsiz məktublar (1 və 2)
Serdar Ortaç jurnalistlərə qəzəbləndi-SƏBƏB
Bergüzarın bacısı niyə belə edir?-SƏBƏB
Dünyanın ən yüksək yaşayış məskəni-FOTO
ÜST-dən maska XƏBƏRDARLIĞI - Qaydalar dəyişdi
Qarabağda ölənlərin cəsədlərinin mübadiləsi başlayıb
Bakının bu qəsəbəsi 10 ildir ki, qazsızdır
Gözəl məşhurlar və anaları
İkinci evliliklər və uşaq psixologiyası
Bakıda daha bir möhtəşəm park tikilir
Hamamında gizli kamera tapdı və...
Azərbaycanda daha bir kənd polislər tərəfindən nəzarətə götürüldü
Misirə də qar yağdı: son 122 ildə ilk dəfə
Şaxta baba harada yaşayır?
Çanta modelləri
İncə tac nümunələri
Paşinyandan acı etiraf: “Rusiyanın Dağlıq Qarabağ məsələsində neytrallığını anlayırıq”
Yıldız Tilbe evində klip çəkdirdi-VİDEO
Sovetdənqalma idman daşlarına bir evin pulunu təklif edirlər
Azərbaycanda benzinin ucuzlaşacağı proqnozu
Osmanlı şərbətinin hazırlanması
Zibillikdən 30 min dollarlıq bəxt üzüyü tapıldı-FOTO
Nikolas Keyc aktyorluqla vidalaşır
Məktəb çantası seçərkən nəyə diqqət etməli?
İlk dəfə onunla FOTOsunu paylaşdı
Sabah temperatur 33 dərəcəyə yüksələcək
Hava haqqında
Ağır xəstə olan xalq şairindən xəbər var: "Yaralarım bitişmir..."
Yeni nazir: "Yanımda çoxlu adam var"
Paltarına görə təyyarəyə buraxılmadı-FOTO
Natalie Suarez
Bu ölkədə ilk dəfə internet klub açıldı
Londonun ən bahalı boşanma məhkəməsi başlayır - FOTO
Sabah çox isti olacaq
Gəncənin 4 saylı tam orta məktəbi "İlin ən yaxşı ümumtəhsil məktəbi" seçilib
Səkkiz il yeyib içməyən yoq öldü
Şeyma Subaşı bu dəfə İtaliyada-FOTO
Çörək çəkini artırırmı?
Evinizi yeni ilə hazırlayın
Zelenskinin partiyası Azərbaycana hərbi yardım göstərməyə hazır olduğunu bəyan etdi
WhatsApp-dan xəbər var
"Ermənilər Azərbaycan torpaqlarından çıxmalıdır"
Düşmənin viran qoyduğu Kəlbəcər şəhərinin görüntüləri - VİDEO
“Kobra” Pərviz İstanbulda karantinə alınmayacaq - ÖZƏL
HAVA necə olacaq?
- ŞƏRHLƏR