Tarix boyu bir çox böyük ixtiralar təsadüf nəticəsində edilib. Yola saldığımız 2019-cu il də kəşflərlə zəngin olub. Beləliklə, bu il tibb sahəsində edilən bəzi ən gözlənilməz kəşfləri təqdim edirik.
Sürprizli siçan
Oktyabr ayında amerikalı alimlər tamamilə təsadüfən rotavirusa (bağırsaq infeksiyası – red.) qarşı davamlı olan siçan yaratdıqlarını bildiriblər. Məlum olub ki, infeksiya ilə bağırsaq sakinləri - sapşəkilli seqmentli bakteriyalar mübarizə aparıblar.
Hər şey isə məməlilərin rotavirusa həssaslığını araşdıran Corcia Dövlət Universitetinin immunoloqlarının qənaət etmək üçün immun çatışmazlığı olan laboratoriya siçanlarını kənardan almayaraq özlərinin yaratmağa qərar verməsi ilə başlayıb. Virusun orqanizmdə yayılması mexanizmini daha yaxşı anlamaq üçün gəmiricilər böyüdükdə, onların hamısını rotavirus infeksiyasına yoluxdurublar. Lakin alimlər sürprizlə qarşılaşıblar, belə ki, heç bir siçan xəstələnməyib.
Daha sonra eksperiment laboratoriya heyvanlarının yetişdirilməsində ixtisaslaşan kommersiya şirkətindən alınmış gəmiricilər üzərində təkrarlanıb. Alınan bütün siçanlar immun çatışmazlığından əziyyət çəkib və yoluxduqdan dərhal sonra rotavirus infeksiyasının əsas simptomları — qusma və ishal müşahidə olunub. Yalnız universitet siçanlarının mikrobiotası nəql edilən heyvanlar xəstələnməyiblər.
Növbəti tədqiqatlar göstərib ki, virusdan bağırsaqlarda yaşayan xüsusi sapvari seqmentli bakteriyalar müdafiə edib. Bədənə daxil olduqda, bu bakteriyalar bir tərəfdən onun genlərinin təsirini dəyişdiriblər və epitel hüceyrələrinin dəyişdirilməsini sürətləndiriblər, digər tərəfdən rotavirusun özünün fəaliyyətinə mane olublar. Universitet siçanları bu bakteriyalara tədqiqat aparılan laboratoriyanın çox da steril olmadığı üçün yoluxmuşdular.
Ürəyi müalicə edirdilər, xərçəngdən sağaltdılar
Uabainin - ürək çatışmazlığı və titrəyən aritmiyanın müalicəsi üçün olan dərmanların tərkibinə daxil olan maddə - qəbulundan sonra yaranan yan təsirləri tədqiq edən britaniyalı və alman mütəxəssislər onun xərçəng hüceyrələrini məhv etməyə qadir olduğunu müəyyən ediblər. Bundan əlavə, bu birləşmə orqanizmi qoca, eləcə də radio və kimya terapiyasına məruz qalmış hüceyrələrdən təmizləyir.
Alimlər uabainin təsirini siçanların normal və yaşlı hüceyrələri üzərində yoxlayıblar. Birinci halda ciddi heç nə müşahidə olunmasa da, ikinci halda dərman qoca, hətta qaraciyərin xərçəngə meylli və şüa terapiyasına məruz qalmış hüceyrələrini tamamilə məhv edib. Uabainin bu gün istifadə olunan oxşar təsirə malik preparatlardan, məsələn, navitoklaksdan əsas fərqi də məhz bundadır. Məlumdur ki, o, yalnız leykemiya və lenfoma xəstələrində xərçəng hüceyrələrini deyil, qandakı trombosit və makrofaqları da öldürür.
Tədqiqatın müəlliflərinin sözlərinə görə, uabain tərkibli dərmanlar artıq klinik praktikada insanlar üzərində sınaqdan çıxarılır. Əgər xərçəng əleyhinə təsiri təsdiqlənərsə, onlar onkoterapiya üçün yaxın zamanlarda qeydiyyatdan keçiriləcəklər.
Artıq çəki əleyhinə həblər
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
"WhatsApp" DƏYİŞDİ: Bu gündən etibarən
Van Qoqun 5 tablosunun tarixi
Beynul Haremeyn
Xaricdə iş təklif edirlərsə, tələsməyin
Dəbli iş qadınları üçün kombinlər
Tonal kremi özünüz hazırlayın - ASAN ÜSUL
Qazaxıstanda fövqəladə vəziyyət?
Aviaşirkət ABŞ-da səhrada aşkarlanan sirli sütunu oğurladığını “etiraf” edib
YouTube dəyişdi
Maraqlı faktlar
Mərciməyin faydaları
Sony yeni smartfonlarını göstərdi
Azərbaycanda qaynana-kürəkən münasibətləri
Şeyma Subaşı koronavirusa görə gündəmdədir-FOTO
Tarkanın həyatından bəhs edən film çəkiləcək-FOTO
Dünya savaşı başlayır
Üzdəki ləkələrin müalicəsi üçün geçikməyin
Evin qırmızı "həkimi"
Bu mühəndis o mühəndisdən deyil
Hər gün saç yumaqdan xilas olmağın yolları
İdmanın uşaqlara xeyri
Rus nazirdən BƏYANAT: Heç kimə satmırıq
Xaricdə təhsil almaq istəyənlərin nəzərinə!
35 ölkə təmsilçisi Bakıya gəlir
Qara zirənin faydaları-2
Saxta qulaqcıqlar qulaq xəstəliklərini artırır
"Qarabağa qoşun yeridilməlidir"
Ey insan!
Təhlükəsizlik prioritetdir
Metro və avtobusların gediş haqqı-30 qəpik oldu!
Azərbaycanda daha bir kəndin adı dəyişdirildi
Sağlam xarakterli insanların 4 xüsusiyyəti
Günün ulduz falı
Dırnaq yemə vərdişindən necə xilas olmalı?
Ollanddan Dağlıq Qarabağ sözü
"Qızcığaz dovşan" tortu (foto resept)
Ramazan ayı ilə əlaqəli bilməli olduqlarımız
Aslı Murad haqqında danışdı
Ailələrə vacib tövsiyə: virtual pəhriz
“Sevgisi” cavabsız qalan tutuquşu görənləri güldürdü – VİDEO
Mehriban Əliyeva təşəkkür etdi
Buraxılış imtahanları təxirə salındı
Kafe və restoranların hansı tarixdə açıla biləcəyi açıqlandı - RƏSMİ + VİDEO
İngiltərə çempionatı: "Mançester Yunayted" şokda, Özil meydan suladı
Canlı əfsanə səfir oldu
Daha bir ölkə İŞİD-i vuracaq
Azərbaycanlıların Facebook sevgisi
Növbəti həftənin bağlanması ilə bağlı RƏSMİ AÇIQLAMA: “Bazar günü...”
Pink xəstəxanaya yerləşdirilib
Doğuşdan sonra göbək yırtığı