Qız Milad bayramı münasibətilə sevgilisini təbrik etmək istəyərkən, təsadüfən böyük bir sirrin üstünü açıb. O, bu hadisəni “Reddit” portalında paylaşaraq, istifadəçilərdən məsləhət istəyib.
Anonim istifadəçi bildirib ki, oğlan dostu Den bir dəfə sözarası DNT analizindən keçmək istədiyini deyib. Bayram ərəfəsində də qız ona belə bir imkan vermək istəyib.
“Bilirdim ki, məndən belə bir hədiyyə gözləmir. Bu hədiyyə dəqiq onu sevindirəcəkdi. İdeal sürprizdir, elə deyilmi?”, - deyə qız yazıb.
Bundan sonra o, DNT ilə bağlı sifariş verib. Bir neçə gündən sonra Denin anası ona hədiyyə seçimi ilə bağlı müraciət edib.
“Mən ona DNT testi ilə bağlı danışdıqda, qadının rəngi ağardı və hədiyyə seçimi ilə bağlı onun ad gününə qədər tələsməməyi xahiş etdi. O, bu barədə əri ilə danışmalı olduğunu dedi. Bizim söhbətimiz Denin otağa girməsi ilə yarımçıq qaldı”, - deyə statusun müəllifi bildirib.
Səhəri gün qız sevgilisinin anasına yazaraq təfərrüatı öyrənmək istədiyini bildirib. Ana bildirib ki, keçmiş əri sonsuz olduğundan o, başqa donordan süni mayalanma yolu ilə hamilə qalıb.
“Bunu Dendən əvvəl öyrəndiyim üçün özümü pis hiss etdim. Axı ona yalan demək istəmirdim. Bu vəziyyətlə bağlı narahatlığımı onun anasına dedim”, - deyə qız əlavə edib.
Denin anası bildirib ki, süni mayalanma üsulu ilə dünyaya gələn ikinci oğlu başqa ştatda yaşayır. O, indi onları bir yerə toplamaq və bütün həqiqəti demək üçün uyğun vaxt gözləyir.
“O, sirri Denin ad günündə, yəni iyul ayında açıqlamaq istəyir. Ancaq hesab edirəm ki, bunu Yeni ilə qədər etmək lazımdır. Çünki uyğun vaxt heç vaxt olmayacaq. Necə düşünürsünüz, onu tələsdirməkdə haqlıyammı?”
İstifadəçilərin çoxu qıza hədiyyə kimi DNT testindən imtina etməsini və valideynləri ilə sevgilisinin münasibətlərinə qarışmamasını tövsiyə ediblər. Lakin hər şeyi sevgilisinə danışmağı tövsiyə edən istifadəçilər də tapılıb
XƏBƏR LENTİ
İlk dəfə 3 yaşlı qızı ilə görüntüləndi - FOTO
Avropa Şurası Azərbaycandan imtina etdi
Smartfonun batareyası çox qızırsa, nələrə fikir vermək lazımdır?
Bələdiyyə sədri timsahla evləndi
Günün qoroskopu: münasibətlərdə sərvaxt olun
Titanik gəmisi ilə bağlı QADAДћA
Hava dəyişəcək
Yeni dərs ilində uşaqlarınızı onurğa əyriliklərindən necə qorumalı?
"WhatsApp"da yenilik: Səsiniz yazıya çevriləcək
Zəlzələ və vulkanlar
Bakıda möhtəşəm yolka quruldu
Rusiyada həbsxanalarda cəzaçəkmə qaydaları dəyişdirilib
Pomidor və yaşıl bibər möcüzəsi
Tez məğlub olmağın səbəbləri
Xarab lampaları necə istifadə etməli?
Rusiya XİN Azərbaycan və Türkiyənin birgə hərbi təlimlərinə münasibət bildirib
Şokoladlı pryanik (foto-resept)
Azərbaycandan 3 mindən çox tələbə xaricdə təhsil almaq hüququ qazandı
Xidmətçilər kraliçanın iqamətgahını tərk etdi
Xaricdə iş elanları nə qədər etibarlıdır?
Müasir avadanlıqlar həkimlərin yerini tuta bilərmi?
Demet Akalın İremle barışdı_FOTO
Ətli blinçik (foto resept)
Çempionlar Liqasında "Bavariya"nı cəzalandıran azərbaycanlı
DİQQƏT! Bu gün üç qəsəbəyə elektrik verilişində fasilələr olacaq
Buzdan yaradılmış şəhər
Ricət nədir?
Hava haqqında
Qara noqtələrə son
Kənan Doğulu BOŞANMA barədə AÇIQLAMA verdi
Bizi öldürən xasiyyətlərimiz
Artıq çəki ilə mübarizədə nəzərə almadığımız faktorlar
Beyrut partlayışının ən kiçik qurbanı üç yaşlı qızcığaz olub - FOTO
"Facebook" yalana qarşı mübarizəyə başlayır
В«FeysbukВ»un pilotsuz təyyarələrindən ucuz internet
İlham Əliyev və Mehriban Əliyeva Ədilə Namazovanın vəfatı ilə əlaqədar nekroloq imzalayıblar
Koronavirusa görə Moskva metrosu işləməyəcək? - Mer açıqladı
Mercedes CLA hələ sınanır
Britni Spirs rəqs zamanı ayağını sındırdı - VİDEO
Ərdoğanın yeni Bakı səfərinin vaxtı bilindi
Sumqayıtda qeyri-adi hadisə görüntüləndi - VİDEO
“Netflix” Beyons haqda film çəkir
İnanclar
Kişilər üçün idman tərzi
Azərbaycanda sevilən məşhur Şahrux Xan Bakıya gələcək
Türkiyə Kuboku: "Aslan" oyuna dönüş etdi, "Timsah"ı parçaladı
Yaz-yay geyimləri
Ev üsulu toyuq kolbasası (foto resept)
Günün qoroskopu: həllini tələb edən məsələlər çoxdur
“Facebook”un işində problemlər yaranıb
- ŞƏRHLƏR