Nanə otu çox zəngin kimyəvi tərkibə malikdir. Burada müxtəlif vitaminlər (B qrupu, C. PP), makro- və mikroelementlər, efir yağları və s. faydalı maddələr var.
Nanə həm xalq, həm də ənənəvi təbabətdə geniş istifadə olunur. Bu bitkinin əsasında müxtəlif sakitləşdirici, spazmolitik, köpəleyhinə dərman preparatları hazırlanır.
— Nanə çox təsirli sakitləşdirici vasitədir. Məhz bu səbəbdən əczaçılar onu uşaqlar və böyüklər üçün olan müxtəlif sakitləşdirici vasitələrin tərkibinə daxil edirlər. Nanə əhval-ruhiyyəni və beyinin fəaliyyətini yaxşılaşdırır, sakitləşdirir, yuxunu normallaşdırır, baş ağrılarını ardan qaldırır, arterial təzyiqi aşağı salır. Baş ağrısını azaldmaq üçün gıcgahlarınızı nanənin efir yağında isladılmış pambıqla sürtün.
Yuxusuzluqdan əziyyət çəkən insanlar hər axşam yatmazdan əvvəl nanə çayı içə bilərlər (1 çay qaşığı quru və ya 1 xörək qaşığı təzə nanə yarpaqları + 1 stəkan qaynar su). 1 çay qaşığı bal da əlavə etmək olar. Bal çayın təsirini daha da artıracaq.
— Nanə həzm sistemi üçün də çox faydalıdır. Nanə köplə yaxşı mübarizə aparır və bu səbəbdən körpələr üçün olan bir çox köpəleyhinə preparatların tərkibinə daxildir. Bundan əlavə nanə mədə şirəsinin və ağız suyunun ifrazını stimullaşdırır, həzm prosesləri yaxşılaşdırır, ödqovucu təsirinə malikdir.
Mikrobəleyhinə təsirinə malik olan nanə mədə-bağırsaq sistemində yaşayan ziyanlı mikroorqanizmlərlə mübarizə aparır. Nanə ishal zamanı da kömək edir.
Ürəkbulanması zamanı nanə ilə konfetlər və ya nanə dəmləməsi çox yaxşı kömək edir.
— Fitonsidlərlə zəngin olan nanə antiseptik, mikrob və iltihabəleyhinə təsirlərinə malikdir. Soyuqdəymə zamanı nanə çayı qəbul edin. Nanə efir yağı ilə inhalyasiyalar zökəm, öskürək, bronxit zamanı yaxşı kömək edir. Bunun üçün enli qaba qaynar su töküb içinə 3-5 damcı nanə efir yağını damızdırın. Buxarla 5 dəqiqə ərzində dərin nəfəs alın. Diqqətli olun ki, selikli qişalar yanmasın.
— Ağız boşluğu və damaqlar iltihabları zamanı ağız boşluğunuzu nanə dəmləməsi ilə tez-tez qarqara edin.
— Nanə qadın otu sayılır. Nanə dəmləməsi menstruasiyadan əvvəl və menstruasiya zamanı qadınları narahat edən ağrıları və spazmları azaldır, klimaks zamanı qadınlara kömək edir.
— Nanə kosmetologiyada da geniş istifadə olunur. Nanə dəmləməsi ilə olan isti və soyuq kompreslərin növbələşməsi üz dərisini daha elastik edir, cavanlaşdırır. Bunun üçün pambıq salfeti əvvəl isti dəmləmədə isladın və 2-3 dəqiqə ərzində üzünüzdə saxlayın, daha sonra isə soyuq dəmləmədə saxlayın və yenə də 2-3 dəiqiqə ərzində üzünüdə saxlayın. Bunu 2-3 dəfə edin (axırıncı soyuq kompres olmalıdır).
Nanə dəmləməsi üz dərisində olan iltihabları azaldır.
Nanə dəmləmələri saçlar üçün də çox xeyirlidir. Saçlarınızı yuduqdan sonra yaxşı süzülmüş nanə dəmləməsi ilə yaxalayın və qurudun.
XƏBƏR LENTİ
Yer üçün təhlükə: sentyabrın 1-də...
Məşhur aktrisa fərqli obrazda dönür - FOTO
Azərbaycanın qədim şəhərinin əks-sədası İspaniyada
Bakının bəzi ərazilərinə içməli suyun verilişi dayandırılacaq
Azərbaycanda erkən nikahlarla bağlı son 14 ilin statistikası
Qayınana da anadır, gəlin də...
Nazirlikdə işləmək istəyənlərin nəzərinə!
Mini alman piroqu
"Küçük" bilib aldı, böyüyüb ayı oldu-FOTO
HAVA necə olacaq?
Albalı limonad (foto resept)
Türkiyədən həcc ziyarəti ilə bağlı şok təklif
Dəbli boyunbağılar
Quru saçlar üçün baxım
24 mindən çox sorğu blankı elektronlaşdırılıb
44 ildən sonra ata ola biləcək - Nadir hadisə
Bakıdakı bahalı avtomobil dayanacaqları
Azərbaycanda əhalinin sayı nə qədərdir?
Kadirdən Neslihana: "Artıq qayıt"-FOTO
Bred Pitt 30 yaşlı aktrisa ilə eşq yaşayır? - FOTO
Qarabağdan danışdılar
Yediklərinizlə yaddaşınızı qüvvətləndirin!
Pensiyaların verilməsinə başlanılır
Mənim əl işlərim
Hər ay bir şəhzadəyə çevrildi
Azərbaycanda sümük müalicəsi sahəsində yenilik
Ziyafət geyim modelləri
Bakı 2015-ə Latın Amerikasında da baxacaqlar
"Evə optika" layihəsinin başlanma tarixi açıqlandı
Labioplastika - qadin genital orqanının estetik əməliyyatı haqqında
Yaponlar virtual valyuta buraxdılar
Yaponlar tərcüməçi eynək hazırladılar
Bulqurlu yaz salatı (foto-resept)
Hər kəsi aldadıblar - FOTO
Ronaldunun 10 milyonluq avtomobili - FOTO
Bütün ilboyu yay
Zəlzələ binalara ziyan vurdu
Düşmənin çox sayda canlı qüvvə və texnikası məhv edildi - SİYAHI
Qar Avropa və Amerikanı ağuşuna alıb
Aleyna Tilki dava saldı-VİDEO
Maraqlı və lazımlı məsləhətlər (1)
"Gəlin barmağı" tortu (foto resept)
Sabahın HAVAsı
Everesti və Şimal qütbünü fəth etmiş ilk azərbaycanlı
ÜST-dən qarşıdakı iki ay üçün koronavirusla bağlı qorxulu proqnoz
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu “Hesabat”ın qonağı olub
Sosial şəbəkədə istifadəçilərinə müraciət edildi
Yağışdan da elektrik alınacaq
Dərdin ən böyük dərmanı - təsəlli
Dəri pencəklər
- ŞƏRHLƏR