Xalq təsərrüfatı və tibbi əhəmiyyəti
Sığırquyruğu çiçəklərində bir sıra vacib kimyəvi maddələr vardır. Bunlardan saponinləri, selik maddələrini, şəkəri, efir yağını, flavonoidləri və sairəni göstərmək olar. Elmi təbabətdə sığırquyruğunun çiçəklərindən dəmləmə formasında sinə yumşaldıcı öskürək dərmanı kimi tənəffüs yollarının iltihabında geniş istifadə olunur. Xalq təbabətində təkcə çiçək tacından deyil, yarpaqlarından da yumşaldıcı dərman kimi quru öskürəkdə, həm də bərk soyuqdəymədə tərlədici kimi istifadə olunur. Sığırquyruğu otu ev heyvanlarının yaralarını sağaltmaq üçün də bakterisid vasitə kimi toz və məlhəm şəklində işlədilir. Azərbaycanda geniş yayılmış sığırquyruğu bitkilərindən müalicə məqsədilə istifadə etmək məqsədəuyğundur.
Botaniki təsviri
Siğirquyruğu (keçiqulağı) (Verbascum thapsiforme Schrad.) Sxrofillər(Scrophulariaceae) fəsiləsindəndir. Sığırquyruğunun Azərbaycanda bir çox növləri yayılmışdır. Bunlardan,pipetə (damcı tökənə) bənzər sığırquyruğunu, yergiləli sığırquyruğunu və başqalarını göstərmək olar. Respublikamızda yayılan hər iki növ sığırquyruğu iki illik yaraşıqlı ot bitkisidir. Birinci ildə ancaq köküstü yarpaqlar, ikinci ildə isə düzduran,uzunluğu 1-1,5 m-ə çatan yerüstü gövdəsi yetişir. Sığırquyruğunun yerüstü gövdəsi qalın tüklə örtüldüyünə görə sürətli buxarlanmanın qarşısını alır və bitkini tələf olmaqdan qoruyur. Yarpaqlarının üzəri bölünmüş çoxmərtəbəli tükcüklərlə örtülmüşdür. Bu da buxarlanmaya mane olur. Bundan əlavə ağ tükcüklər gövdəsini örtərək yarpağın günəş şüaları vasitəsilə çox qızmasının qarşısını alır. Sığırquyruğunun yarpaqlarının kənarı küncdən yuxarı qatlanmışdır, buna görə də yağış suyu gövdə ilə kökə qədər tökülür. Bu da bitkinin su almasını yaxşılaşdırır. İyul-avqust aylarında çiçəkləyir.
Yayılması
Azərbaycanın quru təpəliklərində, qumluq yerlərində alaq bitkisi kimi yayılmışdır. Farmakopeya göstərdiyimiz iki növdən başqa digər növlərdən də istifadə etməyə icazə verir. Qızmar günəşli təpəliklərdə bitən sığırquyruğunun gövdəsinin yuxarı hissəsində açıq-sarı rəngli iri çiçəkləri nəzəri cəlb edir. Bəzən bu bitki ilə bir yerdə kasnı da bitir, onun mavi rəngli ulduzşəkilli çiçəkləri sığırquyruğu çiçəklərilə birlikdə çox yaraşıqlı görünür.
Yığılması
Dərman məqsədilə bitkinin ancaq tac çiçəklərindən istifadə olunur. Bu çiçəkləri bitki tam çiçəkləyən dövrdə toplayıb quru havalı yerdə qurudaraq aptek anbarına göndərirlər. Nəm havada çiçəklər tez qonurlaşır. Bu da xammalın korlanmasına səbəb olur. Toplanan çiçəkləri xüsusi qurğuda qurutmaq daha əlverişlidir.
Dərman əhmiyyətli bitgilər
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Arnold Şvartsneqqer son görünüşü ilə təəccübləndirdi-FOTO
Bakıya gətirilən 29 azərbaycanlıda koronavirus aşkarlandı - RƏSMİ
Azərbaycan ordusunun generalı və polkovniki şəhid oldu
Göz rəngini 20 saniyədə dəyişən ÜSUL - Linzalardan daha rahat
İcazə alan bəzi şəxslər cərimələnə bilər - RƏSMİ
Sankt-Peterburqdan Bakıya uçuşlar dayandırıldı
Netanyahu Fransanın baş nazirinin qəlbini qırdı
Ağcaqanadlar məhz BU İNSANLARI SANCIR
“Eurovision-2015” bu şəhərdə olacaq
Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul qaydaları nə zaman açıqlanacaq?
HAVA necə olacaq?
Avropa Liqasında I təsnifat mərhələsinin oyunları
Şeyma Subaşı yeni döyməsi ilə gündəm oldu - FOTO
Döş böyütmə əməliyyatı haqda ümumi informasiya
Bakının yeni seysmik riski öyrənilir
Uşaqlarda sümük boşluğunu necə aradan qaldırmaq olar?
Zövqlü divar rəsmlər
Şəkər tozu və qənd məhsullarını alarkən nəyə diqqət etməliyik?
Emin atası və oğulları ilə - FOTO
Yaylıq istafədə etməyin 5 yolu
Bakı metrosu sabah açılır - RƏSMİ
Kişilərin sevdiyi 4 qadın tipi
Roqaliki (foto resept)
Yalanı bəzəməklə "həqiqət" kimi satanların məqsədi nədir?
Alimlər yeriyən balığı videoya çəkə biliblər
Ətli rulet (foto resept)
Ölmək üçün növbə gözləyirlər - Klinikada sıxlıq yaranıb
Ermənilərin itkisi təsdiqləndi
Günün qoroskopu:Bədxərclik etməyin!
Cem Yılmazdan yeni film gəlir
Koronavirusdan sağalan xəstələr haqqında ŞOK İDDİA - 48 gün ərzində...
Ətli və pendirli qutab (foto resept)
Heydər Əliyev Mərkəzində "Qarabağın səsi" layihəsinin təqdimatı olub
Vladimir Putin Mehriban Əliyevanı təbrik etdi
Mayın 20-də qəbul imtahanı olacaq
Məşhur ulduz ilk dəfə ata oldu
Latviyaya səyahət
Osteoporoz
Milyarder qaçqınlar üçün iki ada alacaq
Qızıl boyunbağılar
Azərbaycanda dolların bahalaşması davam edir Böyüt
Bakıdakı bahalı avtomobil dayanacaqları
Amerikansayağı dərsliklər
Salma Hayekin təbii görünüşü pərəstişkarlarını heyran qoydu
Türkiyədə qar səbəbindən məktəblər tətilə buraxıldı
Yunanıstan Avropanı və Azərbaycanı şantaj edir
Həyatınızın açarı olun
Rusiyadan ABŞ-a xəbərdarlıq
Kral və dəyirmançı
"Atiye" serialının təqdimatı oldu-FOTO/VİDEO
- ŞƏRHLƏR