Bu gün də sizə yazıçı-publisist, biologiya üzrə fəlsəfə doktoru Nübar xanım Həkimovanın araşdırması nəticəsində əldə edilmiş mənbəyə əsasən bir neçə ədviyyatın çoxumuza məlum olmayan kimyəvi və müalicəvi xüsusiyyətlərini təqdim edəcəyik. Ümid edirik ki, faydalanacaqsınız.
Qara istiot
Qara istiot mixək və muskat qozu kimi qədim ədviyyat bitkisi sayılır. Qara istiotun ətirli iyi və kəskin büzüşdürücü dadı vardır. Onun xoş ətir verməsinə səbəb tərkibində 0,9-2,5%-ə qədər efir yağının, kəskin büzüşdürücü xassəsi isə tərkibində 5-9%-ə qədər piperin alkoqoloidinin olmasıdır. Bundan başqa, onun tərkibində 1-2% kitrə, 6-12% yağ və çoxlu nişasta vardır. İstiot ən çox yeyinti sənayesində işlədilir. Ət və tərəvəz məhsullarından hazırlanan müxtəlif xörək növlərinə və kolbasalara xoş ətir, tam vermək üçün ədviyyat qatqısı kimi
istifadə olunur. Qara istiot iştahanı artırır və həzmi yaxşılaşdırır.
Vanil
Ətirli vanilin – Çoxillik, sarmaşan lian bitkisidir. Ətirli vanilinin 100-ə qədər növü vardır. O, tropik zonalarda yayılmışdır. Becərilən vanilin gövdəsinin uzunluğu 5-10 metrə, yabanı halda isə 25 metrə çatır. Əlavə kökləri vasitəsilə ağaclara sarmaşır. Gövdəsi silindrvari, ətlidir. Yarpaqları parıldayan, iri, oturan və itidir. Çiçəkləri 15-20 ədəd, ağımtıl-sarı rəngdə olub, hamaşçiçəkdə toplanmışdır. Meyvələri qınaoxşar qutucuq olub uzunluğu 15-25 sm, eni isə 3-8 sm-dir. Ətirli vanil bitkisi istilik və kifayət qədər də nəmlik sevir. Vətəni sayılan Meksikanın şimal və dağlıq rayonlarında ən aşağı temperaturda (-3° -5°), illik yağmur 1500-2500 mm olan şəraitdə normal inkişaf edib meyvə verir. -5° şaxtalı küləklərə davamsızdır.
Vanil epifit bitki olduğundan onu həmişə kakao ağacının yanında əkirlər ki, ona dırmaşsın və öz həyatını davam etdirsin. Vanil toxumla çətinliklə əkilib-becərilir. Ən çox vegetativ üsulla artırılır. Bu üsul ilə əkilib-becərildikdə vanilin 2-3 ildən sonra meyvə verməyə başlayır. Təbii halda bitən vanilin həşəratlarla çarpaz tozlanır. Bir dəfə əkilən vanil sahəsindən 6-7 il yüksək məhsul alınır. 1 hektar sahədən hər il 150-200 kq məhsul yığılır. Onun qurudulmuş və fermentləşdirilmiş meyvələrinin tərkibindən 0,75-2,9 faiz vanilin, 4-oksid, 3-metookilbenzolaldehidli maddə, 0,5-0,8 faiz efir yağı, selikli və aşı maddələri tapılmışdır. Yeyinti sənayesində bu maddələrdən ədviyyat kimi istifadə olunur. Vanildən alınan preparatlardan tibbdə bir çox xəstəliklərin müalicəsində (qızdırmada, səpgidə, həzm pozğunluqlarında, qanazlığında, əsəbilik, yuxusuzluq və revmatizmdə) istifadə edilir.
Hil
Hil həzmi yaxşılaşdırır, ürəyi və mədəni möhkəmləndirir, əhval-ruhiyyəni yüksəldir. O, eyni zamanda tər iyini aparır, ağız qoxusunu ətirli edir. Onu mədə xəstəliyi, ürəkbulanma, qaraciyər ağrısı, böyrək daşı zamanı işlətmək xüsusi əhəmiyyətə malikdir. Onu toz halında buruna çəkirlər və müxtəlif səbəbdən yaranan baş ağrılarını sakitləşdirməkdə istifadə edirlər. Bunun toxumlarından tibbdə bir çox xəstəliklərin –ödqovucu, öskürək, zökəm, revmatizm və s. müalicəsində istifadə olunur. Ədviyyat kimi xörəklərə də əlavə edilir.
Badyan
Bitki toxum və yaxud vegetativ orqanları vasitəsilə çoxalır. Beş ildən sonra meyvə verir. Bol məhsul verməsi 12-15 ildən sonra başlayır. 100 il meyvəvermə qabiliyyətinə malikdir. Meyvəsinin tərkibində 5-7%-ə qədər müalicəvi əhəmiyyətə malik efir yağı vardır. Bu yağın 90%-i anetel birləşmələridir. Qalan birləşmələri isə terpenlər, xniken, karen, x-tepninol və s. təşkil edir. Badyandan alınan efir yağının iy və tərkib xüsusiyyətləri cirə yağına yaxın olduğundan çox vaxt əczaçılıq sənayesində əvəzedici kimi işlədilir. Bunun toxumundan alman efir yağının tamı azca turşməzədir. Yağından yeyinti, əczaçılıq, ətriyyat, kosmetika, sabunbişirmə və s. sənayelərdə geniş istifadə edilir.
Badyan ədviyyə kimi xəmir məhsullarının tərkibinə əlavə edilərək qoğal, peçenye, çörək-bulka və s. bişirilir. Müxtəlif meyvə, giləmeyvə və tərəvəzlərdən hazırlanan şirələrin, sərinləşdirici içkilərin tamının yaxşılaşdırılmasında geniş istifadə edilir. Müxtəlif ət, balıq və tərəvəzdən hazırlanan xörəklərin tamının xoş ətirli olması üçün əlavə qatqı kimi də işlədilir.
XƏBƏR LENTİ
Bayram süfrəsi bir ailəyə neçəyə başa gəlir?
Çağatay Ulusoy ilk dəfə sevgilisindən danışdı
Məşhur müğənni həbs olundu - Bu gün məhkəməsi olacaq
Afrikalı model kainat gözəli oldu-FOTO
Xəstəyə ölmüş insanın ürəyi köçürüldü
9 hərəkətlə necə stil ikonu ola bilərsiniz?
Bakı 4-cü yerdədir
"Zəhərli ana" xarakteri nədir?
Məşhur aktrisa izləyicilərini heyran qoydu - FOTO
"ASAN xidmət"də daha bir yenilik
Yeni dərs ilində uşaqlarınızı onurğa əyriliklərindən necə qorumalı?
Yeni dəblə ayaqlaşın
Virus bazarları bağlatdı
Evdə təhlükəsiz pilates üçün .....
Məktəblərdə VİRUS TƏHLÜKƏSİ - Şagirdlər özlərini necə qorumalıdır?
Afaq Bəşirqızı üçün özəl gün
İnstaqrama maraqlı funksiyalar əlavə edildi
Köhnə kitablar üzərində rəsm əsəri
Çay təzyiqi salır
Osteoartrit xəstəliyi
MƏHŞURLAR EYNİ POZDA
Şumaxerdən şad xəbər
Meghan Marklenin hamiləlik tərzi
Ermənilərin Bakı qorxusu
Dəbli pencəklər
6 üsulla depresiyadan xilas olun
Tədris ilinin sonunda şagirdlərin qiymətləndirilməsi necə aparılacaq?
Can sıxan çatlaqlara son
Sağlamlığınızı onların güdazına verməyin
Nyuton mayesi
Saçlarınız gözəl olsun
Ziyafət geyimləri
Ümid etmə hissi
Müxtəlif ərzaq mallarının qarşılıqlı əvəz olunması
İranda Məktəblər təcili bağlandı, Səhiyyə Nazirliyi XƏBƏRDARLIQ EDİR
Telefon abonentlərinə xoş xəbər
Məşhur modeldən yeni FOTOsessiya
Xanımlarımız portuqaliyalı həmkarlarını qabaqlayıblar
Niyə mərsiyələrdə İmam Hüseynin (ə) məzarına “şeşguşə qəbr” deyirlər?
Saç və dırnaq maskası
"Dostun sənə vurduqda sən də onu vur, yoxsa..."
Ana qarğışı
İri çənəli qadınlarla bağlı İNANILMAZ FAKT
Bu maska koronavirusdan qoruya bilir
Azərbaycanda yük avtomobilləri ilə bağlı yeni qayda
Penelopa Kruz mükafata layiq görülüb-FOTO
Növbəti sınaq imtahanının keçiriləcəyi TARİX AÇIQLANDI
Yeni il hədiyyələri ilə bağlı - XƏBƏRDARLIQ
Yaddaşı gücləndirməyin yolları
Aqata Kristi-Həyat qaydaları
- ŞƏRHLƏR