Bu dəfəki xəbərimdə hər birimizin sevərək istifadə etdiyi, hətta hər gün azı bir ədəd də olsa yediyimiz dadlı banandan bəhs edəcəyəm. Bananı çox zaman bir meyvə olaraq düşünüb istifadə edirik. Halbuki, banan nəinki meyvə, hətta diset sayılır. Adətən arıqlamaq istəyən xanımlar gərgin idman hərəkətlərindən sonra bir ədəd banan yeyirlər. Bununla itirdikləri enerji mənbəyini bərpa etmək və eləcə də bananın tərkibindəki kalsiumdan faydalanmaq istəyirlər. Əslində isə banan şəkər tərkibli disertdir. İdman hərəkətlərindən dərhal sonra onu yeməkdənsə böyürtkən şirəsi və ya kök şirəsi içə bilərsiz. Bu həm itirilmiş enerjini bərpa edər, həm də sağlam şəkildə pəhrizinizi davam etdirməyinizə kömək olar. Bu misalı çəkməkdə məqsədim odur ki, banan haqda hələ bilinməyən çox məlumat var. Hansı ki, o məlumatı hər tərəfli araşdıraraq, vahid şəkildə bizlərə təqdim edən Azərbaycan yazıçı-publisisti, biologiya üzrə fəlsəfə doktoru Nübar xanım Həkimovadır. Elə məhz onun əldə etdiyi nəticələr əsasında sizə bu günkü xəbəri təqdim edirəm. Burada siz bananın kimyəvi tərkibi və faydaları haqda öyrənə bilərsiz.
Banan ot bitkisi olub güclü şirəli kök sisteminə malikdir. Bananı cənnət çörəyi, tərəvəz xörəyi, yol çörəyi, bağ çörəyi və s. adlandırırlar. Çiçək saplağı tüklərlə əhatə olunub, çiçək yanlığı isə tünd qırmızı rəngdədir. Meyvələri uzun olub, yetişən dövrdə uzunsov, üç üzlü olur, özəyi unludur. Toxumu (əgər varsa) çox yastılanmış şəkildə olur. Banan meyvəsinin tərkibində 75-76%-ə qədər su, 15-25%-ə qədər şəkər, 7% nişasta, 1,3% zülal, 0,3-0,6% efir yağı, sellüloza, alma turşusu, ferment, pektin maddələri, kalium duzları, C, B2, PP, E və provitamin A tapılmışdır. Qabıq hissəsində çoxlu tanin və karotin maddələri vardır. Bananın tərkibində olan sulu karbonlu maddələr buğdanın tərkibində olanlardan tez həll olurlar. Meyvənin xoş iyi onun tərkibində olan efir yağının miqdarından asılı olur.
Banandan ən çox təzə halında desert yeməklərində istifadə olunur. Yetişməmişindən isə ədviyyat məqsədləri üçün tərəvəz xorəklərinin tərkibinə əlavə edilir. Ətli hissəsindən un, pudra, cem, həliməşik şirə, marmelad, sirop və s. hazırlanır. Meyvələrindən dərman kimi işlətmə və mədə xəstəliklərində istifadə olunur. Yetişməmiş meyvə və çiçək hissələrindən hazırlanan mürəbbədən şəkər xəstəliklərində istifadə edilir. Meyvələrindən hazırlanan müxtəlif şirələrdən, gərgin əməklə məşğul olan adamlarda əmələ gələn ateroskleroz, hipertoniya, dizenteriya, nazik bağırsaq, mədə iltihabın, böyrək və s. xəstəliklərdə istifadə olunur. Şəkər xəstəliklərində mədədə turşuluq prosesi artdığına görə həmin xəstələrə banan meyvəsindən qəbul etməyə icazə vermirlər. Tərkibində qiymətli fizioloji-aktiv maddələrin: serotin, nerpi-nefrin, dopamin, katexolamin və s. olması ilə əlaqədar olaraq bundan bağırsaq və mədədə əmələ gələn yaraların müalicəsində müvəffəqiyyətlə istifadə edilir. Bunun şirəsi ilə daxili qanaxmaların dayandırılmasında, dizenteriya, onikibarmaq bağırsağın iltihabının əleyhinə, vəba xəstəliklərində istifadə edirlər. Bundan başqa bananın şirəsindən həyəcanlanma, ürək keçmələrində də istifadə olunur. Bitkinin kök hissəsindən alınan küldən qurdsalıcı vasitə kimi istifadə edilir.
Banan kalium elementinin mənbəyidir. İnsan orqanizminin daxili hüceyrələrində toplanan K elementi ürəyin, qaraciyərin, beynin və ən çox isə əzələlərin normal fəaliyyət göstərməsinə xidmət edir. Şəkər xəstəliyinə düçar olan insanların banan yemələri məsləhət görülmür. Banan mədə yaralarını müalicə edir. İnsanların 50%-i mədə yarasından əziyyət çəkirlər. Mədə yarasının müalicəsində banandan hazırlanan sıyıqlardan, cövhər və şərbətlərdən geniş istifadə edilir. Belə ki, banan preparatları mədənin selikli qişasına müsbət təsir edib, onun tez bir zamanda bərpa olunmasına səbəb olur. Mədə yaralarını adi meyvələri yeməklə də müalicə etmək olar. Banan insanın əhval-ruhiyyəsini yaxşılaşdırır. Banan meyvəsinin tərkibində tonuslaşdırıcı təsirə malik efedrin maddəsi olduğundan onu qəbul edən zaman qan təzyiqi aşağı olan insanlarda arterial qan təzyiqi normaya düşür, bunun nəticəsində mərkəzi sinir sisteminin müsbətə doğru fəaliyyəti yüksəlir, sonda şəkərin miqdarı qaydaya düşür, ağciyər bronxlarının əzələlərinə təsir güclənir. Banan qəbul edən insanda tonus artır, iş qabiliyyəti yüksəlir, yorğunluq aradan qalxır.
XƏBƏR LENTİ
Ani Lorak xəyanət səbəbindən BOŞANIR-FOTO
Başımıza endirilən toxmaq
Dünyanın ən qorxulu yerləri
Uşaq "Bismillah" dedi, avtobusdan qovuldu
Şok qiymət artımı siqnalı
İrina Şeyk yeni reklama çəkildi-FOTO
Uşaqlar üçün yeni planşet
Heydər Əliyev Mərkəzində bərpa edilmiş "Arşın mal alan" filminin təqdimatı olub
Müasir insanı kökəldən sudur
2019-cu il makiyaj trendləri
Jennifer Anistonun 10 kiloqram arıqladan pəhrizi
HAVA necə olacaq?
Tovuz rayonunun ziyan çəkmiş kəndlərində bərpa işləri görülür
Azərbaycanda "Facebook" istifadəçiləri rekord vurdular
Azərbaycanlı milyonçu Van Dammla
6 foks sirri
Rəsmi Bakı Ukraynada vəziyyətin ən tez zamanda stabilləşməsinin tərəfdarıdır
Yardım pulu artdı
Rəsmi Bakı Martin Şultsun cavabını verdi
Öz-özünə yenilənən kompüter yaradılır
Azərbaycan dili - XVIII dərs
Adriana Lima hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Qadınlar dünyamızın gözəlliyidir
Hər üç adamdan birinin banka borcu var
Leyla Əliyeva Azərbaycan xalqını təbrik etdi - FOTO
Sirroz
Xüsusi xidmət orqanları bizi necə dinləyir...
Ən gözəl qadın kimdir?
Tərbiyədə 9 qızıl qayda
Şeron Stoun gözəlliyinin sirrini açdı-FOTO
Bayraq günümüz haqqında nə düşünürük?
Südlü peçenye (foto resept)
Quba-Xınalıq yolunda uçqun olub
Hadise yenə şəxsi həyatı ilə GÜNDƏMDƏdir-FOTO
Günün qoroskopu: fikir ayrılıqlarını aradan qaldırın
Fransa XİN: “Qondarma DQR-i tanımırıq”
Mübarək Rəcəb ayı haqqında
Google xəritə istehsalçısı alır
"Facebook"da status oğurlamaq cinayətdir? - Sosial şəbəkələrdə müəllif hüququ
XANIMLAR ÜÇÜN GEYİMLƏR
İxtisas seçən abituriyentlər bu xəbəri oxusun
Ofis işinin cəzası
Özge Ulusoy yenə Bakıya gələcək!
Maykl Ceksonun qızı diqqət mərkəzində-FOTO
Kəsmikli-moruqlu piroq (foto resept)
Dünyada ən güclü smartfon hansıdır?
Braziliyada həbsxanadan 470 məhbus qaçıb
Sürücülər bu xəbəri mütləq izləsin
"Ermənistan real müstəqilliyini itirib"
Şəhid "İgidliyə görə" medalı ilə təltif olundu
- ŞƏRHLƏR