Yay ayları allergiyası olanlar üçün əlverişsiz mövsüm sayılır və xəstəlik daha geniş yayılır.
Azərbaycan Tibb Universiteti kliniki immunologiya və allerqologiya kursunun dosenti Aynur Ağayeva bildirib ki, allergik xəstəliklərdən ən çox yayılanı məişət tozudur.
A.Ağayevanın sözlərinə görə, iqlim və ilin fəslindən, evin yerləşməsindən asılı olaraq məişət tozlarının miqdarı dəyişə bilər: "Məişət tozu allergenlər toplusundan ibarətdir və onlardan ən əsası məişət tozu gənəsidir. Həmin gənələr adi halda gözlə görünməyən 0,3 millimetr diametrində olan çox xırda buğumayaqlılardır. Onlar məişət tozunun xeyli hissəsini təşkil edən insan dərisindən qopan pulcuqlarla qidalanır. Gənələr əsasən çarpayı, balış, yorğan-döşək və s. yataq dəstlərində yaşayır. Məişət tozuna, əslində isə gənələrə qarşı olan allergiya əksər hallarda öskürək, rinit, az-az hallarda isə konyunktivit şəklində təzahür edir. Öskürək tutması xəstə yuxudan oyananda başlayır. Allergiya əlamətləri bütün ilboyu hiss olunur, havanın nəmliyinin daha yüksək olduğu payız və qış aylarında xəstələr özlərini daha pis hiss edirlər".
"Bəs ona qarşı necə mübarizə aparmaq olar?" sualına cavab verərkən həkim-allerqoloq deyib ki, məişət tozu, yəni gənələrlə mübarizə aparmaq üçün ən yaxşı üsul ətrafdakı allergeni kənarlaşdırmaqdan ibarətdir: "Məsələn, evdə içərisində yun, pambıq, quş tükü olan yataq əşyalarını sintetik əşyalarla əvəz etmək, qalın şal və heyvan dərisindən hazırlanan geyimdən uzaq olmaq, döşəmədəki kovroliti linoleumla dəyişmək, ağır pərdələr əvəzinə nazik sintetik, toz yığılmasına imkan verməyən materiallardan istifadə etmək, otaqda toz yığan əşyaları mümkün qədər azaltmaq, həftədə bir dəfə yorğan-döşəyi havaya çıxarmaq, yataq ağlarını, döşək üzlərini tez-tez dəyişmək, evdə təmizlik işləri görərkən tozsoranla onları yaxşı-yaxşı təmizləmək lazımdır. Səliqə-sahman və təmizlik işi apararkən allergiyası olanların yaxında olmaması məsləhətdir. Hazırda xüsusi taxmaları olan kifayət qədər güclü tozsoranlar var ki, onun köməyi ilə yorğan-döşəyi daha yaxşı təmizləmək olur, lakin bununla belə həmin tozsoranlar da məişət tozu gənələrinin hamısını xaric edə bilmir. Həmçinin gənələri məhv edən xüsusi spreylər də var. İl ərzində dörd-beş dəfə mənzildəki yorğan-döşəyi, yumşaq mebeli həmin spreylərlə, bundan sonra xalça və döşəklərin səthini tozsoranla təmizləmək lazımdır, çünki ölü gənələr də dirilər kimi eyni allergik reaksiya törədir".
A.Ağayeva daha sonra əlavə edib ki, gənələr üçün əsas qidalardan biri qabıqlanaraq qopan dərinin xırda hissəcikləridir: "Belə ki, xüsusi yataq örtükləri həmin hissəciklərin döşək və balışların içərisinə düşməsinə mane olur və bunun nəticəsində orada yaşayan gənələrin miqdarı azalır. Təkcə yataq otağında deyil, digər otaqlarda da müntəzəm olaraq tozsoran və nəm əski ilə təmizlik işləri aparmaq, mənzildə dibçək bitkiləri saxlamamaq lazımdır.
Hipoallergen məişət şəraiti allergiyası olanların sağlamlığının qorunması üçün böyük əhəmiyyətə malikdir. Ona görə də ailədə allergiyası olanlar üçün həmin şəraiti yaratmaqdan ötrü bütün mümkün üsullardan istifadə edilməlidir".
Milli.Az
XƏBƏR LENTİ
Hande imicini dəyişdi-FOTO
Azərbaycan kino tarixində bir İLK
Yadplanetlilər bizimlə niyə əlaqəyə girmirlər? - Alimlərin müzakirəsi
Yaddaşımızı yeniləyək
Hind toyuğu ətindən kotlet(foto resept)
Norveçə səyahət
Həftənin ilk iş gününün havası
İrandan İŞİD-ə zərbə
Əgər işləyirsinizsə...
Qara dəliklər (2)
Castin Biber izləyicilərindən kömək istədi-FOTO
Gözəl jaketlər
2 yaşlı uşaq anasını xilas etdi
Saçın tökülməsinə qarşı maska
Almalı tost (foto resept)
Aromaterapiya
Kitabsevərlər üçün dekorasiya
Aktrisanın geyimi qiymətinə görə diqqət çəkdi-FOTO
Ən son tüninqli BMW X5
Atalar və oğullar savaşına yeni baxış
Cennifer Lopezdən maraqlı AÇIQLAMA
Saç rəngini dəyişmədən nələri öyrənməli?
Bu rayonlarda sərt karantin rejimi ləğv edildi
Manat yenə ucuzlaşdı
Tibbdə möcüzə: Hamiləliyin 5-ci ayında doğulan körpə sağ qaldı
İsmayıllıya dolu yağıb
Bella Hadid yeni İMİCDƏ-FOTO
Çiyələkli dondurma (foto resept)
Bu xəstəliyə diqqət!
Gənc anaların nəzərinə!
İNANILMAZ OLAY: 3 ay ölü ananın qarnında yaşadı, sonra... FOTO
Stiven Siqal Qubernator olmaq istəyir-FOTO
Qızıl xərçəngi müalicə edir
Ermənilər cəbhə bölgəsində çəkiliş aparan jurnalistləri atəşə tutdular - VİDEO
Tayson və Cons “Black Lives Matter” titulu uğrunda şou-döyüş keçirəcəklər
Ətir təəssüratı
Payız üçün ən yaxşı üst geyimləri
Silvestr Stallonenin ölüm xəbəri yayıldı
BÜRCLƏR bizə nə vəd edir?-11 Avqust
Tez qırılan saçlar üçün 3 maska
Klassik mətbəx dekorasiyası
Dəbli geyim nümunələri
İrem Dericidən qəribə paylaşım
Balıq sırdağı (foto resept)
Bu adaya gələnlər yoxa çıxır
"Ah Karabağ"mahnısının müəllifi Başkal Azərbaycana gəlir
Yaxın Şərqin ən uğurlu 10 qadın biznesmenini - “Forbes” açıqladı
Günün ulduz falı
Çin - sivilizasiyanın mərkəzi
Azərbaycana qar yağacaq
- ŞƏRHLƏR