Üst göz qapağının sallanması (ptoz)
Yunan dilində "ptoz" "enmə, düşmə" deməkdir.
Üst göz qapağının ptozu həm üşaqlarda, həm də böyüklərdə təsadüf edilir. Ptoz həm bir, həm də iki gözdə ola bilər.
Ptoz zamanı üst göz qapağı sanki sallanır, xəstə gözünü tam bağlaya bilmir, xəstə göz qızarır, quruyur, tez yorulur, tez-tez iltihablaşır. Xəstə gözdə çəpgözlük, ambliopiya ("tənbəl göz") inkişaf edir, xəstə gözün görməsi zəifləyir və hətta tam itir.
Ptoz anadangəlmə və qazanılmış olur.
Anadangəlmə ptoz üst göz qapağını qaldıran kiçik əzələnin natamam inkişafı, zəifliyi və ya bu əzələni idarə edən sinirin defekti ilə bağlı ola bilər. Bunun səbəbi genetik anomaliya, hamiləlik və ya doğuş ağırlaşmaları, doğuş travmaları ola bilər. Anadangəlmə ptoz adətən 1 gözdə olur.
Anadangəlmə ptoz özü-özündən keçmir, bu pozulma mütləq vaxtında müalicə olunmalıdır. Əks halda bu gələcəkdə çəpgözlüyə, ambliopiyaya ("tənbəl göz"), ptozu olan gözdə görmənin pisləşməsinə səbəb ola bilər. Anandangəlmə ptoz yalnız cərrahi üsullarla müalicə olunur. Əməliyyat adətən uşağın 3 yaşı tamam olandan sonra həyata keçirir.
Qazanılmış ptoz istənilən yaşda göz travması, cərrahi əməliyyat, orqanizmin qocalması, bəzi göz və nevroloji xəstəliklər nəticəsində (insult, yayılmış skleroz və bəzi digər nevroloji xəstəliklər) inkişaf edə bilər.
Bəzən böyüklərdə qəfildən əmələ gəlmiş ptoz beyin şişlərin əlaməti ola bilər. Ptoz qəfildən, səbəbsiz əmələ gəldikdə, vaxt itirmədən həkimə müraciət edin və MRT və ya KT keçin.
Nadir hallarda olsa da botoks inyeksiyaları kimi tanınan kosmetik prosedur üst göz qapağının enməsinə səbəb ola bilər.
Qazanılmış ptoz da əksər hallarda cərrahi üsullarla müalicə olunur. Dartılmış əzələyə bir neçə tikiş qoyulur ki, əzələ qısalır və üst qapaq sallanmır. Əməliyyat çox effektlidir.
Op.Dr.Uzman Fariz Sadıqov
XƏBƏR LENTİ
Möcüzəvi dadlı balıq (foto resept)
Minlərlə insan vağzalda qaldı
Şuşasız 25 il...
190 manatlıq ödəmələr yenidən verilə bilər - RƏSMİ
Cem Yılmaz Serenay Sarıkaya ilə sevgilidir!
Dəbli yarımboğaz çəkmə modelləri
Günün qoroskopu: Münaqişə etməyin!
Xaçapuri (foto resept)
İlan dərisindən bikini geyindi-FOTO
Mənim ailəm
Sonsuzluqdan əziyyət çəkən kişilər bu yazını mütləq oxusunlar
Hava haqqında - 11.08.2013
Nikolas Keyc ilk dəfə bunu edəcək
Sərt karantinin yumşaldılmasından sonra çimərliklərdə ilk gün - VİDEOREPORTAJ
Quzu ətli tantuni (foto resept)
Xəzinə tapdılar borca düşdülər_FOTO
Dostoyevski-dən “ruhun qidası”
Azərbaycanda sevilən məşhur Şahrux Xan Bakıya gələcək
ABŞ-ın Enerji Nazirliyinə hücum olub
Rihannadan Gözlənilməz FOTOlar
Evlilikdəki münasibətlərin formaları və nəticələri
Bürclərin ayrılıq SƏBƏBləri
Baş infeksionist toylara icazə verilməsi barədə: "Ehtimal çox yüksəkdir..."
Həyəcan və depressiyadan onlar qoruyur
Azərbaycanın vulkanlarında monitorinq aparılacaq
2000 telefonun istifadəsinə qadağa qoyulub
Ermənistanın hərbi əməliyyatlarda yeniyetmələrdən istifadəsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət edildi
Hər zövqə uyğun ayaqqabılar
Suqovuşanda Azərbaycan bayrağını qaldıran hərbçiyə ev verildi
Yanvarın 12-dək bunlar etsəniz, BÜTÜN İL BOYU... - VACİB TÖVSİYƏLƏR
Rusiya FHN Ağdamı minalardan təmizləyəcək
Elçin məşhur verlişdə evlilik təklif edib-FOTO
Lukasın maraqlı illustrasiyaları
Uşaqlar üçün papaq modelləri
Süni uşaq qidaları: nəyi bilmək mühümdür?
Azərbaycanda müəllimlərə xəbərdarlıq
Bakıda inşa olunan möhtəşəm olimpiya stadionunun göörüntüsü
Bu şəhərdə hər kəs xoşbəxtdir!
Putin İslamı qəbul edib?
Ən çox kim yaşayır?
Həzm sisteminin işləməyinə kömək edən ərzaqlar
Epilepsiya tutması keçirən şəxsə necə yardım etməli?
Cennifer Lopez ad gününü belə qeyd etdi-FOTO
Azərbaycanda daha səkkiz nəfər koronavirusdan öldü: 527 yeni yoluxma
"Facebook"un səhmləri 24% ucuzlaşdı
"One Direction"
36 saata tikilən ev-FOTO
70-ci illərdə saç və geyim tərzi
"Bu iş qadınlar üçün deyil"
Niyə görə dırnaqlarımız var?
- ŞƏRHLƏR