Uşaq dişlərində təcili vəziyyətlər
Diş ağrısı
Ağrıyan dişin ətrafını təmizləyin. İlıq duzlu su ilə qarqara etdirin və əgər varsa sıxışmış yemək artıqlarını diş ipi ilə uzaqlaşdırın. Əsla dişin üzərinə aspirin ya da bu kimi dərmanlar qoymayın. Uşağınıza daha əvvəl sınamış olduğunuz bir ağrı kəsici verin və ən qısa müddətdə bir diş həkiminə aparın.
Dişlənilmiş dodaq, dil, yanaq
Yaralı bölgəyə buz qoyun. Əgər qanama varsa, təmiz bir tənzif ilə yüngülcə təzyiq tətbiq edin. Qanama 15 dəqiqə içində dayanmazsa diş həkiminizə müraciət edin.
Uşaqlarda bəzi ağız və diş problemləri
Diş qıcırdatma
Səbəbləri. Stress, aqressiv, kompleksli və ya utancaq xüsusiyyətlər, valideynləri diş qıcırdatan uşaqlar bu vərdişə daha meyllidir.
Əlamətləri. Dişlərdə aşınma, yatarkən çıxardılan qıcırdatma səsləri, üz əzələlərində ağrı, çənə oynağında problemlər, baş ağrısı, dişlərdə laxlama və həssaslıq.
Müalicəsi. Əvvəlcə psixoloji baxımdan diş qıcırdatmaya səbəb olan faktorlar ortadan qaldırılmağa çalışılmalıdır. Bu mümkün olmadıqda xəstəyə taxıb çıxardıla bilən bir gecə qoruyucusu hazırlanır.
Barmaq əmmə
Səbəbləri. Barmaq əmmə kiçik yaşlarda sıx görülən bir vərdişdir. Adətən dörd yaşına qədər özbaşına ortadan qalxar. Vərdişin davamlı dişlərin çıxdığı yaşlarda da davam etməsi, bu dişlərdə və damaqda strukturca pozuqluğlara gətirib çıxarar. Bu pozuqluqların səbəbi barmağın ön dişlərə və damağa tətbiq etdiyi təzyiqdir. Ortaya çıxan pozuqluğun dərəcəsi əmmənin müddətinə, sıxlığına, şiddətinə və əmmə əsnasında barmağın mövqeyinə bağlıdır.
Müalicəsi. Barmaq əmməyin qarşısının almağın ən təsirli yolu barmaq əmməyə meyl göstərən uşağı əmziyə alışdırmaqdır. Əmziyin həm verdiyi zərər daha azdır, həm də daha asan buraxıla bilər. Müalicənin zamanlaması çox əhəmiyyətlidir. Uşağın özü bu vərdişdən xilas olmağı istəmədikcə, müalicənin müvəffəqiyyətlə sona yetməsi qeyri-mümkündür. Uşağın ətraf təzyiqinə uğramaması və lağ edilməməsi üçün məktəb çağından əvvəl buraxması psixoloji istiqamətdən çox faydalıdır. Uşaq təzyiq altına alınmadan cəsarətləndirilərək, mükafatlandırılaraq müsbət istiqamətləndirilməlidir. Əgər hər şeyə baxmayaraq 6 yaşına qədər bu vərdişi unuda bilməmişsə, diş həkiminə müraciət edilərək professional kömək alınması lazımlıdır.
Əmzik. Körpələr üçün əmmək rahatlamanın və güvən içində hiss etmənin ən təbii yoludur. Əgər körpə barmaq əmmə meyli göstərirsə, dərhal əmziyə istiqamətləndirilməlidir. Əmzik barmaq əmməyə görə həm daha az zərərlidir, həm də sonrakı yaşlarda daha asan buraxıla bilər.
Əmzik günün böyük bir hissəsində deyil, yalnız lazımlı olduğunda verilməlidir.
Strukturca pozuqluqlara gətirib çıxarmamaq üçün,mümkün olduğu qədər təbii məmə quruluşundakı əmziklər seçilməlidir. Əmziklərin quruluşunun möhkəmliyinə hər gün nəzarət edilməlidir. Əmziyin böyüklüyü ağızın quruluşuna uyğun olmalıdır.
Uşağın diş həkiminə ilk ziyarəti. Bunun üçün ən ideal zaman körpənin ilk dişləri çıxdıqdan sonrakı altı aydır. Bu dövrdə körpənin bəslənməsi, diş baxımı və əmmə vərdişi haqqında məlumat əldə edərək ortaya çıxacaq problemləri başlamadan önləmək mümkün olacaq.
İlk diş müayinəsi. Uşağınızda hələ çürük və ağrı olmadan, diş həkimiylə tanış olması uşaqlarda diş həkimi qorxusunun önlənməsi baxımından böyük əhəmiyyəti var.
Uşağı ilk müayinəyə necə hazırlaya bilərəm? Uşağınızı diş həkiminə aparmadan əvvəl ediləcək əməliyyat haqqında məlumat əldə etmək ən doğru üsul olacaq. Ümumiyyətlə dişlərdə çox böyük oyuqlar meydana gəlmədən və şiddətli ağrılar başlamadan diş həkiminə müraciət etmək müalicənin həm uşaq həm də həkim baxımından daha asan, rahat olmasını təmin edər. Ancaq, “Həkim iynə etməyəcək” deyərək gətirilən uşağa həkim anestezi etmək məcburiyyətində qalsa, uşağın həm sizə həm də həkimə etibarı qalmaz. Bu səbəblə uşağı müalicə mövzusunda doğru məlumatlandırmaq, qorxusunu yenmək və etibarını qazanmaq lazımdır.
Tural İsabəyli
XƏBƏR LENTİ
Bu şəlalədən tez qaçmaq gərəkdir
Gölköy kəndində koronavirusdan belə qorunurlar-FOTO
Gündəlik geyim kombinasiyaları (2)
Bermud üçbucağının sirri açıldı
Moskva küçələrində “Tesla Cybertruck” peyda oldu – VİDEO
Hündürlüyü iki metr olan düyü növü təqdim edilib
Azərbaycanda koronavirusa yoluxanların sayı 10 mini ötdü
Müəllimlərə veriləcək testlər
Gələn il təqaüdlər arta bilər
Ulduzun yoldaşı ayrılıq xəbərlərini təsdiqlədi
Siqareti tərgitməyə mane olan əsas səbəb tapıldı
"Azərbaycanda qadınların siyasi fəallığı artır"
Dekabr ayında Moskva
Həddindən artıq tərləmənin həlli
Xoşbəxt münasibətləri öyrədən 10 şey (1)
Koronavirusla bağlı SON STATİSTİKA
Dünyanın ən qorxulu yerləri
Fahriye Evcen xəstəxanadan çıxdı
Piknikə gedərkən açıq rəngli geyinin
Təhlükə hər gün böyüyür
Mən şəkil çəkirəm dərs- 4
Bred Pitt 30 yaşlı aktrisa ilə eşq yaşayır? - FOTO
Səhiyyə sahəsində 28 saxta diplom aşkarlandı
Dünyanın ilk trilyoneri o ola bilər
Bryus Liyə niyə lənət oxudular?
Emin ayrıldığı Leyla və qızı Əminədən danışdı
"Sovetski"dəki kiçik sahəli evlərlə bağlı qərarda yenilik
Xəzərin suyu niyə çəkilir?
Məşhur müğənninin səsi batdı
Cəlilabadda möhtəşəm Alov festivalı
Yemək, yuxu, idman, intim həyat və s. üçün ən uyğun vaxtlar - HƏKİMLƏRİN TÖVSİYƏLƏRİ
Popkorn üzərində rəsmlər
Problem sənsən!
Sevimli uşaq şerləri
Hamiləlikdə dodaq baxımı necə olmalıdır?
HAVA necə olacaq?- 5 APREL
Tərəvəz ilə bişmiş toyuq (foto resept)
Milyarderin dediyini etdilər adambaşı 1 milyon qazandılar
Tibbdə inqilab: insana tamamilə süni ürək qoydular
Kraliçanın yeni biznesi uğurlu oldu
Səhər yeməyi üçün tavada bibərli pomidor (foto-resept)
3D makiyaj sənətkarı Luca Luce
DÇ-2014-ün simvolik yığması seçildi
Meqan və Harri Madonnanın evini kirayələyəcəklər?
Ailə üçün ünsiyyətdə səhvlər
HAVA necə olacaq?
Ronaldodan yeni il ab-havalı AİLƏ FOTOsu
Azərbaycanda uşaq ölümü daha çox bu rayonda baş verir
Nə yediyiniz deyil, nə qədər yediyiniz vacibdir
Emre Altuğ Çağlanın sualına bu cür cavab yazdı-FOTO
- ŞƏRHLƏR