Dodaqlarda 1 milyondan çox sinir ucları var. Xüsusi qayğıya ehtiyacı olan dodaqlar bəzən sağlamlığımızla əlaqədar bəzi problemlər barədə müəyyən mesajlar verir.
1. Dodaqlarda uçuq (Herpes)
Dodaqdakı uçuq ağrılı və ya narahatedicidir. Çox vaxt zərərsiz olan bu şişkinlik müalicəsiz yox ola bilər. Bunlar dodağınıza etdiyiniz estetik müdaxilələr və bədənin bəzi qidalara verdiyi reaksiya nəticəsində meydana gəlir. Ancaq başlıca səbəb herpes virus infeksiyasıdır.
2. Ağız küncündəki çatlar
Tüpürcəyin ağzınızın kənarlarına toxunması çat yarada bilər. Quru dodaqları tez-tez yalamaq əslində nəm infeksiyalar üçün mükəmməl mühit yaradır.
3. Quru və çatlamış dodaqlar
Dodaqlarınızdakı quruluq bədəninizdə nəm çatışmazlığını göstərə bilər. Nəm balansının pozulması qapalı məkanlarda çox olma, az maye qəbulu və ya stress sayəsində baş verə bilər. Qurumuş dodaqların digər səbəbi allergiyadır. Qaşıntı hiss edirsinizsə, mütəxəssis müayinəsindən keçin.
4. Dodağın ətrafındakı qırmızı halqa
Ağız ətrafındakı qırmızı halqanın ən çox görülən səbəblərindən biri yalama dermatidir. Dodaqları təkrar yalamaq onun ətrafındakı dəridə olan təbii yağları qurudur, nəticədə qırmızılıq və qaşıntı yaranır. Sadə nəmləndiricilərlə bu vərdişdən xilas ola bilərsiniz.
5. Üst dodaqdakı qırışlar
Üst dodağınızda qırışlar görməyə başlamısınızsa, bu həm fiziki, həm də emosional səbəblərdən dolayı baş verir. Stress səbəbilə çox siqaret çəkmək kimi pis vərdişinizə son qoyun.
6. Dodaqlarda rəng dəyişikliyi
Solğun dodaqlar qanda oksigenin zəif dövranını göstərir. Əl və ayaq barmaqlarında eyni hal ola bilər. Ağ və ya solğun rəngli dodaqlar da əslində tibbi müdaxilə tələb edən anemiyanın olduğuna dair işarədir. Qanda şəkər səviyyəsinin az olması, qan dövranı problemləri və ya vitamin çatışmazlığı da buna səbəb ola bilər.
7. Şişmiş dodaqlar
Şişkinlik allergik reaksiya əlaməti ola bilər. Kosmetik vasitələrdən istifadə edərkən dodaqlarınızın böyüdüyünü müşahidə etsəniz, onlardan mümkün qədər imtina edin. Dodağınız qısa müddət ərzində böyüsə, həkimlərdən kömək istəyin.
8. Dodaqlarda qara ləkələr
Dodaqlardakı qara ləkələrin səbəbi müxtəlifdir. Hiperpiqmentasiya qəhvəyi ləkələrə səbəb ola biləcək yayılmış vəziyyətdir. Bunu yalnız dodaqlarda deyil, yanaq, burun və alında da görə bilərsiniz. Günəş də ləkələrə səbəb ola bilər. Vücudunuzda lazım olduğundan daha çox dəmirin olması da digər səbəbdir. Odur ki, mütləq həkim müayinəsinə gedin.
Aytən Məftun (publika.az)
XƏBƏR LENTİ
Qadınların kişilərdə axtardığı xüsuiyyətlər
Onlar canlı deyil
"Atiye"nin aktrisası diqqət çəkdi-FOTO
Hava haqqında - 20.08.2013
Bu gün Mehriban Əliyevanın Ad Günüdür!
Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub - RƏSMİ
İnsana toxluq hissi verən yeməklər
Karantin rejimini pozan yaşlıları hansı cəza gözləyir? – DİN-dən AÇIQLAMA
Ananaslı toyuq əti (foto resept)
Günün qoroskopu: sirlərinizi yad insanlarla paylaşmayın
HAVA necə olacaq?- 21 fevral
Uşaqlarda irsi xəstəliklərin yoxlanılması (yeniliklər)
Hava haqqında
Afrika hörükləri haqqında doğru bildiyiniz səhvlər
"Google"nin qarşısı alınır
Bakıda müəllimlər üçün əlverişli şans
Bazarda od tutub yanan qiymətlər
Bu günün hava proqnozu
Baxımlı qadının 18 gözəllik vərdişi
Qədim şəhər sirlərini gizlədir
Müəllimlərin işə qəbulu üzrə imtahanların ikinci mərhələsi başlayır
Ən bahalı nişan üzüyü kimdədir?
Sabahın HAVAsı
Günün qoroskopu: Səhhətinizin qeydinə qalın
"Türkiyə parlamenti Xocalı faciəsini soyqırım kimi tanımalıdır"
Səudiyyə nefti bahalaşdırdı
5 Müalicəvi hərəkət
Məşhurların istifadə etdiyi maskalar
Çinli kişi yoldan keçənləri “pul yağışı”na tutdu - VİDEO
Türk qəhvəsi maskası
Azərbaycanın qış vaxtına keçəcəyi tarix açıqlandı
Müəllimlərin sertifikasiyadan keçirilməsi müzakirə edilir
Demet Akalından qızına 270 minlik hədiyyə - FOTO/Video
Budlardakı yağları əritmək üçün üsullar
Burak Özçivit təcili xəstəxanaya yerləşdirildi - FOTO
Azərbaycan və Almaniya hökumətləri arasında maliyyə əməkdaşlığı bağlndı
Trampdan koronavirus açıqlaması
Boy uzadan ayaqqabı
Hindistan BMT-dən kənar Suriyaya müdaxiləni dəstəkləmir
Putinin sözçüsündən Qarabağdakı razılaşmanın ilk günləri ilə bağlı AÇIQLAMA
"Instagram"da "like"lar pullu ola bilər
Bürcünüzə görə keçmiş həyatınızda kim idiniz?
Müasir bərbərliyin inkişafı
Sinoptiklər hava ilə bağlı nə deyirlər?
“JARA” festivalı ilk dəfə Dubayda keçiriləcək
İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakı Konqres Mərkəzinin açılışında iştirak ediblər
Prezident İlham Əliyev yenidən jurnalistlərin dostu seçildi
Monika Belluçinin 15 yaşlı model qızı
Göz yorğunluğunu aradan qaldıran kompres
Bakıda saat 11-dən sonra qadağa