Əzizlərim, mən özümə görə bu araşdırmanı etdim. İstərdim sizlər də bunu oxuyub məlumatlanasınız. Allah etməsin, heç bir xəstəlik göstərməsin bizlərə,amma əvvəlcədən bilib tədbir etsək yaxşı olar. Əziz xanımlar oz sağlamlığınızı qoruyun! İndi bu xəstəllik haqqında sizləri məlumatlandırmaq istəyirəm. Uşaqlıq boynunun xərçəngi bədxassəli şişdir. Bu xəstəlik, adətən, yaşlı qadınlarda təsadüf edilir. Ancaq tibbi ədəbiyatlarda xəstəliyin cavan qadınlarda əmələ gəlməsi hallarının olması barədə də məlumatlara rast gəlinir. Uşaqlıq boynunun xərçənginin əmələ gəlmə səbəbləri sona qədər öyrənilməmişdir. Belə bir fikir mövcuddur ki, bu şişin inkişaf etməsində əsas rollardan biri insan papilloması virusuna (İPV) məxsusdur. Uşaqlıq boynu hüceyrələrində uzun müddət qalan bu viruslar həmin hüceyrələrin xərçəng hüceyrələrinə çevrilməsinə səbəb olurlar.
Uşaqlıq boynunun xərçənginin əmələ gəlməsinin əsas risk (təhlükə) faktorları aşağıdakılardır:
- cinsi həyatın erkən (14-15 yaşından) başlaması;
- erkən və gecikmiş hamiləliyin və doğuşun olması;
- cinsi əlaqə tərəfdaşlarının tez-tez dəyişdirilməsi;
- urogenital (sidik-cinsiyyət sistemi orqanlarının) infeksiyaların (xüsusən, papillomovirus infeksiyasının) olması;
- uşaqlıq boynunun müxtəlif xəstəlikləri (edometriyanın polipləri, uşaqlıq boynunun polipləri, eroziyalar);
- travmatik doğuşlar;
- çoxsaylı cərrahi abortlar (uşaqsalmalar) və s. bu kimi hallar.
Bəs uşaqlıq boynunun xərçəngindən necə qorunmaq olar? Bunun üçün hər bir qadın ilk növbədə ildə 2 dəfə olmaqla (hər 6 aydan bir) həkim-ginekoloqa müraciət etməlidir.Həkim uşaqlıq boynunun xüsusi müayinəsini apararaq oradan götürülmüş yaxmanı laborator müayinəyə göndərir. Hal-hazırda inkişaf etmiş ölkələrdə, xəstəliyin ilkin dövrlərdə aşkar edilməsi nəticəsində, uşaqlıq boynunun xərçəngindən ölənlərin sayı ilbəil azalmaqdadır. Bundan başqa, uşaqlıq boynu xərçənginin profilaktikası məqsədi ilə eroziyalar, endometrioz, displaziyalar və sairə bu kimi xəstəliklərin vaxtında aşkar edilərək diqqətlə və dəqiqliklə müalicə olunması da vacib hesab edilir!
Uşaqlıq boynu xərçənginin profilaktikasında əsas üsullardan biri də İPV – insan papilloması virusuna qarşı vaksinasiya sayılır. Müasir təbabətdə belə hesab olunur ki, İPV-insan papiloması virusu nəinki uşaqlıq boynunun xərçəngi, həmçinin uşaqlıq boynunun eroziyası, uşaqlıq boynunun displaziyası, genital (qadın cinsi üzvlərinin) ziyillərin (kandillomalar) əmələ gəlməsinin də əsas səbəbkarıdır. İPV-yə qarşı vaksinasiya ilk növbədə, cinsi həyata başlamamış qız uşaqları, həmçinin cavan qadınlar üçün vacib hesab edilir. Eyni zamanda vaksinasiyanın yaşlı qadınlarda olan effektivliyi barədə də tibbi məlumatlar mövcuddur.
Peyvənd kursu müəyyən fasilələr verilməklə 6 ay ərzində olunan 3 sayda əzələdaxili inyeksiyadan (iynə vurulması) ibarətdir. Vaksinasiyanın olunmasına əks göstərişlər: ağır xroniki xəstəliklər, qan xəstəlikləri, vaksinanın tərkibindəki maddələrə qarşı fərdi uyğunsuzluq, hamiləlik.
Hal-hazırda Azərbaycanda bu vaksini əldə etmək mümkündür. Yaşından asılı olmayaraq İstənilən qadın, İPV-insan papilloması virusuna qarşı peyvənd etməklə, özünü qadın cinsi orqanlarının bir sıra təhlükəli xəstəliklərinə yoluxmaqdan sığorta etmiş (qorumuş) olar.
XƏBƏR LENTİ
Ağ şanı, yoxsa qara şanı?
"Bizim Tarla" - Kürü məhsulları
Cəbhəyə getdiyi gün qızı doğulan şəhidimiz - VİDEO
Dəri sallanmasının qarşısını necə almaq olar?
MİSİR PLOVU (foto resept)
Mərkəzi Bankdan mühüm qərar
Leyla Əliyeva atasını belə təbrik etdi
Daha bir ölkə sərhədlərini turistlərin üzünə açdı
Portağaldan şam düzəldin
“Eurovision-2015” bu şəhərdə olacaq
Rami Malekdən FOTOsessiya
Sevginizdən istifadə etdiyini göstərən 6 davranış
Yer üçün böyük təhlükə
Zorakılıq, qızlara yoxsa cəmiyyətə?
Uşaqlarda nitq geriliyinin səbəbləri
Çində məktəb binası yerdən götürülərək 62 metr kənara çəkildi - VİDEO
Dünya bu əkizlərdən danışır - FOTO
Ölkədə 12 obyekt bağlandı
Nazim Süleymanov: "Əgər onlar "Neftçi"nin çempionluğunu istəmirsə..."
Yaşını göstərməyən 11 məşhur
Ət soyutması (foto resept)
Ağrıların səbəbi D vitamini çatışmazlığı
Kim hansı vitamini qəbul etməlidir?
Ermənistan ərazisindən Qubadlı rayonu atəşə tutulur - RƏSMİ
Məşhur cütlüyün təzminat davası
AMEA və UNESCO-dan ermənilərə qarşı birgə layihə
Evlənməkdə say məhdudiyyəti varmı?
ODLU TORNADO hər kəsi qorxutdu-VİDEO
Dollara Putin "silləsi"
Azərbaycanın xeyli hissəsində qaz olmayacaq
Diabetin dərmansız davası
Makiyaj hiylələri
2018 Emmy mükafatları; Qırmızı xalça
Sarıkök içkisi - Okinavalıların sirri
Ermənilərə Türkiyə vətəndaşlığı verilə bilər
Dəmiryolu vağzalının yanındakı meydan və yol bağlanır
Cennifer Lopez yeni reklamda çəkildi – FOTO/VİDEO
“Azərbaycan dilçiliyi müntəxəbatı” üçcildiyi nəşrə hazırlanıb
Sevən şəxsin 8 davranışı
Bölgələrdə İlham Əliyevin qələbəsi qeyd edilir
Messinin ən böyük arzusu
Putin Suriyaya görə meydan oxudu
Ziyafət qaydaları
"Yeganə"lər
Kamran Əliyev yeni vəzifəyə təyin edildi
"WhatsApp"da virus YAYILDI
Cimi Hendriksin gitarası rekord məbləğə satıldı
Bu da kəndlərimizin yeni adları
Obama Avropanı xəbərdar etdi
Su
- ŞƏRHLƏR