Rusiyalı endokrinoloq-nutritionist, tibb elmləri namizədi Yekaterina İvannikova qidaların ən arzuolunmaz birləşmələrini açıqlayıb.
1. Kakao və süd
"İsti süd ilə bir neçə qaşıq kakao tozu klassik reseptdir. Ancaq tibbi baxımdan südün əvəzinə bu vəziyyətdə sudan istifadə etmək daha düzgündür.
Kakaonun tərkibində kalsiumun bədənə hopmasını əngəlləyən oksalik turşusu çoxdur. Beləliklə, südün əsas faydası rədd edilir. Üstəlik, bu resept sağlam insanlarda südün faydasını azaltmaqla kifayətlənmir, bəzi pasientlərdə xəstəliyin kəskinləşmə riskini artırır. Xüsusilə urolitiyaz xəstələri kakao və südün birləşməsindən çəkinməlidir. Urolitiyaz sidikdə həllolmayan bir çöküntünün qum (diametri 1 mm-ə qədər) və ya daş (1 mm-dən 25 mm və daha çox) şəklində meydana gəldiyi metabolik xəstəliklər nəticəsində yaranır. Süd isə kakaodan oksalat maddəsinin udulmasını artırdığından xəstəliyi şiddətləndirir", - deyə mütəxəssis əlavə edib.
2. Ağ çörək + cem və ya mürəbbə
Bir fincan südlü kakaonun yanında tez-tez mürəbbə və ya mürəbbə ilə kökə təklif olunur. Mütəxəssis belə bir birləşmədən çəkinməyi məsləhət görür:
"Ağ çörəyin tərkibindəki rafinə edilmiş buğda unu yüksək miqdarda sürətli həll olunan karbohidratdır. Belə bir çörək diliminə mürəbbə və ya cem yaxdıqda, sürətli karbohidratların ikiqatı bədənə daxil olur. Bu da qanda şəkər səviyyəsinin kəskin yüksəlməsinə səbəb olur".
Endokrinoloq vurğulayır ki, karbohidratların vaxtaşırı istifadəsi 2-ci tip şəkərli diabetin, piylənmənin inkişafına, həmçinin mədə-bağırsaq traktının orqanlarında iltihabi proseslərə səbəb ola bilər.
Tövsiyə
Əgər çayın yanında sendviç yemək istəyinin qarşısını ala bilmirsinizsə, ağ çörəyi kəpəklə əvəz etmək yaxşıdır. Cem və ya mürəbbə əvəzinə isə bir dilim pendir qoyun.
3. Süd ilə kəpək məhsulları
Çoxları bunun mükəmməl qəlyanaltı olduğuna əmindir. Ancaq tibb mütəxəssisləri belə bir məhsulun birləşməsinə qarşıdır. Mütəxəssis onların zərərlərini belə ifadə edib:
"Kəpəyin tərkibində fitik turşusu var. Süddə kalsium və maqnezium var ki, onların vəhdəti həll olunmayan birləşmələr əmələ gətirir. Nəticədə faydalı minerallar bədən üçün əlçatmaz olur. Beləliklə, bir tərəfdən udulmuş qida həzm prosesinə mane olur, digər tərəfdən, özümüzü kəpək və südün tərkibindəki faydalı maddələrdən məhrum edirik".
4. Toyuq və qaraciyər
Yekaterina İvannikova eyni zamanda toyuq və qaraciyəri birlikdə yeməməyi tövsiyə edir. Bu iki faydalı məhsul bir-birinə yaxın olmamalıdır. Çünki qaraciyərin tərkibindəki B9 vitamini və toyuqda olan sink bir-birinin udulmasına mane olur. Həm də yeməyin həzm prosesini çətinləşdirir.
5. Pizza və qazlı içki
"Daim həyəcan içərisində yaşayırıq, işdən və ya dərsdən qayıtdıqdan sonra şam yeməyi hazırlamaq çətin ola bilər. Ancaq bir şüşə qazlı içki ilə pizza ala bilərsiniz və necə deyərlər, şam yeməyi hazırdır. Lakin sizə belə yemək yeməməyi məsləhət görürəm. Məhsulların bu birləşməsi orqanizm üçün çox zərərlidir. Karbohidratların, zülalların və trans yağların birləşməsi orqanizmdən həzm üçün çox enerji tələb edir. Qazlı içki və şəkər mədənin fəaliyyətinə maneə törədir. Yeməkdən sonra yaranan şişkinlik və ağırlıq hissi bunun nəticəsidir.
Bundan əlavə, qazlı içki və pizza rafinə edilmiş karbohidratların çox olması nəticəsində toxluq hissini yatıraraq saxta aclıq hissini artırır. Odur ki, nə qədər çox pizza yesəniz də, bədən "acam" siqnalları verməyə davam edəcək.
Belə bir şam yeməyindən sonra qanda şəkərin səviyyəsi təhlükəli həddə çatır. Bu isə gərginlik yaradaraq yuxu sisteminə mane olur".
(publika.az)
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Vahimədən xilas olmağın üsulları
Günün ulduz falı
Yaz gəlinlik nümunələri
Avropa Birliyi İraqa 75 milyon dollar yardım edəcək
Hava isinir
Döşlərinizi təbii yollarla böyüdün-2
Bengü qızı ilə FOTO paylaşdı
Məşhur cütlük barışdıqdan sonra İLK DƏFƏ-FOTO
Erməni uşağını xilas edib, 38 düşməni öldürən komandir: “Qorxdum ki, uşağın altına bomba qoyublar” - VİDEO
Heyva çəyirdəyi maskası
Xəyanətkar ərlərin yoldaşları ilə qalmasının 6 səbəbi
Çağla Şikel xəstəxanalıq oldu
Günün ulduz falı
Ermənistan Qarabağdakı hərbi əməliyyatlarda itkilərinin sayını açıqladı - VİDEO
Yerdən 9 min metr yüksəkdə qəribə qala - Video
Ərdoğandan Dəniz Çakıra SƏRT SÖZLƏR
WhatsApp-a girişə qadağa qoyuldu
Uşağın böyüməsi və inkişafı
Tanınmış aparıcıya AĞIR İTKİ - İki övladını da...
Ana-atalığın verdiyi məsuliyyət hissi
Ərdoğandan Vaşinqtona xəbərdarlıq
Acun məşhur verilişi öz kanalına transfer edir
Məşhur cütlük ev aldı
"Taxt oyunları"nın ulduzu bal ayındadır-FOTO
İlan masajıyla rahatlanın
Türkiyədə neçə nəfər azərbaycanlı koronavirusa yoluxub?
Urmiya gölü niyə quruyur?
Sevgi münasibətlərində kişi qadından cavan ola bilərmi?
İkinci imtahanın VAXTI açıqlandı
UEFA "Qarabağ"ın haqqını verdi
Tamlı qatqılar
Bu kişilərə qoz –fındıq yemək olmaz!
Şahmatın balacalara faydası nədir?
190 manat ödənilən şəxslərin sayı azaldılıb? - RƏSMİ AÇIQLAMA
Berlində bizi reklam edəcəklər
Təyyarədə qadın sərnişinin qeyri-adi hərəkəti təəccübləndirdi - VİDEO
Dadlı tort (foto resept)
Can Yamanla Demet AYRILDI
Azərbaycanda bu "həzzi" qadağan edəcəklər?
Daha bir serial erkən bitdi
Bengü körpəsi ilə reklama çəkiləcək
Meyvələrin insan orqanizminə göstərdiyi təsir
Makiyajsız məşhurlar
Birinci xanım: Cəza alacaqlar
Diqqət! Şifrələrinizi dəyişdirin
Dünyanın ən gözəl qızı
Qarabağda ildırım sürətli müharibə
"Mən türkəm"
"Qızıl qlobus-2016" mükafatının ən yaxşı geyimləri
Pərdə seçərkən nələrə diqqət etməliyik?
- ŞƏRHLƏR