Ürək xəstəliyindən əziyyət çəkən və buna görə vəfat edən insanların orta yaş həddinin getdikcə aşağı düşməsi ürək xəstəliyinə diqqəti də artırıb. Müasir təbabətdə ürək xəstəliklərinin müalicəsi məsələsində irəliləyiş və inkişaf olsa da, mütəxəssislər bu xəstəliyə məruz qalmazdan əvvəl görülən tədbirləri dəqiqliklə yerinə yetirməyi tövsiyə edirlər. Mütəxəssislər ürəyin sağlam fəaliyyətini təmin edilməsində və xəstəliyin qarşısının alınmasında vacib olan bir qidanı tövsiyə edirlər. Bu qida balıqdır.
Balığın çox vacib bir qida olmasının səbəbi onun özündə həm insan bədəni üçün zəruri olan maddələri ehtiva etməsi, həm də bədəni müxtəlif xəstəlik risklərindən mümkün qədər uzaqlaşdıracaq xüsusiyyətə malik olmasıdır. Məsələn, məlum olub ki, balıq ətinin tərkibindəki omeqa3 turşusu bədənin sağlamlığı üçün sanki bir qalxan vəzifəsini yerinə yetirir. O da bəlli olub ki, davamlı olaraq balıq yedikdə ürək xəstəlikləri riski azalır və immunitet sistemi güclənir.
Allahın bizə böyük bir neməti olan balığın əti xüsusilə zülal, D vitamini və əksər elementlər (bədəndə çox az miqdarda mövcud olan, lakin bədən üçün çox vacib olan bəzi elementlər) baxımından mükəmməl qida mənbəyidir. Onun tərkibində olan fosfor, kükürd, vanadium kimi minerallar sayəsində böyümə və toxumaların yaxşılaşması təmin edilir. Balıq ətindəki bu maddələr sağlam diş ətinin və diş quruluşunun yaranmasına kömək edir, dərinin rəngini gözəlləşdirir, saçların daha sağlam olmasını təmin edir, bakterioloji infeksiyalarla mübarizəyə dəstək verir. Bundan əlavə, həmin maddələr qandakı xolesterol balansının tənzimləyici təsirləri ilə infarktın qarşısının alınmasında mühüm rol oynayırlar. Bu maddələr nişasta və piyin parçalanaraq onların orqanizm tərəfindən mənimsənilməsinə yardımçı olur, beləliklə, daha enerjili və daha güclü qalmağı təmin edirlər. Digər tərəfdən, balıq ətində olan maddələr zehni fəaliyyətin nizamlı olmasına müsbət təsir göstərir. Onun tərkibindəki D vitamini və başqa minerallar kifayət miqdarda qəbul edilmədikdə isə raxitlik, sümük boşluğu, diş əti xəstəlikləri, zob, hipertiroit kimi problemlər ortaya çıxa bilər.
Bunlardan əlavə, müasir tibbi biliklər balığın tərkibində omeqa3 yağ turşularının sağlamlıq baxımından çox əhəmiyyətli olduğunu sübut edib. Hətta bu yağlar zəruri yağ turşuları (EFA: essential fatty asit) kimi müəyyənləşdirilir.
Balıq yağındakı omeqa3 turşusunun faydası
Balıq yağında sağlamlığımız üçün xüsusilə çox əhəmiyyətli olan iki fərqli doymamış yağ turşusu növü var: EPA (eicosapentaenoic asit) və DHA (docosahexaenoic asit). EPA və DHA doymamış yağlar kimi tanınır və özündə vacib omeqa3 yağ turşularını ehtiva edir. İnsan bədəni omeqa3 və omeqa6 yağ turşularını yarada bilməz, yəni onlar kənardan qidalarla qəbul edilməlidir.
Balıq yağı özündə omeqa3 yağ turşularını ehtiva etdiyi üçün onun sağlamlığa faydası haqqında daha çox dəlil var. Omeqa3 bitki yağlarında olsa da, o, sağlamlığı qorumaqda daha az təsirə malikdir. Bunun əksinə olaraq, dəniz planktonları omeqa3 yağ turşusunun EPA və DHA-ya çevrilməsində çox böyük təsirə malikdir. Balıqlar bu planktonları yeyəndə EPA və DHA baxımından zənginləşirlər. Buna görə də balıq insan bədəni üçün çox əhəmiyyət kəsb edən bu yağ turşularının olması baxımından ən zəngin qidalardan hesab edilir.
R.Əkbərov
Ardı var
XƏBƏR LENTİ
Kəndlilər kəndi satın aldılar
İspanaqlı qayğanaq (foto resept)
Unutmamalıyıq...
Məşhur modelin FOTOları Diqqət Çəkdi
Fahriye Evcen Şərtlərini Açıqladı
Mehriban Əliyevadan Bilik Günü ilə bağlı paylaşım
Məhşurların uşaqlıq şəkilləri
Şəhzadə kababı (foto-resept)
Zəifləmiş saçlar üçün maska
Birinci sinfə gedəcək şagirdlərin sayı açıqlandı
İlham Əliyev: “Bərdə sakinlərinin qisası yerdə qalmayacaq”
“WhatsApp”da yenilik!
Şokoladlı konfet blinilər(foto resept)
Məşhur cütlüyün AYRILIQ xəbəri yayıldı-FOTO
Soyuq su içməyin zərərləri
Bakıda 254 məktəbdə məktəbəhazırlıq qrupları fəaliyyət göstərəcək
Heyvanlar atasına oxşayır, yoxsa anasına?
Uşaqlar texnologiyadan necə istifadə etməlidirlər?
Niyə qocalmaq istəmirik...
Hıçqırıqdan xilas olmağın yolları
Günün qoroskopu: Qətiyyətli olun!
Qadınlar niyə hərbçi kişiləri bəyənirlər?
Bakı rəsmən imtina etdi
Dünyanın ən gözəl yerləri (2)
Gülməli ev heyvanları
Qışda sağlam hamiləlik keçirmək üçün...
Yeni doğulan qızı ilə ilk fotosunu paylaşdı
Saç boyanızı bəyənmədiniz?
Dünyanın ən eybəcər kişisi
İstirahət gününün HAVAsı - XƏBƏRDARLIQ
Küncütdən konfet (foto resept)
O, SSRİ-də bu mükafata layiq görülən ilk qadın idi... - 7 FAKT
İzləməli olduğunuz möhtəşəm filmlər
Payız peyzajları
Afrikada bir gün
Kraliça yeni işçi axtarışına çıxdı-FOTO
Dünyanın ən qəddar və ən təhlükəli 12 qadını
Uçan fantastik kitablar
Yuliya Naçalova 38 yaşında vəfat etdi-FOTO
Hava limanında müsadirə olunan əşyalardan yolka düzəltdilər – VİDEO
Bilirsinizmi?
DİM abituriyentlərə müraciət etdi
Günün qoroskopu: Səhhətinizin qayğısına qalın!
Yeni doğulan qoca uşaq dünyanı heyrətləndirir
Ermənistanın hərbi rəhbərliyi eynəkli qadınları belə cəbhəyə göndərir - FOTOFAKT
Azərbaycan ordusu Bərdəni atəşə tutan “Smerç”i məhv etdi - VİDEO
Bakıda çox ucuz bazarlar açılıb
Hande Erçeli məhkəməyə verdilər-SƏBƏB
"Eurovision" da bir ilk
İlham Əliyev Antalyada
- ŞƏRHLƏR