Vacib namazlar
Vacib namazlar dörddür:
1-- Gündəlik namazlar;
2-- Ayət namazı;
3-- Meyit namazı;
4-- Allah Evinin vacibi təvaf namazı;
Gündəlik vacib namazlar
Bizə vacib olan gündəlik namazlar aşağıdakılardan ibarətdir:
1-- Sübh namazı...................................................... İki rükət;
2-- Zöhr namazı...................................................... Dörd rükət;
3-- Əsr namazı....................................................... Dörd rükət;
4-- Məgrib namazı.................................................. Üç rükət;
5-- İşa namazı....................................................... Dörd rükət.
Namazın vacibatı
Namazın vacibatı 11-dir. 1-- Niyyət, 2-- Qiyam (yəni ayaq üstə durmaq), 3-- Təkbirətul-ehram (yəni namazın əvvəlində "Allahu əkbər" demək), 4-- Rüku, 5-- Səcdə, 6-- Qiraət, 7-- Zikr, 8-- Təşəhhüd, 9-- Salam, 10-- Tərtib, 11-- Muvalat (yəni namazın hissələrini dalbadal, fasiləsiz demək).
Niyyət
İnsan namazı qürbət qəsdi ilə (yəni Allah-Taalanın əmrini yerinə yetirmək niyyəti ilə) qılmalıdır. İnsan namazın əvvəlindən axırına qədər öz niyyətində sabit qalmalıdır. İnsan özünü camaata göstərmək məqsədiylə namaz qılsa, namazı batildir.
Təkbirətul- Ehram
Hər namazın əvvəlində "Allahu əkbər" demək vacib və rükndur. Bu sözlər ərəb dilində səhih deyilməlidir. Deməli, bir kəs bunları ərəbcə səhv desə, yaxud tərcümələrini desə, səhih deyil.
Lal və ya dili xəstə olan bir kəs "Allahu əkbər"i düzgün deyə bilməsə, necə bacarırsa, elə də deməlidir. Əgər ümumiyyətlə deyə bilmirsə, qəlbindən keçirtməli, təkbir üçün işarə olaraq dilini (əgər bacarsa) tərpətməlidir.
Qiyam
Qiyam- yəni ayaq üstə durmaq. Namaz qılan təkbirətul-ehramı və qiraəti qiyam halında, bədənin aram olduğu halda yerinə yetirməlidir.
Qiraət
Gündəlik vacibi namazların birinci və ikinci rükətində əvvəlcə Həmd (yani Fatihə surəsi), sonra isə bir Surə (Qurandan bildiyiniz qısa surələrdən. Əxlas, Kevsər, Fələq, Nas və s.) bütöv oxunmalıdır.
Kişi üçün vacibdir ki, (qadın bir qədər səssiz) sübh, məğrib, işa namazının (əvvəldəki iki rükətində) Həmd (Fatihə) surəsini ucadan oxusun. Həmçinin kişi və qadının hər ikisinə vacibdir ki, zöhr və əsr namazının Həmd (Fatihə) surələrini astadan oxusun.
Rüku
Namaz qılan hər 2 rükətdə qiraətdən sonra o qədər əyilməlidir ki, əllərini dizinə qoya bilsin. Rükuya əyilmə rüku niyyəti ilə olmalıdır, başqa iş üçün (məsələn hər hansı həşəratı öldürmək üçün) əyilsə, onu rüku hesab etmək olmaz.
Rükuda üç dəfə , yaxud bir dəfə "subhanə Rəbbiyəl əzim" deyilir.
Səcdə
Namaz qılan şəxs vacib və müstəhəb namazların hər rükətində rükudan sonra iki səcdə etməlidir. Səcdə o əməldir ki, alın, iki əlin içi, iki dizin gözü və iki ayağın baş barmağının ucu yerə qoyulsun. Əgər səcdə qəsdən artırılıb azaldılsa, namazı batildir. Əgər alnı qəsdən və ya səhvən yerə qoymasa - hətta sair səcdə əzalarını yerə qoysa da səcdə etməmişdir.
Səcdədə üç dəfə və ya bir dəfə "subhanə Rəbbiyəl əla" deyilməlidir.
Təşəhhüd
Bütün vacibi namazların ikinci rükətində, (bundan əlavə) məğrib namazının üçüncü, zöhr, əsr və işa namazlarının dördüncü rükətində ikinci səcdədən sonra oturub bədənin aram olduğu halda təşəhhüd və təşəhhüddən sonrakı dua oxunmalıdır:
"Əttəhiyyatu lilləhi və-s-saləvatu və-t-tayibətu. Əs-sələmu aleykə əyyuhə-n-nəbiyu və rahmətullahi və bərakətuh, əs-səlamu aleynə və alə ibadilləhi-s-salihin, əşhədu ən lə iləhə illəllahu və əşhədu ənnə Muhəmmədən abduhu və rasuluh."
Dua "Əttəhiyyatu lilləhi və-s-saləvatu və-t-tayibətu. Əs-sələmu aleykə əyyuhə-n-nəbiyu və rahmətullahi və bərakətuh, əs-səlamu aleynə və alə ibadilləhi-s-salihin, əşhədu ən lə iləhə illəllahu və əşhədu ənnə Muhəmmədən abduhu və rasuluh."
Təşəhhüdün kəlmələri ərəbcə səhih, adi qaydada, bir-birinin ardınca deyilməlidir.
Salamlar
"Əssəlamu ələykum və rəhmətullahi və bərəkatuh"
Tərtib
Əgər insan namazın tərtibini qəsdən pozsa (məsələn, surəni Fatihədən qabaq oxusa, yaxud səcdəni rükudan qabaq etsə) namazı batildir.
Muvalat
İnsan namazı muvalat ilə oxumalıdır, yəni namazın hissələrini (rüku, səcdə, təşəhhüd kimi) bir-birinin ardınca, fasiləsiz yerinə yetirməlidir. Əgər bunların arasında müəyyən qədər fasilə salsa və "namaz qılır" deyilməsə - hətta əgər səhvən olsa da namazı batildir.
Səcdə etməyin səhih olduğu şeylər
Səcdə yerə, habelə yerdən göyərib yeyilməli olmayan şeylərə edilməlidir. Yeyilən və geyilən şeylərə səcdə etmək səhih deyildir. Qızıla, gümüşə, firuzəyə, əqiqə də səcdə etmək səhih deyildir.
Səcdə adi torpağa və ya səccadə xalçalarına edilməsi daha gözəldir. Allah-Taaladan başqası üçün səcdə etmək haramdır.
Növbəti dəfə namazın qılınması qaydasını şəkillərlə göstərməyə çalışacam. ALLAHA ƏMANƏT OLUN !
XƏBƏR LENTİ
240 metr hündürlükdə ip üzərində gəzdi - dünya rekordu qırdı
Hərbi ekspert: “Bütün Dağlıq Qarabağ Azərbaycana qaytarılır” - VİDEO
Putin sülhməramlıları Qarabağda məişət zəminində münaqişələrə imkan verməməyə çağırdı - VİDEO
Analar bu dəbi yaymağa başladılar
Göz ətrafına qulluq
Hadisənin 5 gözəllik sirri
Miomaya qarşı əlac
Koronavirusa görə "Semaşko"da iki nəfər saxlanılır
Çağla Şikel İlk Dəfə ETİRAF ETDİ
2020 Nyu-York moda həftəsi
Avropaya getmək artıq daha asan olacaq
Günün ulduz falı - 08.12.2013
Doğuş sonrası depressiya
Dünyanı böyük sürpriz gözləyir
Rusiya üçün bədbin proqnoz
Səlcuq Bayraktardan Şuşa təbriki: “Şükürlər olsun Rəbbimizə”
Günün qoroskopu: Ətrafınıza nəzər salın!
Facebook istifadəçiləri – ehtiyatlı olun
Adriana Lima artıq çəkisi ilə diqqət çəkib-FOTO
Bu qəzet səhvən nazir nömrəsini yayımladı
Xaçmazlı pedaqoq "Tərəqqi" medalına layiq görüldü
Bu günün tarixi (03.09.2014)
Bakıda "çolaq" işıqfor
Azərbaycanda elektrik enerjisinin qiymətinin artırılması məsələsinə aydınlıq gətirildi
Leysan qiymətlərə də təsir etdi
2014-cü ilin ev dizaynları
Bütün yaz dəbli görünməyiniz üçün nümunələr
Hava haqqında
Buraxılış imtahanında iştirak edəcək şagirdlərin NƏZƏRİNƏ
Dövlət qulluqçularına xoş xəbər
Şokoladlı konfet (foto resept)
Toydan sonra ilk işi bu oldu - FOTO
Kişi olmaq daha yaxşı imiş
Dünyanın ən uzun pilləkənlərı (2)
160 cütlük 02.02.2020-ci ildə nikaha girdi - İLK
Hər bir işdə bir xeyir varmış
İxtisas seçimi başladı
Dodaq yemə vərdişi
Azərbaycanda daha 29 nəfər koronavirusa yoluxdu, 1nəfər öldü
Sitrus meyvələrinin şahı
Abdullah Gül Bakıya gəlir
Bakının mərkəzində nəhəng park salınır
Yerə asteroid yaxınlaşır
Dərman qəbul edərkən diqqətli olun!
Üçgözlü ilan
Tənbəlliyə qarşı təsirli həb
Hazal Kayadan gözlənilməz addım
Azərbaycanda hava şəraiti yenidən dəyişəcək
Uşaq tərbiyəsində 7 vacib məqam
Hava haqqında
- ŞƏRHLƏR