Elmi nailiyyətlər bizi çox mühüm nəticəyə gətirir. Kainatın möhtəşəm böyüklüyü! Kainatın ölçüləri haqqında düşündüyümüzdə qarşımıza çox böyük rəqəmlər çıxır.
Yer planeti, bildiyimiz kimi Günəş Sisteminin bir parçasıdır. Bu sistem kainatdakı digər ulduzlara görə orta böyüklükdə olan Günəşin ətrafında dövr edən 8 planetdən və onların 54 peykindən meydana gəlir. Yer Kürəsi bu sistemdə Günəşə ən yaxın üçüncü planetdir.
Günəşin diametri Yerin diametrinin 103 misli qədərdir. Bunu bir bənzətməylə açıqlayaq. Əgər diametri 12.200 km olan Yer kürəsini üzüm dənəsi böyüklüyünə gətirsək, Günəş də futbol topunun iki misli böyüklüyündə olan kürə halına gələr. Amma daha maraqlı olan aradakı məsafədir. Həqiqətə uyğun model qurmaq üçün üzüm dənəsi böyüklüyündəki Dünya ilə top böyüklüyündəki Günəşin arasını təxminən 280 metr etmək lazımdır. Günəş Sisteminin lap xaricində olan planetləri isə kilometrlərlə uzağa aparmaq lazım olacaq.
Ancaq bu qədər nəhəng ölçüyə sahib Günəş Sistemi yerləşdiyi Südyolu Qalaktikasına nisbətdə olduqca kiçik ölçüdədir. Çünki Südyolu Qalaktikasında Günəş kimi və ondan daha böyük təxminən 250 milyard ulduz var. Bu ulduzlardan Günəşə ən yaxın olanı Alfa Sentavradır (Alpha Centauri). Əgər Alfa Sentavranın bayaqkı nisbətə, yəni Dünyanın üzüm dənəsi böyüklüyündə olduğu və Günəş ilə Dünyanın arasının 280 metr olduğu nisbətə yerləşdirsək, onu Günəşdən 78 min kilometr uzağa yerləşdirməyimiz lazımdır!
Modeli bir az da kiçildək. Dünyanı gözlə çətin görülən bir toz zərrəsi edək. Onda Günəş qoz böyüklüyündə olub Dünyaya üç metr məsafədə yerləşəcək. Bu halda Alfa Sentavra Günəşdən 640 km (bəli, kilometr) uzaqda olmalıdır.
Südyolu Qalaktikası aralarında bu cür nəhəng məsafələr olan 250 milyard ulduzu saxlayır. Spiral şəklindəki bu qalaktikanın qollarının birində bizim Günəşimiz yerləşir.
Ancaq maraqlıdır ki, Südyolu Qalaktikası da kosmosa nisbətən çox “kiçik” yer tutur. Çünki kosmosda təxminən 300 milyarda qədər başqa qalaktikalar da var. Bu qalaktikaların arasındakı boşluqlar isə Günəş ilə Alfa Sentavra arasındakı boşluğun milyonlarla misli qədərdir.
Corc Qrinşteyn (George Greenstein), bu heyrətamiz böyüklüklə bağlı The Symbiotic Universe (Simbiyotik Kainat) adlı kitabında belə yazır: “Əgər ulduzlar bir-birlərinə bir az daha yaxın olsaydılar, astrofizika çox da fərqli olmazdı. Ulduzlarda, nebulalarda və digər göy cisimlərində davam edən təməl fiziki proseslərdə heç bir dəyişiklik olmazdı. Uzaq məsafədən baxdıqda qalaktikamızın görünüşü də indikiylə eyni olardı. Yeganə fərq, gecə çəmənlər üzərinə uzanıb izlədiyim səmada çox sayıda ulduz görünərdi. Amma üzr istəyirəm, bəli; bir fərq daha olardı: Bu mənzərəni seyr edən “mən” olmazdım… Kosmosdakı bu nəhəng boşluq, bizim var olmağımızın vacib şərtidir.” (The Symbiotic Universe. s. 21)
Qrinşteyn bunun səbəbini də açıqlayır; kosmosdakı böyük boşluqlar, bəzi fiziki dəyişənlərin insan həyatına ən uyğun şəkildə formalaşmasını təmin edir. Eyni zamanda Dünyanın kosmos boşluğunda hərəkət edən nəhəng göy cisimləriylə toqquşmasına maneə olan faktor da, kainatdakı göy cisimlərinin arasında bu cür böyük boşluqların olmasıdır. Kainatın böyüklüyü və möhtəşəm nizamı təsadüfən meydana gəlməyəcək qədər mürəkkəbdir. Bütün bunlar yaradılış həqiqətini göstərir.
Kazımov İzhar
XƏBƏR LENTİ
240 metr hündürlükdə ip üzərində gəzdi - dünya rekordu qırdı
Hərbi ekspert: “Bütün Dağlıq Qarabağ Azərbaycana qaytarılır” - VİDEO
Putin sülhməramlıları Qarabağda məişət zəminində münaqişələrə imkan verməməyə çağırdı - VİDEO
Analar bu dəbi yaymağa başladılar
Göz ətrafına qulluq
Hadisənin 5 gözəllik sirri
Miomaya qarşı əlac
Koronavirusa görə "Semaşko"da iki nəfər saxlanılır
Çağla Şikel İlk Dəfə ETİRAF ETDİ
2020 Nyu-York moda həftəsi
Avropaya getmək artıq daha asan olacaq
Günün ulduz falı - 08.12.2013
Doğuş sonrası depressiya
Dünyanı böyük sürpriz gözləyir
Rusiya üçün bədbin proqnoz
Səlcuq Bayraktardan Şuşa təbriki: “Şükürlər olsun Rəbbimizə”
Günün qoroskopu: Ətrafınıza nəzər salın!
Facebook istifadəçiləri – ehtiyatlı olun
Adriana Lima artıq çəkisi ilə diqqət çəkib-FOTO
Bu qəzet səhvən nazir nömrəsini yayımladı
Xaçmazlı pedaqoq "Tərəqqi" medalına layiq görüldü
Bu günün tarixi (03.09.2014)
Bakıda "çolaq" işıqfor
Azərbaycanda elektrik enerjisinin qiymətinin artırılması məsələsinə aydınlıq gətirildi
Leysan qiymətlərə də təsir etdi
2014-cü ilin ev dizaynları
Bütün yaz dəbli görünməyiniz üçün nümunələr
Hava haqqında
Buraxılış imtahanında iştirak edəcək şagirdlərin NƏZƏRİNƏ
Dövlət qulluqçularına xoş xəbər
Şokoladlı konfet (foto resept)
Toydan sonra ilk işi bu oldu - FOTO
Kişi olmaq daha yaxşı imiş
Dünyanın ən uzun pilləkənlərı (2)
160 cütlük 02.02.2020-ci ildə nikaha girdi - İLK
Hər bir işdə bir xeyir varmış
İxtisas seçimi başladı
Dodaq yemə vərdişi
Azərbaycanda daha 29 nəfər koronavirusa yoluxdu, 1nəfər öldü
Sitrus meyvələrinin şahı
Abdullah Gül Bakıya gəlir
Bakının mərkəzində nəhəng park salınır
Yerə asteroid yaxınlaşır
Dərman qəbul edərkən diqqətli olun!
Üçgözlü ilan
Tənbəlliyə qarşı təsirli həb
Hazal Kayadan gözlənilməz addım
Azərbaycanda hava şəraiti yenidən dəyişəcək
Uşaq tərbiyəsində 7 vacib məqam
Hava haqqında
- ŞƏRHLƏR