Yer və Günəş sisteminin digər planetlərinin yaranması haqda bir çox fərziyyələr mövcuddur. İlk geniş yayılmış kosmoqonik fərziyyələr XVIII əsrdə yaşamış İ.Kant və P.Laplasa mənsubdur. Onlar Günəş sisteminin qızmar qaz və toz dumanlıqlarından yaranmasını güman edirdilər. XX əsrdə O.Şmidt və onun tərəfdarlarının yeni elmi dəlillər əsasında irəli sürülmüş kosmoqonik fərziyyəsi daha geniş yayılmışdır. Bu fərziyyəyə görə Yer və Günəş sisteminə daxil olan digər planetlərin diskə oxşar formaya malik olan və yavaş fırlanan soyuq qaz, toz dumanlığından yaranması güman edilir və göstərilir ki, Yer və digər planetlər sıxılma nəticəsində yaranmışdır.
Yerdə tədricən sıxlaşan hissəciklər təbəqələşməyə məruz qalmışdır (fırlanma nəticəsində daha ağır maddələr Yerin mərkəsinə, nisbətən yüngül maddələr isə səthə doğru hərəkət etmişdir). Nüvədə təzyiq yüksəlmiş, radioaktiv elementlərin zəncirvari parçalanma reaksiyası temperaturun daha da artmasına, maddələrin əriməsinə səbəb olmuşdur. Səthdə bərk təbəqə formalaşdığı üçün ərimiş nüvə maddələri kütləvi olaraq səthə çıxmışdır. Yerin inkişafının kütləvi lava püskürmələri ilə səciyyələnən bu mərhələsini "Ay erası" adlandırırlar.
Bu ərimiş maddələrin tədricən soyuması nəticəsində ilkin bərk yer qabığı - bazaltdan ibarət okean qabığı yaranmışdır.
Yerin bir planet kimi yaranmasından keçən müddət planetar yaş adlanır. Yerin planetar yaşı ən azı 6 milyard ildir.
İlk yer qabığının yaranmasından keçən müddət təqribən 4,5-5 milyard ildir və bu müddət Yerin geoloji yaşı (geoloji inkişaf mərhələsi) adlanır. Yerin geoloji inkişafının sonrakı mərhələsində kütləvi lava püskürmələri bir qədər zəifləmişdir (ilk bərk yer qabığı buna imkan verməmişdir). Lakin daha böyük enerjiyə malik olan maqmatik ocaqlar üzərində maqma bazalt qatını deşərək səthə çıxmış və ya müəyyən dərinlikdə soyuyub bərkiyərək qranit qatın yaranması ilə nəticələnmişdir. Beləliklə, 3,5-4 milyard il bundan əvvəl ilk materik qabığı yaranmağa başlamış və Yer qabığının nisbətən sabit sahələri - platformalar əmələ gəlmişdir.
Geoxronoloji cədvəl: Yerin geoloji inkişafını süxurların əmələgəlmə şəraitini və ardıcıllığını tədqiq etməklə öyrənmək mümkündür. Süxurların nisbi yaşı onların yatım ardıcıllığına görə və onlarda daşlaşmış canlı qalıqlarına əsasən təyin olunur (daha aşağıda qədim, onun üzərin nisbətən cavan süxurlar yerləşir). Lakin Yerin geoloji inkişafı xüsusiyyətlərini daha dəqiq öyrənmək üçün süxurların mütləq yaşlarını bilmək vacibdir.
Süxurların tərkibində olan radioaktiv maddələrin (uran, radium) parçalanma dövrünə görə onların mütləq yaşı təyin olunur (uranın parçalanması nəticəsində 74 mln il ərzində 100 q urandan 1 q qurğuşun alınır). Yerin geoloji inkişafında canlıların formalaşması ilə bağlı ən böyük mərhələlər - eonlar (yunanca "əsr") ayrılır. Geoloji inkişafın ilk 4-4,5 mlrd illik dövrü kriptozoy ("gizli həyat") adlanır. Yerdə ilk canlıların yaranması tarixi 3,5 mlrd il qəbul edilsə də, ilk canlılar onurğasız olduğu üçün süxurlarda onların qalıqları daşlaşa bilməzdi. Odur ki, bu mərhələyə aid süxurlarda canlı qalıqları tapılmamışdır. Geoloji inkişafın son mərhələsi (təqribən 580 mln il) fanerozoy ("aşkar həyat") adlanır. Eonlar eralara, onlar da dövrlərə bölünür.
Kriptozoy Arxey (ən qədim) və Proterozoy (lap əvvəlki həyat) eralarına bölünür. Bu eralarda dövr bölgüsü yoxdur. Həmin müddətdə baş verən qırışıqlıq və dağəmələgəlmə mərhələsi Baykal qırışıqlığı adlanır. Fanerozoy Paleozoy (qədim həyat; Kembri, Ordovik-Baykal qırışıqlığı; Silur, Devon-Kaledon qırışıqlığı; Karbon, Perm-Hertsin qırışıqlığı), Mezozoy ("orta həyat"; Trias, Yura, Təbaşir-Mezozoy (Kimmeri) qırışıqlığı) və Kaynozoy ("yeni həyat"; Paleogen, Neogen, Antropogen- IV dövr-Alp qırışıqlığı) eralarına bölünür.
Vegener nəzəriyyəsinə görə ilk yaranan materik - Pangeya və ilk okean - Pantalas olmuşdur. Litosferdəki tektonik hərəkətlər nəticəsində Pangeya parçalanaraq Hondvana və Lavrasiyanı yaratmışdır. Onların arasında yaranan və Mezozoy erasında tədricən qapanan Tetis okeanı yerləşirdi. Geoloji inkişafın sonrakı mərhələsində Hondvananın parçalanmasından cənub materikləri (Afrika, Cənubi Amerika, Avstraliya, Antarktida), Lavrasiyanın parçalanmasından şimal materikləri (Avrasiya, Şimaki Amerika) yaranmışdır. Hondvanadan ayrılan Hindistan və Ərəbistan tavaları isə şimala doğru hərəkət edərək Avrasiyaya bitişmişlər. Pantalasın yerində Sakit okean və Şimal Buzlu okeanı yaranmışdır. Bu okeanlar daha qədim okeanlar sayılır. Hazırda litosfer tavalarının hərəkəti Sakit və Şimal Buzlu okeanlarının və Aralıq dənizinin sahəsinin kiçilməsinə səbəb olur. Hondvana və Lavrasiyanın parçalanması nəticəsində yaranan yeni quru sahələrin (materiklərin) arasında formalaşan okeanlar - Atlantik və Hind - cavan okeanlar sayılır və hazırda onların sahəsi genişlənir.
XƏBƏR LENTİ
Məkkədə gözlənilməz hadisə
HAVA necə olacaq?-XƏBRDARLIQ
Bensu Sorelin Ayrılıq xəbərləri yayıldı-FOTO
Azərbaycan post-sovet ölkələri arasında 6-cı oldu
“Qanlı Yanvar” Şəhidlər Xiyabanında
Koronavirusa görə pulsuz izləyəcəklər
Məşhur aktrisa vəfat etdi
Ana-bala olduqlarına heç kim inanmır - FOTO
Devid Bekhem İlk Dəfə Bunları Açıqladı-FOTO
Ciyər qutabı (foto resept)
Mətbəx üçün künc dəstləri modelləri
Uşaqları sərbəst necə tərbiyə etmək olar?
Kim deyir ki, qadın zəif məxluqdur?
İmmunitet sistemini zəiflədən hallar
Gənc anaların 10 qorxusu
Bollivud aktyorları (2)
Ünvanına yetişməyəcək məktub
Təbiətin gözəlliyini əks etdirən şəkillər
Dima Bilan əməliyyat olunacaq
Xərçəng xəstəliyinin əlamətləri
Dəbdən düşmüş ev dekorasiyası
Oskar qazanmasa da, çoxunun sevimlisinə çevrilən filmlər
Fransız dizaynerdən qəribə donlar
Günün qoroskopu: təkbaşına, müstəqil şəkildə çalışın
40 yaşından sonra dəblə necə ayaqlaşmalı?
Xələf Xələfov: "Azərbaycanla Türkmənistan arasında Xəzər dənizində mübahisəli yatağın olması məsələsindən danışmaq yersizdir"
Nazirlik hərəkətə keçdi
Sabah dərs olmayacaq?
Koronavirusla bağlı SON STATİSTİKA
Tarkanın qızı ilə ilk paylaşımı-FOTO
Avropa ölkələri Qafqaza yalnız neft anbarı kimi baxmamalıdır
Gimnastımız İtaliyada uğurla çıxış edib
Bədənini divar örtüyünə bənzətdi
Roman əsasında çəkilmiş ən yaxşı filmlər (2)
Kirayə mənzillərə müraciət başladı
Telekanal qazisini böyük coşqu ilə qarşıladı - VİDEO
Şokoladlı, kokoslu tort (foto resept)
Eser Yenenler yeni pəhrizə başladı
78 yaşlı azərbaycanlı "morj"
Balqabağın sehrli gücü
Saytımızın ƏN-ləri IV HİSSƏ
Ev bitkilərinə necə qulluq etmək lazımdır? (III hissə)
Cazibədarlığın xəritəsi
Ohanyan: "Azərbaycan ordusunu diqqətlə izləyirik"
Nuriyyə Əhmədovanın vəziyyəti yaxşı deyil
8 martda pul yığan müəllimlər cəzalanacaq
Hərəkət et, yaşa!
Evdə arıqlama üsulları
Ana südü və oksitosin hormonu
Azərbaycanda tutulan nəhəng balıq Türkiyədə satışa çıxarıldı
- ŞƏRHLƏR