Söz birləşmələri əsas tərəfinin ifadə vasitəsinə görə iki yerə bölünür: ismi və feli birləşmələr
İsmi birləşmələr
Əsas tərəfi adlarla (adlar dedikdə isim, sifət, say, əvəzlik və bəzi zərflər nəzərdə tutulur) ifadə olunan birləşmələrə ismi birləşmələr deyilir. Məsələn: yeməli meyvə, insanın yaxşısı, kitabların üçü, uşaqların hamısı və s.
İsmi birləşmələrin asılı tərəfləri əsas tərəf izah etdiyi üçün belə birləşmələrə təyini söz birləşmələri deyilir.
Təyini söz birləşmələrinin forma və məna xüsusiyyətlərinə görə fərqlənən üç növü var:
Birinci növ təyini söz birləşməsi (1T0+2T0)
İkinci növ təyini söz birlləşməsi (1T0+2Tm)
Üçüncü növ təyini söz birləşməsi (1Ty+2Tm)
Birinci növ təyini söz birləşməsi (1T0+2T0)
Yaranması üçün xüsusi bir şəkilçi tələb etməyən birləşmələrə birinci növ təyini söz birləşmələri deyilir: şirin alma, polad bilək və s.
Birinci növ təyini söz birləşmələrinin birinci (asılı) tərəfi isim, sifət, say, əvəzlik, feli sifətlə ifadə oluna bilər: taxta pilləkən, yalançı usta, xeyli usta, belə iş, yatmış vulkan və s.
Birinci növ təyini söz birləşmələrinin tərəfləri cümlə təhlili zamanı, adətən, ayrı götürülür. Birinci tərəf təyin, ikinci tərəf müxtəlif cümlə üzvü olur. İstisna: yeni il, orta əsrlər, bu saat, qədim dövr, yarım saat, Ana Vətən tipli birləşmələr birlikdə bir cümlə üzvü olur.
Birinci növ təyini söz birləşmələrinin asılı tərəfi həmişə təyin olduğu halda (ayrıla bilənlər nəzərdə tutulur), əsas tərəf cümlədə mübtəda, xəbər, tamamlıq, zərflik ola bilər.
Birinci növ təyini söz birləşmələrinin asılı tərəfi məsdər, feli bağlama və təsriflənən fellərlə ifadə oluna bilmir.
Birinci növ təyini söz birləşmələrinin tərəfləri arasına söz girə bilmir. İstisna: hallarda “bir” ədatı girə bilər: gözəl bir qız, maraqlı bir həyat və s.
Birinci növ təyini söz birləşmələri quruluşca sadə və mürəkkəb olur: Sadə-nəhəng daş, mürəkkəb- dərs oxuyan uşaq və s.
Birinci növ təyini söz birləşmələri mürəkkəb söz ola bilər: ölkələrarası müqavilə, uzaqgörən ağsaqqallar və s.
İkinci növ təyini söz birlləşməsi (1T0+2Tm)
Birinci tərəfi qeyri-müəyyənlik bildirən yiyəlik halda, ikinci tərəfi III şəxsin mənsubiyyət şəkilçisi ilə (-ı, -i, -u, -ü şəkilçiləri) yaranan söz birləşmələrinə ikinci növ təyini söz birləşmələri deyilir: Qadın.Net portalı, Tanrı sevgisi və s.
İkinci növ təyini söz birləşmələri quruluşca sadə və mürəkkəb olur: sadə-Qız qalası, mürəkkəb-Xalqlar dostluğu metrosu və s.
Bu cür birləşmələrdə tərəflər, əsasən, isimlərlə ifadə olunur. İstisna: gözəllər gözəli, birincilər birincisi, üz qarası.
İkinci növ təyini söz birləşmələrinin tərəfləri arasına söz girə bilmir, tərəfləri istisnasız olaraq birlikdə bir cümlə üzvü olur, tərəflərinin biri cəmləndikdə ikincisi təkdə olur: qocalar evi, Qızlar bulağı və s. İstisna: həmkarlar ittifaqları, atalar sözləri, Elmlər namizədləri və s.
İkinci növ təyini söz birləşmələrinin əksəriyyətinin asılı tərəfini müəyyənlik bildirən yiyəlik hala çevirmək olar: məktəb bağı-məktəbin bağı. Lakin bəzi ikinci növ söz birləşmələrinin asılı tərəfi müəyyənliyə çevrilə bilmir: Nəsimi rayonu, istirahət günü, Novruz bayramı.
Üçüncü növ təyini söz birləşməsi (1Ty+2Tm)
Birinci tərəfi yiyəlik hal, ikinci tərəfi mənsubiyyət şəkilçili söz birləşmələrinə üçüncü növ təyini söz birləşmələri deyilir.
Üçüncü növ təyini söz birləşmələrinin tərəfləri arasına nə qədər söz girsə də, birlikdə bir cümlə üzvü kimi götürülür. Məsələn: Mənim mehriban anam gəldi. Cümlədə “mənim mehriban anam” birləşməsi cümlənin mübtədasıdır.
İstisna: Üçüncü növ təyini söz birləşmələrinin asılı tərəfi I və II şəxsin cəminin əvəzlikləri ilə ifadə olunduqda əsas tərəfin mənsubiyyət şəkilçisi düşə bilir (bizim sinif-imiz). Bu zaman birinci tərəf yanaşma əlaqəsi ilə əsas tərəflə əlaqəyə girərək təyin olur: sizin (hansı) dağlar və s.
Üçüncü növ təyini söz birləşmələrinin tərəfləri arasına istənilən qədər söz girə bilər.
Üçüncü növ təyini söz birləşmələri quruluşca sadə (mənim kitabım) və mürəkkəb (mənim gözəl kitabım) olur. Onların tərəfləri eyni zamanda cəmlənə bilir və əsas tərəfi bütün şəxslərin mənsubiyyət şəkilçisini qəbul edə bilir.
İkinci növ təyini söz birləşmələri ilə üçüncü növ təyini söz birləşmələri arasında bir sıra fərqli cəhətlər var:
- II növ təyini söz birləşmələrinin əsas tərəfi yalnız üçüncü şəxsin təkinin mənsubiyyət şəkilçisini qəbul etdiyi halda III növ təyini söz birləşmələrinin əsas tərəfi bütün şəxslərin mənsubiyyət şəkilçisini qəbul edə bilir.
- II növdən fərqli olaraq III növdə hər iki tərəf eyni zamanda cəmlənə bilir.
- II növdən fərqli olaraq III növdə tərəflər (istisna olsa da) ayrılıqda təhlil oluna bilir.
- II növdən fərqli olaraq III növdə tərəflər arasına istənilən qədər söz girə bilir.
Qeyri-təyini ismi birləşmələr
Bəzi ismi birləşmələr də var ki, onlarda asılı tərəf əsas tərəfi izah etmir. Ona görə də bu cür birləşmələrə qeyri-təyini ismi birləşmələr deyilir. Qeyri-təyini ismi birləşmələrdə asılı tərəf adlıq, yönlük, yerlik və çıxışlıq hallarda olur: dağlardan uca, anaya məhəbbət, beşdə dörd, gözlərdə qığılcım, qızlardan biri, gözü yaşlı, əlində qələm, döşündə orden və s.
Bəzi birləşmələrdə isə birinci tərəf III şəxs mənsubiyyət şəkilçili söz, ikinci tərəf sifət olur: əlləri qanlı, gözləri yaşlı və s.
Qeyri-təyini ismi birləşmələrin tərəfləri birlikdə bir cümlə üzvü olur: Qocaya hörmət (nə?-mübtəda) sizin borcunuzdur.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
"Lirikada fizika və dünyəvilik" (1)
Hadisədən Qalmaqallı FOTO
8103 SMS icazə sisteminin qüvvədə olma müddəti uzadıldı - RƏSMİ
İlin astroloji təhlili – 2020-ci ilə hazır olun!
Eyni vaxtda 4 böyük universitetə qəbul oldu - Azərbaycanda İLK
Gün şüalarından özünüzü qoruyun
Britaniyada istiyədavamlı şokolad icad edilib
3 şahmatçımız medalla dönür
Hamiləlik dövrləri (11-19 həftələr)
Düşməni məhv etdi, yaralı yoldaşlarını ərazidən çıxardı, doğum günündə şəhid oldu
44 ildən sonra ata ola biləcək - Nadir hadisə
Rəqibimiz "Barselona" oldu
Özünü ifadə etmək və dinləmək
Yeni qatarlar keçdiyi yerlərdən "od salacaq"
Bakıda güclü partlayış
Ağıllı şəhərlər trilyonlar qazandıra bilər
Ermənilər Tərtər və Ağdamı atəşə tutur - RƏSMİ
Pensiyaçılara ŞAD XƏBƏR
Kişilər evləndikdə niyə kökəlir?
190 manat ailədən bir neçə nəfərə verilə bilər - Rəsmi
Windows-da boşluqlar sürətlə artır
Ermənistan çıxılmaz vəziyyətdə: Ordumuza qarşı indi də qız uşaqlarını silahlandırır
"Çarpışma"nın aktrisasını ölümlə hədələdi
Azərbaycanın mobil rabitə operatoru MNP xidmətinin tətbiqi hesabına abonent bazasının artmasını gözləyir
Ən isti ili yola salırıq
Bijuteriyalar
Cəlil Cavanşir kampaniya başlatdı!
"Nokia" yeni 3310 modelini təqdim etdi
HAVA necə olacaq?
3 saat maşın sürdü 48 min dollarlıq cərimələndi-FOTO
Xankəndi tamamilə boşaldılıb – FOTO
Prezident Şəkinin "Marxal"ında
Qoltuqaltındakı qaraltını necə aradan qaldırmalı?
Şəhzadə ilə evlən Meghanın bahalı gəlinliyi
Etna oyandı
Cəfərinin faydaları
Türkiyə idmançısı Bakıda çempion oldu
Prezident İlham Əliyev şəhidlərin əziz xatirəsini yad edib
Repetitor yanına gedənlərə xəbərdarlıq -VİDEO
"İqtisadi imkanların genişlənməsi güclü sosial siyasətlə tamamlanır"
"Zəhərlənmə mövsümü" gəlir
"Çingiz mənim kumirimdir"
Badamla gözəlləşin
Simgeni Yıldız Tilbeyə bənzətdilər
Qış ayaqqabısını necə seçməli?
Övladı I sinfə gedəcək valideynlər üçün VACİB MƏLUMATLAR
Xarço-Gürcü mətbəxi (foto resept)
Dünyanın ən sağlam 10 qidası
Qeydiyyatda olmayanların DİQQƏTİNƏ
Türkiyə Prezidenti Azərbaycana səfərə gəlib
- ŞƏRHLƏR