Modal sözlər
Modal sözlər danışanın ifadə etdiyi fikrə münasibət bildirən köməkçi nitq hissəsidir. Modal sözlərin mənaca növləri aşağıdakılardır:
Təsdiq (yəqinlik) bildirənlər: əlbəttə, şəksiz, şübhəsiz (ki), doğrusu, doğrudur, doğrudan da, həqiqətən, düzü, sözsüz, və s. Məs: Əlbəttə ki, göz ürəyin aynasıdır. Doğrudan da, insan nə xoşbəxtdir. Şübhəsiz, əmək insan xarakterini müəyyən edə bilər.
Güman və şübhə bildirənlər: bəlkə (də), güman (ki), ehtimal (ki), yəqin (ki), deyəsən, görünür, olsun ki, olmaya və s. Məs: Olmaya, sən bizsiz getmək fikrindəsən? Güman ki, məsələ xeyli uzanacaq. Deyəsən, mən onu inandırdım.
Nəticə (ümumiləşdirmə) bildirənlər: axır ki, deməli, ümumiyyətlə, beləliklə, xülasə, nəhayət, bir sözlə, tutaq ki, demək, yaxşı, müxtəsər və s. Məs: Yaxşı, indi biz hara gedirik? Demək, sən burada idin. Bir sözlə, hər şey həll olundu.
Sıra və ardıcıllıq bildirənlər: əvvəla, birincisi, ikincisi və s. Məs: Birincisi, mən özüm istəmirdim, ikincisi, bunun sənə aidiyyatı yoxdur.
Fikrin mənbəyini bildirənlər: məncə, səncə, fikrimizcə, zənnimcə, mənə görə və s. Məs: Qiymətli əsərlərin itkin düşməsi, məncə, sizin kimi böyük rəssamı daha çox maraqlandırmalıdır. Zənnimcə, getmək zamanı gəldi.
Təəssüf bildirənlər: təəssüf ki, heyif ki, əfsus ki və s. Məs: Heyif ki, biz onu vaxtında tanıya bilmədik. Təəssüf ki, sən Şuşanı görməyibsən.
Bənzətmə (və müqayisə) bildirənlər: sanki, elə bil, elə bil ki və s. Məs: Sanki onun üstünə bir qazan isti su tökdülər.
Modal sözlərin quruluşu
Modal sözlər quruluşca sadə və tərkibi olur.
Sadə modal sözlər bir sözdən ibarət olur: bəlkə, deyəsən, xülasə, yaxşı və s.
Tərkibi (mürəkkəb) modal sözlər ayrı yazılır: əlbəttə ki, ehtimal ki, yəqin ki və s.
Modal sözlərdə durğu işarəsi
Modal sözlər cümlənin əvvəlində, ortasında və sonunda gələ bilər. Cümlənin əvvəlində gəldikdə modal sözlərdən sonra, ortada işlənəndə hər iki tərəfdən, sonda gələndə ondan əvvəl vergül qoyulur, sonda işlənərkən cümlənin intonasiyasından asılı olaraq nöqtə, sual, nida işarəsi qoyula bilər. Məs: Tutaq ki, sən kitabı almamısan... Əgər dərviş olmasa idi, şəksiz, Müsyö Jordan Şahbazı aparacaqdı. Elin malına xor baxanlar məğlub olacaqlar, əlbəttə.
Qeyd: Sanki, guya, elə bil modal sözlərində bütün vəziyyətlərdə vergül qoyulmur.
Modal sözlər digər nitq hissələri kimi omonimlik yaradır.
Düzü: Düzü, (modal söz) onu unuda bilmirəm. Düzü (sifət) yalanla qarışdırma.
Yaxşı: Yaxşı, (modal söz) tez gedək. Yaxşı (zərf) danış, qulaq asaq. Yaxşı (sifət) söz üz ağardar.
Demək: Demək, (modal söz) bir az gecikmişəm. Bunu vaxtında demək (fel) lazım idi.
Təəssüf: Təəssüf, (modal söz) işi yekunlaşdıra bilmədik. Təəssüf (isim) ikinci məğlubiyyətdir.
Sözsüz: Sözsüz (sifət) nəğmədir Əli Kərimin şeirləri. Əvvəllər, sözsüz, (modal söz) cavan idim.
Olmaya: Olmaya, (modal söz) sən təzə işə girmisən? Bu işdə Orxanın əli olmaya (fel)?
Nida
Nida danışanın hiss və həyəcanını ifadə edən köməkçi nitq hissəsinə deyilir. Nidalar insanın müxtəlif hisslərinin, hadisələrə emosional münasibətinin ifadəsidir. Nidaların müxtəlif məna növləri var:
Sevinc, heyranlıq bildirənlər: bəh-bəh, of, ura, paho, oxqay, ay can-ay can və s. Məs: Paho! Ay Salam, xoş gördük.
Kədər, narahatlıq, qorxu bildirənlər: ay aman, ah, ox, vay-vay, uf, ay, dad vəs. Məs: Vay-vay, bu nə işdi başıma gəldi? Ah, əfsus, keçdi o gözəl günlər.
Çağırış bildirənlər: ey, ay, ya, hey, a, ehey. Məs: A bala, bir bura gəl. Ehey, atlılar, xan evinə gedərsiz...
Nifrət, istehza bildirənlər: tfu, xa-xa-xa, xux, xox və s. Məs: Xox, qorxdum səndən. Xa-xa-xa, get ay batandan sonra gəl, nə qəribə iş oldu.
Qəm, kər bildirənlər: of, ah, ox, eh və s. Məs: Ah, keçdi artıq o günlər. Of, əllərin qurusun, cəllad.
Nidaların orfoqrafiyası
Bütün nidalar sözdən ayrı yazılır. Nidalar cümlənin əvvəlində gəldikdə ondan sonra, ortada gəldikdə hər iki tərəfdən, axırda gəldikdə ondan əvvəl vergül qoyulur. Məs: Ax, bu uşaqlar necə bədzatdılar! Qorxdum, ay aman, yarıldı bağrım. Gör hava necə təmizdir, bəh, bəh!
Qeyd: Çağırış nidaları olan ay, a, ya tək işlənmir, onlardan sonra xitab gəlir və vergül xitabdan sonra qoyulur. Məs: Ay uşaq, bura gəl. A kişi, bu nə işdi edirsən?
Ey nidası həm xitabla, həm də tək işlənir. Tək işlənəndə ondan sonra vergül qoyulur. Məs: Ey, mənə kömək edin.
Nidaların omonimliyi
Nidalar da bəzən omonimlik (qrammatik) yaradır.
Ah: Ahın (isim) dağlara, bala! Ah, (nida) necə kef çəkməli əyyam idi...
Hey: Dizimdə hey (isim) qalmadı. Hey, (nida) balaca, bura gəl! Hey (zərf) bizə hələrdi.
Ox: Ox (isim) ataq, yarışaq. Ox, (nida) yandı ürəyim!
Vay: Kəndimizə vay (isim) düşdü. Vay, (nida) sən nə dedin ona?!
Ay: Ay (isim) bu günlükdür. Ay ana, (nida) mən səni sevirəm!
Ax: Araz axar (fel) lil ilə. Ax, (nida) bir görəydim o günü.
Uy: Başqalarına uyub (fel) ailənə qarşı çıxma! Uy, (nida) barmağım az qalmışdı qırılsın!
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Dünyanın ən bahalı şokoladı
Harri şahzadəlik titulindan niyə imtina etdi?-AÇIQLAMA
Həmyerlilərimiz milyarder siyahıya düşdülər - REYTİNQ
Gicitkənin saçlara faydası
Ən rahat ev geyimləri
Batareya çirkab suları ilə işləyəcək
Azərbaycan hərbçiləri Şuşada Xan çinarları əkdi - VİDEO
Polis xəbərdarlıq etdi
Yeni klipində gözəgörünməz oldu
Bu gün Ümumdünya Poçt Günüdür
Kəndli qadın 16 il sonra saçına qayçı vurdu - FOTO
Azərbaycanda institut rəhbəri vəzifəsindən azad edildi
Bu rayonlar karantinə alındı
HAVA necə olacaq?-10 FEVRAL
Günün ulduz falı
Kəlbəcər rayonunun işğalından 25 il ötür!
Buxarda toyuq ruleti (foto resept)
Builki abituriyentlərə ŞAD XƏBƏR
Maska mədəniyyəti: Onlarda və bizdə - VİDEO
Günəşdə dəhşətli partlayış gözlənilir
Göz yaşı
O bir ilə 620 milyon qazandı
Necə qonşusunuz? (test)
Ardanın xanımı İlk dəfə AÇIQLAMA verdi
Maradonanın son sözləri məlum oldu
Uşaqlara Yeni il hədiyyəsi seçərkən diqqətli olun
Millimiz bu gün “Şaxtyor”la qarşılaşacaq
Leyla Əliyeva Şirvanşahlar Sarayında - FOTO
Tibbi spirt və maska çatışmazlığına aydınlıq gətirdi
Məşhur müğənninin 2,5 milyonluq villası uçdu-FOTO
TƏBİB-dən çimərliklərdə sosial məsafə ilə bağlı AÇIQLAMA
Bəhram Bağırzadənin uşaqlar üçün “İstanbul” kitabı nəşr edildi
Girovlarımıza ağır cəza
Məşhur idmançı hər kəsi qəzəbləndirdi-FOTO
Qiyməli şorba (foto resept)
Nazirimizdən savaş mesajı
Gözəl bilərzik modelləri (2)
Böyük ailədə böyüyən uşaqların qazancı
Ter-Petrosyan Paşinyanı ümummilli bəla adlandırdı
Ermənilər ora da göz dikiblər
İstifadəçilər YouTube-a qarşı
Azərbaycanda qarlı, şaxtalı hava şəraiti davam edəcək
Qurban bayramı nə vaxtdır?
Sabahın HAVAsı
Yalançı adamı necə tanımaq olar?
Hava haqqında
Ancelina Colinin qızı əməliyyatdan sonra İLK DƏFƏ-FOTO
Tramp gözlənilməz əmr - 90 gün ərzində...
Milla Yovoviç üçüncü dəfə ana olacaq-FOTO
245 qramlıq körpə aylar sonra İLK DƏFƏ-FOTO
- ŞƏRHLƏR