Qoşasaitli sözlərin yazılışı və tələffüzü
Dilimizdə mənşəcə elə alınma sözlər var ki, həmin sözlərdə iki sait səs yanaşı gəlir. Bu cür sözlər qoşasaitli sözlər adlanır. Qoşasaitli sözlər iki qrupa bölünür:
1) Eynicinsli qoşasaitli sözlər.
2) Müxtəlifcinsli qoşasaitli sözlər.
Eynicinsli qoşasaitli sözlər: Eynicinsli qoşasaitli sözlərdə saitlərin ikisi birlikdə bir uzun sait kimi tələffüz edilir. Eyni sait qoşalıı sözün ortasında və sonunda işlənə bilər. Məsələn, Təəccüb-[tə:ccüb], təəssüf-[tə:ssüf], əmtəə-[əmtə:], bədii-[bədi:] və s.
Qoşa o saiti ilə işlənən bəzi sözlər vurğu qəbul etməyərək [`a:`] kimi tələffüz olunur. Məsələn, zoologiya-[za:logiya], kooperasiya-[ka:perasiya] və s.
Müxtəlifcinsli qoşasaitli sözlər: Müxtəlifcinsli sait qoşalığında səsartımı, səsdüşümü, bəzən hətta səs dəyişməsi hadisələri baş verir. Bəzi sözlərin isə deyilişində və yazılışında heç bir fərq baş vermir. Müxtəlifcinsli sait qoşalığı sözün əvvəlində, ortasında və sonunda ola bilər. Eynicinsli qoşasaitli sözlərin hamısı deyilişi və yazılışı fərqli olan sözlərdir.
A) ai, iə, əi, io, ea, aü, ia hərf birləşmələrinin işləndiyi sözlərdə -y samiti artırılır. Bu cür sözlərdə səsartımı hadisəsi baş verir. Məsələn, iaşə-[iyaşə], təbiət-[təbiyə], ailə-[ayilə] və s.
B) əa, üa, üə hərf birləşmələrinin işləndiyi sözlərdə isə birinci sait tələffüz olunmur, ikinci sait isə uzun tələffüz olunur. Belə sözlərdə səsdüşümü hadisəsi baş verir. Məsələn, müasir-[ma:sir], müəllim-[mə:llim], səadət-[sa:dət], müasir-[ma:sir] və s.
C) Qoşasaitli mürəkkəb sözlərdə də yanaşı gələn sait səslərdən birincisi tələffüzdə düşür. Məsələn, xalaoğlu-[xaloğlu], dayıoğlu-[dayoğlu], bacıoğlu-[bacoğlu], əliaçıq-[əlaçıx] və s. Belə sözlərdə səsdüşümü hadisəsi baş versə də, uzun tələffüz olunan səs olmur.
D) Dilimizdə bəzi müxtəlifcinsli sait qoşalığı olan sözlər var ki, həmin sözlərdə tələffüz zamanı heç bir fərq yaranmır. Məsələn, aktual, memuar, qiraət, Laos, xaos, Seul, şüəra, bəraət, seans, mətbuat, sual, məcmuə, pauza, sauna, fauna, raund, şücaət, şüa, riayət, şüar və s.
Qoşasamitli sözlərin yazılışı və tələffüzü
Qoşasamitli sözlər 2 yerə bölünür:
1) Eynicinsli qoşasamitli sözlər.
2) Müxtəlifcinsli qoşasamitli sözlər.
Eynicinsli qoşasamitli sözlər: Eynicinsli qoşasamitli sözlər özləri də iki qrupa bölünür: kar samitlərin qoşalığı, cingiltili samitlərin qoşalığı.
1. Kar samitlərdən qoşa kk, pp və tt ilə yazılan sözlərdə ikinci kar samit onun cingiltili qarşılığı kimi tələffüz olunur. Məsələn, səkkiz-[səkgiz], hətta-[hətda], əlbəttə-[əlbətdə], guppultu-[gupbultu] və s.
2. Kar samitlərdən qoşa ff, ss, şş samitlərinin işləndiyi sözlərdə tələffüzdə heç bir fərq yaranmır. Məsələn, tələffüz-[tələffüz], həssas-[həssas], xiffət-[xiffət], şəffaf-[şəffaf], meşşan-[meşşan] və s.
3. Cingiltili samitlərdən qoşa qq ilə yazılan sözlərdə birincisi kar qarşılığı kimi tələffüz olunur. Məsələn, rəqqas-[rək`qas], saqqız-[sak`qız] və s.
4. Cingiltili samitlərdən qoşa bb, cc, dd, ll, mm, nn, rr, vv, zz samitlərinin işləndiyi sözlərdə tələffüzdə heç bir fərq yaranmır. Məsələn, abbat-[abbat], addım-[addım], əlli-[əlli], Əmmar-[Əmmar], innab-[innab], zəvvar-[zəvvar], izzət-[izzət] və s.
5. Qoşa yy samitləri ilə yazılan sözlərin bir çoxu bir y ilə deyilir. Məsələn, kəşfiyyat-[kəşfiyat], hissiyyat-[hissiyat] və s.
Alınma sözlərdə işlənən –iyyat2, -iyya2 şəkilçiləri ndə işlənən qoşa yy samitləri bir y ilə tələffüz olunur. Ancaq cəfəngiyat sözündə bu prinsip pozulur. Dilimizdə cəfəng sözü olsa da, lüğətlərdə bu söz bir –y ilə yazılır.
Söz kökündə işlənən qoşa yy samitləri yazıldığı kimi tələffüz olunur. Məsələn, səyyad, təyyarə, hədiyyə, müəyyən və s.
Ardını növbəti dərsimizdə mütləq izləyin.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Azərbaycanda daha 35 nəfər koronavirusdan öldü: 2961 yeni yoluxma
Məleykə Abbaszadə test imtahanlarının taleyindən danışdı
Fransada ara qarışdı
Bayden ABŞ-da prezidentlik yarışını qazandı
Xoruldayan hamilə qadınlar Qeysəriyyə olunur
Cem Yılmazın xəyanəti Sezen Aksuya ilham oldu – VİDEO
Qeyri-adilikləri ilə məşhur olan Tayland kralı yenə gündəm oldu - FOTO
Ali təhsil müəssisələrinə ixtisas seçimi başlayıb
Hande Erçel yeni serialda
Azərbaycan əhalisinin sayı açıqlandı
Azərbaycan tarixindən yüz şəxsiyyət-87
Skype-da iki yenilik var
Mən şəkil çəkirəm- 3
Qurban Qurbanov: "Dediklərimin canlı şahidi olduq"
Azərbaycanda ilin doğulanları və ölənləri: onlar nə qədərdir?
Şokoladlı dondurma banan (foto resept)
12 il sonra sahibini tapdı
Azərbaycan turistləri hansı ölkələrə maraq göstərirlər?
Mustafa Şentop: “Lalsınız, karsınız, ya korsunuz? Ermənistana “dur” deyilməlidir”
Fıstıqlı, kəsmikli keks (foto resept)
Birce Akalay məsxərəyə qoyuldu-SƏBƏB -FOTO
Gənc Tamaşaçılar teatrında dekabrda nə olacaq?
Bir insanla ünsiyyət qurmağın rahat yolu
Dünyanın ən yaxşı futbolçusunun adının açıqlanacağı vaxt
Vladimir Putin böyük tədbirə dəvət edilmədi
Yunan salatı (foto-resept)
Paltarınıza saqqız yapışıb?
Ronaldudan 300-cü qol
Gül şərbəti (foto resept)
Maraqlı divar rəsmləri
İngiltərə çempionatı: "Mançester Yunayted" şokda, Özil meydan suladı
Conni Deppin qızı hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Stresli olduğunuzu göstərən işarələr
Baş nazir Mandelaya görə üzr istədi
Dünyaca məşhur qadınlara həsr edilmiş filmlər
Günün qoroskopu - 26.10.2013
Şahmatçımız olimpiya çempionu olub
Üz üçün sınanmış maskalar
Süfrələrin yaraşığı
Saxta dollarla aldana bilərsiniz
Azərbaycanda daha 30 nəfər koronavirusdan öldü: 803 yeni yoluxma
Qara çiyərli qızartma(foto resept)
Qadın hansı halda analıq hüququnu itirir?
Qaxda daha bir "möcüzə"
Sevgilisinin ardınca velosipedlə düşdü: 10 min km-FOTO
Böyük Vətən müharibəsinin 93 yaşlı veteranı təltif olundu
Şəkərdən ölənlər daha çox qadınlardır
Fillərin qəfil hücumu idmançıları qorxutdu-FOTO
Mətbəxiniz üçün modern fikirlər
Yeni Ceyms Bond o olacaq
- ŞƏRHLƏR