Feil
Əşyanın hərəkətini bildirən nitq hissəsinə feil deyilir.
Feil ərəb sözüdür. Mənası- iş, hərəkət, əməl deməkdir. Feil zəngin kateqoriyalar sisteminə malikdir. Şəxsli və şəxssiz, təsirli və təsirsiz olur; İşin icra olunduğunu və olunmadığını bildirir. Növ şəkilçiləri qəbul edə bilir. Müxtəlif təsrif formaları vardır: zamana, şəkil əlamətinə və şəxsə görə dəyişir. Məsdər şəkilçisi qəbul edərək hərəkətin adını bildirir. Feili sifət şəkilçiləri ilə atrubutivlik, feili bağlama şəkilçiləri ilə adverbiallıq qazanır. Zəngin sözdüzəldicilik imkanlarına malikdir. Dilimizin milli orjinallığının qorunmasında fəal iştirak edir.
Feillərdə iş, hal, hərəkət mənası qarışıq olur. Lakin bu mənalardan biri həmişə üstünlük təşkil edir. Məsələn: Tonqallar yandı, səs-küy azaldı. Hamı evə çəkildi. Qızı da çağırdılar, qız getmədi.
Bu cümlələrdə yandı, azaldı, çəkildi sözlərində hal-vəziyyət; çağırdılar sözündə iş; getmədi sözündə isə hərəkət daha çox nəzərə çarpır.
Beləliklə, feilləri başqa nitq hissələrindən fərqləndirən əsas amil onun mənasıdır.
Feillər zəngin lüğəvi məna xüsusiyyətlərinə malikdir və bu lüğəvi qruplara ayrılır:
1. İş feilləri- şəxsin, əşyanın işini, hərəkətini, məşğuliyyətini bildirir. İş feillərinin ifadə etdiyi işin icrası nəticəsində ciddi dəyişikliklər olur. İş feillərinə bunları misal gətirmək olar: sökmək, tikmək, qazmaq, uçurmaq, dağıtmaq, əymək, bükmək və s. İş fellərinin əksəriyyəti təsirli olur.
2. Hərəkət feilləri: Bu qrupa daxil olan feillər insanın, əşyanın, canlı və cansızların hərəkətini bildirir: getmək, gəlmək, oynamaq, yerimək, sürüşmək, fırlanmaq, dönmək və s.
3. Nitq feilləri: Bu qrupa daxil olan sözlər insanların nitq fəaliyyəti başqa canlı və cansız varlıqların nitqləndirilməsi ilə bağlı olan sözlərdir: danışmaq, demək, söyləmək, qışqırmaq, nərildəmək, kişnəmək, mələmək, özünü öymək, qaqqıldamaq, ulamaq və s.
4. Təfəkkür feilləri: İnsanın ağıl, düşüncə, təfəkkür tərzi ilə bağlı işlənən lüğəvi sözlərdir. Başqa canlı və cansız varləqlar da şəxsləndirildikdə onlara da aid olur. Məsələn: düşünmək, anlamaq, başa düşmək, qərar vermək, xəyal etmək, arzulamaq, fikirləşmək və s.
5. Görmə feilləri: Görmə prosesi ilə bağlı sözlərdən ibarətdir. Məsələn: baxmaq, görmək, gözünü zilləmək, diqqət yetirmək, tamaşa etmək, nəzər salmaq, seyr etmək və s.
6. Eşitmə feilləri: Eşitmə prosesi ilə bağlı olan sözlərdir. Məsələn: eşitmək, dinləmək, qulaq asmaq, qulaq vermək, qulaqardına vurmaq və s.
7. Hal-vəziyyət feilləri: Şəxsin, əşyanın hal-vəziyyətini bildirən feillərdir. Məsələn: qıvrılmaq, ağrı çəkmək, saralmaq, solmaq, yaxşılaşmaq, pisləşmək, rəngdən-rəngə düşmək, hirslənmək, utanmaq, acıqlanmaq və s.
Feillər dildə 2 işlək formada çıxış edir: Şəxsli feillər və şəxssiz feillər
Şəxsli feillər dedikdə feillərin zaman, şəkil, şəxs əlamətləri qəbul edərək dəyişməsi, müxtəlif formalara düşməsi, təsrifi nəzərdə tutulur.
Feillərin zaman, şəkil və şəxs şəkilçiləri qəbul edərək dəyişməsinə feili təsrif deyilir.
Şəxssiz feillər məsdər, feli sifət və feli bağlama şəkilçiləri qəbul etdikdən sonra ikili xüsusiyyət qazanan təsrif olunma imkanını itirən feillərdir. Bunlar məsdər, feili sifət və feili bağlamadan ibarətdir. Bunlar felə məxsus xüsusiyyətləri saxlamaqla başqa nitq hissələrinin xüsusiyyətini də qəbul etmiş olur.
Məsdərdə isim xüsusiyyəti, feili sifətdə sifət, feili bağlamada zərf xüsusiyyəti olur.
Feil nitq hissələri içərisində morfoloji cəhətdən ən zənginidir. Bu zənginlik onun kateqoriyalar sistemi iə bağlıdır. Feilin aşağıdakı qrammatik kateqoriyaları vardır:
1.Təsirlik kateqoriyası
2.Növ kateqoriyası
3.İnkarlıq kateqoryası
4.Tərz kateqoriyası
5.Zaman kateqotiyası
6.Şəxs kateqoriyası
7.Şəkil kateqoriyası
Bunların hər birinin özünə məxsus morfoloji əlamətləri vardır.
Zaman, Şəkil və şəxs kateqoriya əlamətləri şəxsli formanın yaranmasına səbəb olur. Məsələn: yaz-ım, yaz-ır-am, yaz-malı-yam, yaz-ası-yam və s.
Təsirlik, növ və inkarlığın əlaməti isə həm şəxsli, həm də şəxssiz feillərə aiddir.
Feillər sintaktik vəzifələrinə görə də başqa nitq hissələrindən fərqlənir.
Şəxsli feillər cümlədə xəbər olur. Şəxssiz feillər hansı nitq hissəsinin xüsusiyyətini qazanmışsa həmin nitq hissəsinin sintaktik vəzifəsində işlənir: məsdər kimi mübtəda, feili sifət kimi təyin, feili bağlama kimi zərflik vəzifəsində çıxış edir.
Feillər çox işlənən, daha çox məcaziləşmiş nitq hissələridir. Dilimizin frazeoloji tərkibinin genişlənməsində feilin rolu böyükdür.
Feillər çoxkateqoriyalı olduğu üçün sadə feillər sırasına alınma sözlər daxil ola bilmir. Alınma sözlər yalnız düzəltmə və mürəkkəb söz şəklində feillərin arasına keçə bilir. Bu sözlər etmək, olmaq və eləmək feillərinin köməkliyi ilə dilimizə daxil ola bilir.
Feillərin dilimizin milli tərkibini qoruyub saxlamasında böyük rolu var. Bəxtiyar Vahabzadə də buna əsaslanaraq fikrini belə izah edib.
Öz dostu var,
Düşməni var dilin də.
İsim, sifət, döyüşlərdə çox zaman
Karıxır...
Feillərsə həmişə,
Döyüşdə qalib çıxır.
Çox sevirəm igid kimi döyüşən
Kəlməni mən, sözü mən,
Feil olmaq istəyirəm, düzü, mən!
Öyrənmək istəyənlər bu hissəni yaxşıca öyrənsinlər. Növbəti dərsimiz Feillərin quruluşca növləri haqqında olacaq. Olduqca geniş mövzudur.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
"Kəpənək" qurabiyəsi (foto resept)
Qarabağda döyüşmüş PKK-PYD-YPG terrorçuları ilə bağlı cinayət işi başlandı - RƏSMİ
"Santa Barbara"nın aktrisasının 30 ildəki dəyişikliyi
Metroda koronavirusun yayılmasını əks etdirən VİDEO
Gəlin bir az da gülək
Koronavirusla bağlı son STATİSTİKA
“Karib dənizinin quldurları” filminin 6-cı hissəsi çəkilir?-FOTO
Məşhur müğənni 5 günə milyonçu oldu
İstirahət gününün HAVAsı
Hərbiyə çağırılan vətəndaşların əməkhaqqı necə ödəniləcək?
Koronavirusa yoluxmuş hamilə qadın insanlara müraciət etdi-FOTO
Azərbaycanda internet xidmətlərinin dəyəri aşağı salınacaq
Ordumuzun işğaldan azad etdiyi Qəzyan kəndi Azərbaycana “Tikanlı zəmi” şəhidi Əliyar Əliyevi bəxş edib
Koronavirusla bağlı donor olanların sayı bilindi - RƏSMİ
23 gün komada qalan əsgər ayılıb - VİDEO
Gəlinlər üçün saç modelləri
Neymar üçün mundial bitdi
Bətndə boğulan gələcəyimiz
Dövrümüzü tənqid edən şəkillər
Dəniz tısbağaları
Yaralıyam, dəymə…
Asan 7 gəlinlik saç düzümü
Əroğanın qızının toyundan FOTOlar
Saç qırıqlarından xilas olmaq üçün...
Xəbərdarlıq: “Facebook” profilinizi bağlayın!
Bu gün imtahandır
Özünüzə inanırsınızmı? (Psixoloji test)
Qarabağ Universiteti yaradılacaq
BÜRCLƏR bizə nə vəd edir?- 31 yanvar
Zərif toyuq salatı (foto resept)
Qızıl payız
Ayna modelləri
3D formatlı yataq dəstləri
Mövlanə Cəlaləddin Rumidən
Adriana Lima türk sevgilisi ilə tətildə - FOTO
Serenay Sarıkaya onu bağışladı
Kate Moss tərzinin əvəzedilməzləri
Hindistan qozlu şokoladlı tort (foto resept)
Məşhurları belə də tanıyın
BÜRCLƏR bizə nə vəd edir? -23 iyun
Məşhur aktrisa YENİ SERİALDA-VİDEO
Beren Saat BBC-nin diqqətini çəkdi
HAVA necə olacaq? 10 İyun
Bakıya qar yağacaq
Bloqer özünü əlibastr ilə çəlləkdə basdırdı - VİDEO
İki müğənnimiz Xalq artisti oldu - SƏRƏNCAM
Qurban bayramında İŞİD-dən təhlükə
Emin Ağalarov qarda çimdi – FOTO
Cazibədar xanımlar üçün çimərlik geyimləri
Qış aylarında yaz tətili üçün 10 ölkə
- ŞƏRHLƏR