İşarə əvəzlikləri
Şəxsin, əşyanın adını əvəz etmədən onları işarə edən əvəzliklərə işarə əvəzlikləri deyilir.
İşarə əvəzlikləri əvəz etmək yox, işarə etmək məqsədi daşıyır. Əvəzliyin digər növləri başqa nitq hissələrini əvəz etdiyi halda işarə əvəzlikləri öz funksiyasında, substantivləşmədikdə, adverbiallaşmadıqda digər nitq hissələrini sadəcə işarə edir. İşarə əvəzlikləri bunlardır: o, bu, elə, belə, həmin.
Məsələn: Bu dünyadakı əməllərinə görə o dünyada cavab verəcəksən, unutma!
O həmin kitabdır? Mən belə geyimləri xoşlayıram. Və s.
Sifətlər müəyyən konkret bir əlaməti bildirir, işarə əvəzlikləri isə heç bir xüsusi məna ifadə etmədən əşyaları işarə edir. Buna görə də sifətdən fərqli olaraq işarə əvəzlikləri dərəcələrə görə dəyişmir.
Bu yaxında olan əşyaları, o isə uzaqda olan əşyaları işarə etmək üçün işlədillir.
İşarə əvəzlikləri öz həqiqi mənalarında işləndikdə yalnız təyin vəzifəsində çıxış edir.
Məsələn: O qaynanaya yazığım gəlir ki, qarşısına sənin kimi gəlin çıxacaq. Həmin işi qəbul etmək mənə çətin olacaq. və s.
İşarə əvəzlikləri asanlıqla isimləşə bilir. İsimləşdikdə hal, kəmiyyət və mənsubiyyət şəkilçiləri qəbul edir, mübtəda, xəbər, tamamlıq funksiyalarında çıxış edə bilir. Həmin işarə əvəzliyindən başqa hamısı isimləşə bilir.
Məsələn: Sən onu yaxşı tanımırsan. O kitab budur. Mənim də xasiyyətim belədir. Və s.
Elə, belə əvəzlikləri də substantivləşərək kəmiyyət, mənsubiyyət şəkilçisi qəbul edərək hallanır. Elə, belə əvəzlikləri asanlıqla adverbiallaşır. Tərkib daxilində olmadıqda cümlədə tərz zərfliyi funksiyasında çıxış edir.
Üçüncü şəxsin təkini bildirən O şəxs əvəzliyi ilə o işarə əvəzlikləri eyni kökdəndir. Bu əvəzlik şəxsi, əşyanı bildirdikdə şəxs, işarə məqsədilə işləndikdə isə işarə əvəzliyi kimi çıxış edir. O sözünü şəxs və ya işarə əvəzliyi kimi işləndiyini mətnə əsasən məntiqlə təyin etmək olur. Məsələn:
O, həkimdir.- burada O şəxs əvəzliyidir.
Məni müalicə edən o həkimdir.- burada isə O işarə əvəzliyidir.
O işarə və şəxs əvəzliklərinin bir sıra fərqləri vardır.
1. O şəxs əvəzliyi kimi işləndikdə işarə məzmunu ilə yanaşı şəxs, əşya bildirir. Lakin işarə əvəzliyi kimi çıxış etdikdə şəxs, əşya məzmunundan məhrum olur, yalnız işarə edir.
2. şəxs əvəzliyi kimi işləndikdə ondan sonra aydın şəkildə fasilə olur. İşarə əvəzliyi isə ondan sonrakı sözlə bir sintaqm şəklində, fasiləsiz tələffüz olunur.
3. Şəxs əvəzliyi mübtəda, işarə əvəzliyi isə təyin vəzifəsində çıxış edir.
4. Şəxs əvəzliyi cəmlənir, hallanır. İşarə əvəzliyi isə cəmlənməz və hallanmaz.
5. Şəxs əvəzliyindən sonra vergül qoyulur. İşarə əvəzliyindən sonra isə vergül qoyulmaz.
Nisbi əvəzliklər
Mənşə etibarilə sual əvəzliklərindən ibarət olub sual bildirməyən , tabeli mürəkkəb cümlədə bağlayıcı vasitə kimi işlənən əvəzliklərə nisbi əvəzliklər deyilir.
Nisbi əvəzliklər kim, Nə, Hara, Neçə, Nə qədər, Necə, Nə cür, Hansı, Haçan, Nə zaman sözlərindən ibarətdir. Mənşə etibarilə sual əvəzliklərindən ibarət olduğu üçün formaca onlardan fərqlənmir. Lakin nisbi əvəzliklər sual əvəzliklərindən fərqli olaraq cümlədə sual məqsədi daşımır. Məsələn:
Bu kitabı kim yazıb?- cümləsində kim sual əvəzliyidir?
Bu qəzanı kim törədibsə, gec olmadan təslim olsun.. –cümləsində isə kim nisbi əvəzlikdir. Göründüyü kimi bu cümlədə kim nisbi əvəzliyi budaq cümləni baş cümləyə bağlamışdır. Buna görə də nisbi əvəzliklər sintaksisdə bağlayıcı söz adlanır.
Bağlayıcı sözlər bağlayıcılardan fərqlidir. Bağlayıcılar köməkçi nitq hissəsidir, bağlayıcı sözlər isə əsas nitq hissəsidir. Bağlayıcılar cümlə üzvü ola bilmir, bağlayıcı söz isə cümlədə üzv olur.
Bağlayıcı söz- nisbi əvəzlik çox zaman ki ədatı, hər sözü ilə birgə işlənir. (işlənilməyə də bilər)
Məsələn:
Bu qəzanı kim törədibsə, gec olmadan təslim olsun.- Bu qəzanı hər kim törədib, gec olmadan təslim olsun.
Kim danışmaq istəyir, buyursun.
Kim ki danışmaq istəyir, buyursun.
Hər kim ki danışmaq istəyi, buyursun.
Hər kim danışmaq istəyir buyursun.
Ki ədatı olmadıqda budaq cümlənin sonunda –sa şəkilçisi ola bilər. Məsələn:
Kim danışmaq istəyirsə, buyursun.
Nisbi əvəzliklər çox zaman kim ki, hər nə ki, kimə ki, kimi ki, nə qədər ki, necə ki, harada ki, haçan ki və s. Şəkillərdə işlənir.
Təyini əvəzliklər
Şəxsə, əşyaya, hadisəyə kəmiyyət, əhatə dairəsi baxımından işarə edən əvəzliklərə təyini əvəzliklər deyilir.
Təyini əvəzliklər bütün, hər, hər bir, filan, eyni, bəzi sözlərindən ibarətdir.
Təyini əvəzliklər mahiyyətcə işarə əvəzliklərinə çox yaxındır. Hər ikisi təyinetmə xüsusiyyəttinə malikdir və cümlədə təyin olur.
Əsas fərqləri ondadır ki, işarə əvəzlikləri sadəcə olaraq əşya və hadisələri işarə edir, aid olduğu sözün məzmun və həcm məsələlərinə qarışmır.
Təyini əvəzliklərə aid bir neçə misal gətirək:
Hər ömür başlayır, çatır axıra,
Ya ağac, ya çiçək, insan adında. ( Vidadi Babanlı)
Bütün bunlar boş xəyallar idi.
Həmişə eyni insanlar qalib olurdu.
İndi deyəcəksən ki, filan işim çıxdı, gələ bilmədim.
Heç bir qadın bilə-bilə bu həyatı seçməzdi. və s.
Qeyd. Əslində filan sözü təyini əvəzliklərlə o qədər də uyuşmur. Daha çox işarə əvəzliklərinə yaxındır. Lakin qeyri-müəyyənlik bildirməsilə o işarə əvəzliklərindən də fərqlənir. Müqayisə edək:
O adam, bu adam, filan adam. O, bu işarə əvəzlikləri konkret olaraq kimisə işarə etdiyi halda filan sözü naməlum şəxsi işarə edir.
Növbəti dərsdə bir sıra test nümunələri veriləcək. Verilənləri təkrarlayıb testləri həll etməyə hazır olun!
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Ümumdünya Solaxaylar Günüdür
HAVA necə olacaq? 10 İyul
Kişilərin futbol sevgisinin səbəbləri
Tramp dini azadlıqlar haqqında fərman imzaladı
Ali məktəblərin boş plan yerlərinə və kolleclərə qəbul olmaq üçün sənəd verənlərin sayı açıqlandı
Dünyanın ən yüksək Laləsi tikiləcək-FOTO
190 manatlıq birdəfəlik ödəmələrin verilməsi ilə bağlı MÜHÜM AÇIQLAMA - VİDEO
Tarkanın xanımı görünüşü ilə diqqət çəkdi-FOTO
Evdə idman hərəkələri
Qışda qabaran saçlar...
İnsanı viruslar qarşısında güclü edən qan qrupu açıqlandı
Qlükoza
Bakı-Sumqayıt yolunun dərdinə çarə tapılır
Erməni analar: “Bizə yalnız İlham Əliyev kömək edə bilər” - VİDEO
Sürətli gəzişi sınayın
Yaz fəsli üçün maskalar
Bakıda dollar və rubl əməliyyatları məhdudlaşdı
Keçmişdən bu günə - 1 May
500 illik məscid məhv olmaq üzrədir
Koronavirusla bağlı son STATİSTİKA
Azərbaycan bu siyahıda liderdir
Bu ayaqqabının qiyməti dodaq ucuqladır - FOTO
FHN-dən nazirlikdəki yanğınla bağlı AÇIQLAMA
Avtomobillərin dövlət texniki baxışına təqdim olunma qaydaları dəyişib
Yoldaşınızı yenidən sevməyin 4 yolu
Həkim Bəhram Bağırzadə ilə bağlı şad xəbər verdi
Sürücülərə xəbərdarlıq
Bakıda Quran Gecəsi keçiriləcək
Jurnalistlər üçün tikilən 3-cü binanın təhvil vaxtı açıqlandı
Ötən il neçə şagird attestatsız qalıb?
Məşhur cütlüyün toyu haqqında detallar məlum oldu-FOTO
Təyyarədə utandı, 76 kq arıqladı - FOTO
Dünya əhalisinin üçdə biri oyun oynayır - ARAŞDIRMA
Tom Kruz və İlon Mask kosmosda film çəkəcəklər
ADA Beynəlxalq Münasibətlər üzrə Universitetlər Assosiasiyasının üzvü seçildi
2015 bürclərə nə vəd edir?
Portağallı limonad (foto-resept)
Cennifer Lopez hamam xalatında küçəyə çıxdı-FOTO
Yeni il gecəsi üçün ayaqqabı və çanta seçimi
"WhatsApp"ın bu yeniliyi narazılıqlara səbəb oldu
Girovlarımıza ağır cəza
Bananlı yulaf əzməsi (foto resept)
Messiyə 500 milyon avroluq təklif gəldi
Tez qırılan saçlara necə qulluq etməli?
ABŞ təyyarəsi 16 əfqan öldürüldü
Ermənilər Bakıya gəlməkdən imtina etdilər
Gil maskasının faydaları
Qarabağın Azərbaycana qaytarılması xəbərinə rəsmi reaksiya
Azərbaycanda doğum səviyyəsi artıb
Naməlum canlı hər kəsi qorxutdu-FOTO
- ŞƏRHLƏR