Hörmətli istifadəçilər!
Bildiyiniz kimi son günlər ərzində istifadəçilər üçün bir neçə yeni imkanların istifadəyə veriləcəyi barədə əvvəlcədən məlumatlar verilmişdi.
Nəhayət 14.10.2012-ci il tarixindən etibarən, uzun müddətli sınaqlardan sonra Balans sistemi, Hədiyyələr və ən çox maraqla gözlənilən Əlavə parametrlər(imkanlar toplusu) bölümü istifadəyə verildi.
İlk öncə tam olaraq yenilənmiş Balans sistemi haqda:
Balans sistemi portal(sayt) daxilində müxtəlif ödənişlərin həyata keçirilməsi üçün yaradılmışdır. Hər bir istifadəçinin öz şəxsi hesabı - balansı mövcüddur. Bütün hesablamalar üçün maliyyə vahidi, şərti olaraq "QN" seçilmişdir. QN - portalda bütün ödəmələr üçün nəzərdə tutulmuş universal pul vahididir. 10 QN şərti olaraq 1 AZN maliyyə vahidinə bərabər olaraq hesablanır. Hal-hazırda yerinə yetirilən bütün ödəmələr qeyd olunan ( 10 QN = 1 AZN ) daxili məzənnəyə əsasən həyata keçirilir.
Sizlərə Balansa sahib olmağın, onu artırmağın iki yolunu təklif edirik:
1. Bunlardan biri plastik kartlarla rahat şəkildə ödənişlər edə biləcəyiniz dünyanın ən məşhur və etibarlı ödəmə sistemlərindən olan Paypal sistemidir. Şəxsi hesab səhifənizdə Paypal seçimini etdikdən sonra balansiniza əlavə etmək istədiyiniz məbləği daxil edirsiniz. Göndər düyməsinə klik etdikdən sonra, sistem ödəniş üçün sizi 10 saniyə ərzində Paypal ödəniş sisteminə yönləndirir. Bu səhifədə Siz öz plastik kartınızın köməkliyi ilə məlumatları daxil etdikdən sonra, bu əməliyyatın uğurlu və ya uğursuz olması barədə məlumat alırsınız. Daha sonra sonda yenidən sistem sizi sayta(qadin.net) geri göndərir. Əgər ödəniş müvəffəqiyyətlə başa çatmışdırsa o zaman bunun təsdiqi kimi avtomatik olaraq seçmiş olduğunuz məbləğin artıq hesabınıza əlavə olunmuş olduğunu görəcəksiniz.
2. İkinci bir vasitə, bildiyimiz mobil telefonlardan sms göndərilməsinin köməkliyi ilə balansın artırılmasıdır. Bu xidməti dünyanın 92 fərqli ölkəsinin yüzlərlə mobil operatoru ilə əməkdaşlıq edən SMScoin şirkəti təqdim edir. Şəxsi hesab səhifənizdə SMScoin seçimini etdikdən sonra istifadə etdiyiniz mobil operatorun hansı ölkəyə məxsus olduğunu seçirsiniz. Daha sonra, müvafiq olaraq istifadəçisi olduğunuz mobil operatoru və ən nəhayət ödəniş üçün təklif olunan məbləğlərdən birini seçib göndər düyməsinə klik edirsiniz. Bütün prosedurlar doğru yerinə yetirilmişsə, sistem 10 saniyə sonra sizi xidmətləri təqdim edən SMScoin ödəniş səhifəsinə yönləndirir. Səhifədə görəcəyiniz xüsusi rənglə fərqləndirilmiş sözü qeyd olunan qısa mesaj nömrəsinə göndərdikdən sonra sizin mobil hesabınızdan müvafiq qaydada pul çıxılır və bundan sonra sizin mobil nömrənizə təsdiq üçün kod göndərilir. Tələb olunan yerdə kodu qeyd etdikdən sonra sistem məlumatları yoxlayır və məbləğ sizin hesabınıza əlavə edilir.
Bunlarla yanaşı saytda yazılan hər bir şərh üçün hesabınıza 0.1 QN əlavə olunur. Eyni zamanda əgər Sizin adınız hər ayın əvvəlində elan olunan "Ayın qalibləri" siyahısında olarsa, həmin ay ərzində əlavə etdiyiniz, yayımlanmış hər bir xəbəriniz üçün müvafiq olaraq 10 QN daha hesabınıza yazdırmış olursunuz.
Yeni sistemə keçidlər əlaqədar olaraq, 14.10.2012-ci il tarixində bütün istifadəçi hesablarının balansı sıfırlanmış və hər bir istifadəçinin hesabına 50 QN yazılmışdır.
Əgər balansınız ondan istifadə etməyə imkan verirsə o zaman hər bir istifadəçi üçün aşağıdakı yeni imkanlar təqdim edilir:
1. İlk öncə yenilənmış hədiyyələr bölümü haqda. Yeni hədiyyələr sistemində bir neçə hədiyyə xaric bütün hədiyyələrin qiymətləri eynidir. Hədiyyələr mövzu etibarı ilə dörd yerə bölünür: Bayram, Romantika, Geyim aksesuar və parfum, Digər. Hədiyyə göndərmək üçün, hədiyyə göndərmək istədiyiniz istifadəçinin səhifəsinə keçid etdikdən sonra, hədiyyə göndər düyməsinə klik edərək mövcud siyahıdan seçdiyiniz hədiyyəni göndərə bilərsiniz.
2. Növbəti yenilik ekranın(saytın) sağ tərəfində olan Mənim səhifəm bölümünə əlavə edilmiş yeni əlavə parametrlərdir.
Mənim səhifəm bölümünə daxil olduqdan sonra, Əlavə parametrlər yazısına klik edirsiniz. Burada Sizə ümumilikdə 8 yeni imkan təklif olunur ki, onlardan hal-hazırda 6-sı işlək vəziyyətdədir. Digər iki seçim isə hazırlanmaqdadır. Bütün imkanların hər birini ayrı-ayrılıqda, müvafiq ödənişi yerinə yetirməklə bir aylıq(şərti olaraq 1 ay - 30 gün) əldə etmək mümkündür. Yeni imkanlar aşağıdakılardır:
1. Anonim istifadəçi - 1 aylıq sahib olmaq üçün 50 QN ödəniş tələb olunur. Bu imkana sahib olan istifadəçilər istənilən istifadəçinin səhifəsini ziyarət edərkən, həmin istifadəçinin Qonaqlarım siyahısında Anonim olaraq qeydə alınırlar. Yəni, Siz gizli olaraq istədiyiniz istifadəçinin hesabını 1 ay ərzində istədiyiniz qədər ziyarət edə bilərsiniz.
2. Deaktiv profil - 1 aylıq sahib olmaq üçün 50 QN ödəniş tələb olunur. Bu imkana sahib olan istifadəçilərin səhifələri(profil) digər istifadəçilər üçün bağlanır. Digər istifadəçilər səhifənizi ziyarət etmək istədikdə heç bir nəticə əldə etmirlər. İstifadəçi hesabından məxfi olaraq istifadə etmək, öz anonimliyini qorumaq istəyən istifadəçilər üçün ən mühüm imkanlardan biridir.
3. Söhbət otağı - 1 aylıq sahib olmaq üçün 10 QN ödəniş tələb olunur. Bu imkana sahib olan istifadəçilər 1 ay ərzində istənilən vaxt Söhbət otağından istifadə etmək imkanına sahib olurlar. Söhbət otağından istifadə ödənişli olduğu üçün, kənar şəxslərin otaqda daha az görünəcəyinə təminat olduqca böyükdür.
4. Qadın direct 50% - 1 aylıq sahib olmaq üçün 300 QN ödəniş tələb olunur. Bu bir endirim kuponudur. Beləki, bu imkana sahib olan istifadəçilər ay ərzində əlavə edəcəkləri bütün reklam, elanlar üçün 50% endirim əldə etmiş olurlar.
5. Hədiyyələr 50% - 1 aylıq sahib olmaq üçün 50 QN ödəniş tələb olunur. Bu bir endirim kuponudur. Beləki, bu imkana sahib olan istifadəçilər ay ərzində göndərəcəkləri bütün hədiyyələr üçün sadəcə yarı qiymətini ödəyəcəklər. Məs.: əgər hədiyyənin dəyəri 20 QN olaraq qeyd olunmuşsa, bir ay ərzində həmin hədiyyədən istənilən qədərini, hər dəfə sadəcə 10 QN ödəyərək göndərə bilərsiniz.
6. Online SMS 50% - 1 aylıq sahib olmaq üçün 30 QN ödəniş tələb olunur. Bu bir endirim kuponudur. Beləki, bu imkana sahib olan istifadəçilər, ay ərzində Online SMS sətirində yazacaqları bütün smslər üçün yarı qiymətini ödəyəcəklər. Məs.: hal-hazırda 1 sms üçün balansdan 1QN çıxılır. Əgər sizin bu hədiyyə kuponunuz varsa, ay ərzində istənilən qədər sms yazaraq hər biri üçün sadəcə 0.5 QN ödəyə bilərsiniz.
7. Theme profil - Hazırlanmaqdadır... - Bu imkanın köməkliyi ilə hər bir istifadəçi öz səhifəsini, təqdim olunacaq görünüş və formaya dəyişmək hüququ qazanacaq.
8. VİP group - Hazırlanmaqdadır... - Bu qrupa üzv olan istifadəçilər yuxarıda qeyd olunan bütün imkanlara sahib olmuş olacaqlar.
Sonda nəzərinizə çatdırmaq istərdik ki, qaydalara zidd olaraq balansın artırılması və eyni zamanda qaydaların pozulması hallarına görə istənilən istifadəçi cərimə oluna bilər. Cərimələrə diqqət yetirməyən istifadəçilərin hesabları isə bağlanır. Hər birinizdən bu mövzuda diqqətli olmağı xahiş edirik.
Xoş istirahətlər...
XƏBƏR LENTİ
2015-ci il dəbdə olacaq saç modelləri
Yay Geyimləri
25 müasir mətbəx dizaynı (2)
Vitaminlər
Lavanda bitkisinin faydaları
Koronavirusla bağlı ŞAD XƏBƏR
Günün qoroskopu: tənbəl və ətalətli olmayın
Hər qadının qarderobunda mütləq olmalıdır
Bakıda qeyri-adi canlı tapılıb
İnternet dəhşətləri: Qadağa çıxış yoludurmu?
Bu gün Mehriban Əliyevanın doğum günüdür!
Koronavirus əleyhinə zərdab ixtira edildi
ABŞ Qarabağla erməniləri məyus etdi
Cəbhədə güclü atışma: dinc sakin yaralandı
Bu da Sony Xperia Z Ultra
Göbələkli mantı (foto resept)
Gözəl nitq üçün 5 tövsiyə
Məktəblərdə telefon qadağan olunsunmu?
Tariximiz Qazaxıstanda
Azərbaycana yeni qədim əlyazma gətirildi
Tələbə 6 gün meşədə tək yaşadı-FOTO
Döyüş zonasından video yayanlarla bağlı cinayət işi başlanıldı - RƏSMİ
Karantin rejimindən çıxış necə olacaq? -RƏSMİ AÇIQLAMA
Məşhur aktrisa həbs olundu-SƏBƏB
Ardanın meydançada halı pisləşdi
"Dönərsən deyə" Nagehan Karaman
Türkan Şoray tanınmaz halda...- FOTO
Çalışan analar
Bakteriyalar
Şok ixtisar: 26 min nəfər işsiz qalacaq!
İmmuniteti gücləndirən 5 ərzaq
Təhsil Nazirliyindən hava ilə bağlı XƏBƏRDARLIQ
Baş nazirdən tibb işçilərinin əməkhaqları ilə bağlı VACİB QƏRAR
Zirəddindən Bakı proqnozu
Türkiyədə universitetə silahlı hücum: ölü və yaralılar var
Baş nazir: "Türkiyə milli tankın seriyalı istehsalına başlayacaq"
Qeyri-adi gücləri olan 4 insan
Gözəllik müsabiqəsinin qalibinə şok
Prezident İlham Əliyev Bakıdakı dəhşətli yanğın olayını nəzarətə götürdü
Beyni 4 günə pozan qidalar
Qoz yarpağının faydaları
Xoşbəxt olmağın 5 asan qaydası
Ebola virusu qarşıdurma yaratdı
Moskvaya yeni erməni ittihamı
İranın “səfir”i kosmosa uçdu
DTX rəisi Şuşa şəhərinə gedib - RƏSMİ
Sergey Lazarev 12 kq arıqladı
Azərbaycanda Ordu generalı rütbəsi kimə verilə bilər? - AÇIQLAMA
Günün ulduz falı
Yeni şəxsiyyət vəsiqəsi təqdim olundu - FOTO
- ŞƏRHLƏR