Bakıda hava
USD AZN
EUR AZN
11:52Xəyalə Murad Hər vaxtınız xeyir olsun,Əziz Qadin.Netlilər!
41320

Qadın.netin "xarici" xanımları (III hissə)

NIYAR-Rusiya,Sankt-Peterburq

 

 

Adı Pərvanədir, ailəlidir,üç övladı var. Rusiyanın Sankt-Peterburq şəhərində yaşayır. Qadın.net saytını uşaqları üçün sirniyyat resepti axtararkən tapıb. “İlk vaxtlar buraya qonaq kimi gəlirdim, bir-iki dəfə sual yazdım, gördüm Selcan xanım 2-3 dəqiqə sonra cavab yazıb, xoşuma gəldi və burada qeydiyyata düşdüm. Adətlərinə gəldikdə isə, rusların nə adəti olasıdır ki, burada heç nə xoşuma gəlmir.İndi şükür, bazarda hər şey tapmaq olur dadsız olsa da, amma bir meyvə var-sevimli meyvəm tut.Onu çox istəyirəm, o da burda olmur. Buranın elə də bəyəndiyim yeməyi yoxdur, salatlardan başqa. Bildiyim salatları da saytda yerləşdirmişəm. Piterin iqlimi bilmək istəyirsinizsə, sərtdir. Qışda -25 dərəcə soyuq, yayda isə +10 dərəcə isti olur. Havasına hələ də öyrəşə bilməmişəm.” “Sizi oranın adamları biləndə ki,xaricisiniz,necə qarşılayırlar?” sualına belə cavab verir – “Bəziləri yaxşı, bəziləri də pis. Millətpərəstlər çoxdur, bizləri görmək istəmirlər. Burada quşların səsinə həsrət qalmışam. Evimizdə olanda hər gün quşların cəh-cəhlə oxumasını dinləyərdim yuxudan duranda, burda isə o yoxdur. Qurban olum öz Vətənimə.Onu heç nəyə dəyişmərəm.

YAFFA-İsrail,Kıryat-Yam

Qadın.netin "xarici" xanımları (III hissə)

 

Ailəlidir, adi Bahardır. İki uşağı var. İsrailin Kıryat-Yam şəhərində yaşayır. Qadın.net saytını eltisinin köməyi ilə hamiləliklə bağlı mövzular axtararkən tapıb. “İsraildəki adətlərin çoxundan xəbərsizəm, amma onu deyə bilərəm ki, öz millətinə qarşı çox diqqətlidirlər, qanun sevəndirlər. Sevmədiyim çox şey var. Məsələn, böyüyə hörmətdən söz gedə bilməz burada. Bazarlarında isə çox meyvə var, amma zoğal, tut, feyxoa yoxdur. Bəyəndiyim yeməkləri yoxdur, ancaq öz yeməklərimizi bişirirəm. Burada havalar çox isti olur, yayda +40-45, qışda +22-30 dərəcə isti olur. Ümumiyyətlə, burada qışı ancaq yağış yağır. İsraildə Azərbaycanı çox da elə tanımırlar, bizlərə qafqazlılar deyirlər. Buradakı insanların geyimlərinə öyrəşə bilmirəm, qadınları o qədər açıq-saçıq geyinirlər ki, baxılası deyil. Mən çox şeyə həsrət qalmışam, valideynlərimə, bacıma, qardaşıma. Azərbaycanın heç nəyini dəyişmərəm bura. Darıxanda uzaqda yaşayan qohum-qardaşımın şəkillərinə, videolarına baxıram, Rəşid Behbudovun mahnılarına qulaq asıram.”

AMINA-Səudiyyə Ərəbistanı,Mədinə

Qadın.netin "xarici" xanımları (III hissə) 

 

Amina Səudiyyə Ərəbistanının Mədinə şəhərində yaşayır. Qadın.net saytını rəfiqəsi vasitəsi ilə tapıb. Ərəblərin elə bir xoşlamadığı adəti yoxdur. Orda hər şey xoşuna gəlir. Deyir, toyda bəyin bütün kişi qohumları qapının ağzına düzülürlər və gələn qonaqların hamısı ilə salamlaşırlar. Bu adətlərini Amina bəyənir. İndiyə kimi nə istəyibsə bazarlarında tapıb. Amma ərəblərin yeməklərindən elə də xəbərdar deyil. Mədinədə yayda hava maksimum +60, qışda isə minimum + 10 dərəcə olur. Amma səhralarda daha isti olur, yayın qızmar çağında qumun üstünə qoyulan yumurta 5 dəq. ərzində bişir. Ərəblərin xaricilərə münasibətləri normaldır, çünki, bu şəhərin əhalisinin yarısı demək olar ki, xaricidir. “Azərbaycanı burada elə də tanımırlar, deyəndə ki, azəriyəm, bilmirlər. Amma Türkiyənin yaxında olduğunu qeyd edəndə anlayırlar. “Azərbaycanın nəyini yaşadığınız ölkənin hansısa bir şeyinə dəyişməzsiniz?” sualına gəldikdə isə, söhbət Mədinədən gedirsə, bu suala cavab verə bilmərəm. Çünki, Mədinə mənim üçün nemətdir, buradakı təkcə peyğəmbər məscidini heç yerə dəyişmərəm. Buranın hər şeyinə öyrəşmişəm. Amma yenə də doğmalarıma həsrətəm. Darıxanda anama zəng edirəm.

SEVGI-ALEMI-İsrail,Tel-Əviv

Qadın.netin "xarici" xanımları (III hissə)

 

Ailəlidir, iki oğlu var. Evdar xanımdır. İyirmi ildir ki, İsrailin Tel-Əviv şəhərində yaşayır. Qadın.net saytını bacısı vasitəsi ilə tapıb. İsrail haqqında çox elə yaxşı danışmır. “Buranın yeməklərini bəyənmirəm, yeməmişəm də.Satışda demək olar ki, hər şey var. Amma bazarlarında zoğal tapılmır. İsrail cavanların hörmətsizliyinə öyrəşə bilmirəm. Vətənimə, doğmalarıma, bayramlara həsrət qalmışam. Burada bayram olanda maraqsız keçir, heç bilinmir bayramdır. Heç kim evindən çölə çixmır, o qədər yorğun olurlar ki, bayramlardan istifadə edib istirahət edirlər. Çox vaxt gün çıxır, isti olur, qışda az-maz yağış yağır. Mən buralarda hələ qar deyilən şey görməmişəm. Heç vaxt qar yağmayıb, təbiət deyilən şey yoxdur burda. Süni otları gətirib yapışdırırlar yerə. Soruşanda haralısan, deyirəm Azərbaycanlı. Deyirlər hansı dildə danışırsınız, başa salıram ki, azəri dilində. Bəziləri deyir türk dilinə çox yaxındır, onlara maraqlı gəlir. Biz azəricə danışanda bəzilərinin xoşuna gəlir, bəziləri isə əsəbiləşirlər, deyirlər o dildə danışmayın. Biz isə danışmağa davam edirik. Azərbaycanın heç nəyini buranın hər hansı bir şeyinə dəyişmərəm .Vətənim üçün darıxanda azəri musiqilərinə qulaq asıram, azəri kanallarina baxıram. Özümü belə toxdadıram, amma elə vaxt olur ki, heç onlar da kömək etmir. Burada azərilər çoxdur, darıxanda onlarla gəzməyə çıxıram, belə başımızı qatırıq.”

LADY-ANGEL-Rusiya,Xanti-Mansiniski

 

Qadın.netin "xarici" xanımları (III hissə)

 

 Adı Gülaydır, ailəlidir, bir oğlu var. Rusiyanın Xanti-Mansiniski şəhərində yaşayır. Qadın.net saytını uşaq baxımı ilə əlaqədar axtarış edərkən tapıb. “Bura gözəl şəhərdir, insanları da çox mehribandır. Böyüyə-kiçiyə, ən əsası da hamilə qadınlara və uşaqlı analara daha çox hörmət bəsləyirlər. Xəstəxanalar və doğum evləri çox səliqəli və təmizdir. Böyük və uşaqlar üçün pulsuzdur. Amma bəzi xüsusiyyətləri çox da elə xoşuma gəlmir. Toy şənlikləri aşağı səviyyədə keçir. Bir də, nifrət edirəm bunların əlində pivə görəndə. Kiçiyindən böyüyünə qədər hamı pivə içir, elə bil Coca-Cola içirlər. Bazarlarında isə demək olar ki, hər şey tapılır. Əvvəllər badımcanları xaricdən gətirirdilər, bir dənəsi nə boyda. İndi balacalarinı da tapmaq olur. Rusların heç bir yeməyini sevmirəm, iyrənirəm. Onlar isə ölür bizim yarpaq dolmasından ötrü. Çoxusu məndən reseptini alıb, deyirlər nə dadlıdır. Şəkərburanı görüb peraşki deyirlər. Amma insanları isti qəlbli olsa da, havası isti deyil. Qışda -50 dərəcə şaxta olur. Yayda isə + 28 dərəcə isti olur. +10 dərəcə də isti olsa günəş adamı elə yandırır ki. Bura Sibir olduğundan ekvatordan uzaqdadır deyə, Günəş Yer kürəsinə çox yaxındır. Buradakı ruslar azərilərə hörmət göstərirlər, çoxusu yerlibazlıq etmir. Amma yenə də darixıram vətəndən ötrü. Ən gözəl yerə də düşsəm, yenə Azərbaycanı istəyirəm. Darıxanda telefonla, internetlə anamla danışıram.”

GULYAZ - Rusiya, Moskva

  

Qadın.netin "xarici" xanımları (III hissə)

 

Ailəlidir, bir oğlu var. Moskvada yaşayır. Qadın.neti “yandex”də yemək saytları axtararkən tapıb. Deyir bunlarin heç bir adətindən xoşum gəlmir, heyf deyil öz adətimiz, öz ölkəmiz? Bazarlarda göyərti, nanə tapmaq çətindir, amma özbək, qırğız satıcılardan alırıq. Buradakı pomidorun, bibərin dadı öz vətənimizdəki kimi olmur. Orada bişən yeməklərimizlə buradakının dadı eyni olmur. Rusların yeməklərinin heç birisini bəyənmirəm, ancaq öz milli yeməklərimizdən bişirirəm. Burada havanın temperaturu qışda minimum -3, maksimum -15-20 dərəcə olur. Azərbaycanın heç nəyini buraya dəyişmərəm. Darıxanda isə xoşuma gələn azəri müğənnilərin mahnılarına qulaq asıram, adlarını çəksəm siyahı uzun olar. Bütün günü internetdə oluram, qadın.netə daxil oluram, türk filmlərinə baxıram. Rusiyaya heç cür öyrəşə bilmirəm, istəyirəm Azərbaycanda olaq, orda işləyək. Bilirəm ki, burada qalmağımız müvəqqətidir, ona görə də dözməyə çalışıram ki, vaxt gələcək biz də vətənimizə dönəcəyik. Adam öz ölkəsində istədiyi kimi rahat gəzə, yaşaya bilir. Başqa ölkədə rahat gəzə bilmirsən, çünki oranın vətəndaşı, orada yaşayan deyilsən, yad millətdənsən. 

RUJLU - Türkiyə, Kocaeli İzmit

 

Qadın.netin "xarici" xanımları (III hissə)

 

Qadın.net saytının xaricdə yaşayan bu xanımı türk vətəndaşıdır. Onun fikirləri bir az fərqli olacaq, çünki öz vətəni haqda danışacaq. Adı Nilaydır, ailəlidir, 10 yaşlarında 2 əkiz oğlu var. Kocaeli İzmitdə yaşayır. Bu saytı “google”də axtarış edərkən tapıb. Kiminin boynunda iplə gəzdirdiyi, kiminin qucağında daşıdığı, kiminin xüsusi otaq ayırıb orada saxladığı, kiminin hər gün sadəcə üzünə baxıb tozunu sildiyi, kiminin isə onu geyərsə ayağının kəsilməsi qorxusu ilə yaşadığı “Dünyanın ən bahalı ayaqqabısı” və “Hamiləliyin əlamətləri nələrdir?” adlı xəbərlərin müəllifidir.   Öz vətəni haqda qoyun özü danışsın. “Türkiyənin ən çox təbii gözəlliyini, tarixi əsərlərini və türk insanlarının yardımsevənliyini sevirəm. Cəmiyyət olaraq çətin vəziyyətdə olan insanlara yardımçı olmağı sevirik. Sevmədiyim xüsusiyyətləri isə, bəzi şəhərlərdə daha çox əhali artımı var. Bazarlarımızda bir çox tərəvəz-meyvəni tapa bilirik, lakin əksəriyyətinə xarab olmasın deyə dərman vurulur, bundan da məmnun deyiləm. Yemək olaraq mantı və paxlavanı sevirəm. Təbii bunlar mənə kilo olaraq geri qayıdır. Yeməklərimizdən “bəyaz” ı xoşlayıram.Tərkibi un, şəkər, duzdan ibarətdir. Mən dörd mövsümü olan bir şəhərdə yaşayıram. Qışda ən soyuq temperatur -2, yayda isə ən yuxarı + 38 dərəcə olur. Azərbaycan xalqının adət-ənənələrinə olan bağlılığını bəyənirəm, türklərin bu mövzuda olan fikirlərinə dəyişmərəm. Türkiyə getdikcə qloballaşır. Türkiyədə kimdən soruşsanız “Azərbaycan bizim qardaşımızdır” cavabını alacaqsınız.

DZHONİ - Rusiya, Moskva

 

Qadın.netin "xarici" xanımları (III hissə)

 

Ailəlidir, bir övladı var, 3 aylıqdır. Qadın.net saytını qadınlar haqqında "bəzi" şeylər axtararkən tapıb(görəsən nə axtarırmış?  ) və bura onun çox xoşuna gəlib. Rusiyanın qayda-qanunları, adətləri haqqında bunları deyir:- “ Rus olmamağımıza baxmayaraq, həkimlər insanlarla yaxşı davranırlar. Bir də buranın uşaqlarına heyranam, çox gözəl tərbiyələri var, onlar üçün hər bir şərait var burda. Moskva təmiz, səliqəli şəhərdir. Bazarlarında nə desəniz var, hər şey tapılır. Amma dadları heç yoxdur. Ən bəyəndiyim yemək tərkibi kartof püresi, pendir, balıqdan ibarətdir, çox dadlıdır. İqlimə gəldikdə isə, bu il ən yuxarı temperatur +28 dərəcə, ən aşağısı isə -6-7 oldu. Biləndə ki, Azərbaycanlıyam, çox yaxşı qarşılayırlar. Əla qonşularım var. Biri yaşlı qadındır, bizim bütün bayramlarımızı bilir. Azərbaycanın heç nəyini dəyişmərəm bura, necə gəlmişəm, elecə də varam. Anama həsrətəm, darıxanda Natavana, Zeynəb Xanlarovaya qulaq asıram. Bir də yoldaşım Azərbaycan qəzetlərini alır, onları oxuyuram."


Səslərin sayı: 15
66
6285
loading...
Şərhlər
Offline
ToRmEnTo
Medine seherinde mende yasamaq isterdim.Amina xanim yeqin ki orda yasamaq xoşbextlikdir sizin ucun.mene maraqlidi siz ora ne ile elaqedar getmisiz?
17 aprel 2011 15:29
imza: Yemek bisirmek,evi temizlemek,usaga baxmaq qadının vezifezı deyıl, size lütfudur! Hz. Mehemmed (sav)
Offline
a.angel
cox şad oldum.Moskvada olan xanimlarimiz cox imişe xeberim yoxmuş
17 aprel 2011 14:23
Offline
Məhsəti
Yəqin ki ardı olacaq bu xəbəri məmnuniyyətlə izləyirəm mənim üçün çox maraqlıdır.Təşəkkür edirəm.
17 aprel 2011 14:11
Offline
Arzu_Vuqar
Sitat: Niyar
Sevgi_Alemi
canım mən sənə zoğal göndererem burdan

Canim menim vallah suab qazanarsan ey olurem sogal ucun lap agzim sulandi beh beh
17 aprel 2011 13:55
Offline
AYSIN
maraqli xeberdi hemiwe oxuyuram.qizlarada ugurlar.INWALLAH sag salamat vetenlerine gelerler.DZHONIiiiiiiiiiiiiiiii love love love
17 aprel 2011 13:28
Offline
Pərvanə
Canım çox sağ ol əziyyər çəkdin bu xeberin üstündə.Həqiqətəndə maraqlı alinib.
Sevgi_Alemi
canım mən sənə zoğal göndererem burdan fellow
17 aprel 2011 13:26
imza:
Arzu et, istə; amma o arzu ölçülü olsun. Bir saman çöpü bir dağı qaldırmaz.
Offline
LaDy_AnGeL
Merri,
lap anam kimi dedin.anamda bele deyr erin yaninda ne edirsen mani
17 aprel 2011 13:20
Offline
M>M>M
her birine ugur olsun.esas insan sevdiyinin yaninda olsun.
17 aprel 2011 12:53
Offline
Terane
haminiza ugurlar......Allah komeyiniz olsun yad yerlerde............
17 aprel 2011 11:54
Offline
leylahuseynova
Ay masallah xanimlarimiz sesiniz uzaqlardan gelsin .Harda olursunuzsa olun xosbext olun Azerbaycani temsil edirsiniz . bizim millet her zaman basqa milletlerden secilir/
17 aprel 2011 11:40
imza:
Məni köhnələr tanıyar,yenilər numunə götürər.Görənlər izah edər,görə bilməyənlər gözlərini bağlayıb xəyal etməklə yetinər
Offline
ŞƏBNƏM
TEK AMINANIN YASADIQI YERDE YASAMAQ ISTEYEREM. CUNKI ORDA PEYQEMBERIMIZIN QOXUSU VAR. ALLAH CUMLEMIZE NESIB ETSIN O TORPAQLARA AYAQ BASMAQI.AMIN. AMA ESLINDE VETENIMI HEC BIR SEYE DEYISMEREM.
17 aprel 2011 11:30
Offline
LaDy_AnGeL
HAPPY,
ELE SEY OLAR ADAM VETENDEN OTRU DARIXMAZ.COX DARIXIRAM recourse

URA.URAAA.YAYDA GALIREM AZERBAYCANA.IYULDA.YAYI EVVEL COXDA SEVMAZDIM INDI OLUREM YAYDAN OTRU,CUNKI YAYDA AZERBAYCANA GALIREM,AVQUSTUN AXIRI SENTYABRDA QAYIDACAM no
17 aprel 2011 10:46
Offline
Məhluqə
ALLAH işlərinizi avand eləsin! Tezliklə vətənə, doğmalarınıza qovuşasınız! Bu tanışlıq maraqlıdır. Alev, təşəkkürlər... Yəqin ki, davamı da olacaq..
17 aprel 2011 02:10
Offline
vesna
canim cox sag ol xebere gore sene boyuk tesekkurlerimi bildirirem bagisla ki xarici xanimlar 2-de sene tesekkur ede bilmedim ozumu cox gunahkar hiss edirem recourse bes niye ozun haqqinda yazmamisan?yene de cox sag ol opuremmmmmmmmmmmmmmmm love
17 aprel 2011 01:01
Offline
Revane
Xeberi hemişe maraqla oxuyuram, Alev cox saq ol
Xanimlar sizinlede yaxindna tanişliq xoş oldu

ŞoKo
Bu arada senin isteyini eledim, yeni qizimin otaqinin şeklini cekib yerleşdirdim "Ana namizədləri üçün uşaq mebelləri və bəzi məsləhətlər" xeberine. Bax sabah silecem smile
16 aprel 2011 23:02
Offline
bahar
HEMIŞE MARAQNAN OXUYURAM BU XEBERI.ELE MARAQLIDIKI YASADIQLARI OLKE HAQQINDA DANIŞMAQLARI.HAMINIZA CAN SAGLIGI ARZULAYIRAM.MEN DE BUTUN OLKELERI GEZIB GORMEK ISTERDI,AMMA YAŞAYA BILMEREM BASQA OLKEDE.YEQINKI UREYIM PARTLAYAR.
16 aprel 2011 21:20
Offline
agubugu
coxunun xaricde yasadigini bilmirdim, her birine ugurlar
16 aprel 2011 19:20
Offline
Cema
Sitat: ŞoKo
indi biz Bakinski qizlariq deye bu xebere duse bilmeyeceyik?

hihihihi lol ne qeseng dedin agzina saliq
16 aprel 2011 19:12
Offline
LONDONER ME

Lap yaxsi. Hamisinin cani sagolsun. Vetenden uzagda cetin olur bezen hegigeten cox darixirsan.
16 aprel 2011 18:43
Offline
unknown
doktor-69,
ALLAH ARZUNUZU UREYINIZDE QOYMASIN INWALLAH
16 aprel 2011 18:25
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış